Məhkəmə qərarları › İş №2(102)-665/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-665/2024

29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-665/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: delikt, real zərər, əldən çıxmış fayda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1800/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinə əsasən “Chevrolet Trax” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının, **-CF-*** dövlət qeydiyyat nişanlı, “X10” markalı avtomobil Cavabdeh1 mülkiyyətindədir. Cavabdeh1 tərəfindən verilmiş etibarnamə əsasında sözügedən avtomobili idarə etmək səlahiyyəti Cavabdeh2 verilmişdir.

2. Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarında istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokola əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixində, saat 22:50-də 16-cı məhəllə ərazisində 50- CF-242 dövlət qeydiyyat nişanlı, “X10” markalı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürcüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir.

3. Ulduz FMK Avtoservis mərkəzinin xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən “Chevrolet Trax” minik markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin miqdarı 10387 manat hesablanmışdır.

4. İş materiallarına əlavə edilmiş müstəqil ekspertin rəyinə əsasən “Chevrolet Trax” minik markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi zamanı dəymiş zərər 10537 manat təşkil edir.

5. Azərbayc an Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/1985 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «Ulduz» FKM tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Chevrolet Trax” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9641 manat müəyyən edilir.

6. PXA126340 saylı sığorta aktına əsasən **-CF-*** dövlət qeydiyyat nişanlı, “X10” markalı nəqliyyat vasitəsinə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən 3942,10 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

7. İşə əlavə edilmiş xidmət müqavilələrinə əsasən iddiaçı ilə X3 arasında 05 yanvar, 05 fevral və 05 mart 2023-cü il tarixlərində taksi xidmətinin göstərilməsi ilə bağlı müqavilələr imzalanmışdır. Eyni tarixli aktlara əsasən iddiaçı tərəfindən X2 hər dəfə 600 manat olmaqla, cəmi 1800 manat ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş zərərin əvəzi olaraq 6887 manat, 200 manat ekspertiza xərci, 1800 manat taksi xidmətinə ödənilən xərc, 97 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7784 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hall arına istinadən belə əsaslandırmışdır ki, “Chevrolet Trax” minik markalı avtomobil etibarnamə əsasında X4 tərəfindən idarə edilir. 23 noyabr 2022-ci ildə təxminən 20:00 radələrində Sumqayıt şəhəri, 16-cı məhəllə adlanan ərazidə X4 avtomaşını qonaq getdiyi binanın yaxınlığında yolun kənarında saxlamışdır. Saat təxminən 23:30 radələrində avtomobilə yaxınlaşdıqda avtomaşını qəzalı vəziyyətdə görmüşdür. Maşın arxadan zərbə nəticəsində itələnərək öndə olan X5 məxsus **-EH-*** dövlət qeydiyyat nişanlı, “KİA SORENTO” markalı avtomobilə toqquşmuşdur. Nəticədə iddiaçının avtomobili ön və arxadan zərbə görərək yarasız vəziyyətə düşmüşdür. X1 hadisə yerinə yaxınlaşdıqda hadisəni törədən avtomobil hadisə yerində olmamışdır. 24 noyabr 2022-ci səhər saatlarında Cavabdeh1 hadisə yerinə gələrək hadisəni o ğlu Cavabdeh2 idarə etdiyi Cavabdeh1 məxsus **-CF-*** dövlət qeydiyyat nişanlı “X10” markalı avtomobillə törətdiyini etiraf etmişdir. Yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus olan avtomobilə xeyli miqdarda zərər dəymişdir. Avtomobilin təmiri üçün “Ulduz FMK” avtoservis mərkəzinə aparılmışdır. Servis tərəfindən avtomobilə dəymiş zərərin miqdarı 10387 manat hesablanmışdır. İcbarı sığorta üzrə 3500 manat iddiaçıya, 1500 manat isə üçüncü avtomobilə pul məbləği təyin olunmuşdur. Lakin icbari sığorta üzrə olan ödəniş avtomobilimin təmiri üçün yetərli olmamışdır. Yerdə qalan 6887 manatın ödənilməsi üçün avtomobilin mülkiyyətçisi Cavabdeh1 və etibar edilən Cavabdeh2 yazılı və şifahi müraciətlər etsə də, onun müraciətinə məhəl qoymamış, ödəniş etməkdən yayınmışlar. Avtomobilə dəymiş zərəri də qiqləşdirmək üçün müstəqil ekspert mərkəzinə müraciət olunmuşdur. Eskpert mərkəzi tərəfindən dəymiş zərər 10537 manat hesablanmışdır.

10. İş materiallarında olan Ulduz FMK Avtoservis mərkəzinin xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən “Chevrolet Trax” minik markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin miqdarı 10387 manat hesablanmışdır.

11. İş materiallarına əlavə edilmiş müstəqil ekspertin rəyinə əsasən “Chevrolet Trax” minik markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi zamanı dəymiş zərər 10537 manat təşkil edir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/1985 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «Ulduz» FKM tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Chevrolet Trax” markalı, ** OH *** dc qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9641 manat müəyyən edilmişdir.

13. İş materiallarına əlavə edilmiş PXA126340 saylı sığorta aktına əsasən **-CF-*** dövlət qeydiyyat nişanlı, “X10” markalı nəqliyyat vasitəsinə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən 3942,10 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

14. İşə əlavə edilmiş xidmət müqavilələrinə əsasən iddiaçı ilə X3 arasında 05 yanvar, 05 fevral və 05 mart 2023-cü il tarixlərində taksi xidmətinin göstərilməsi ilə bağlı müqavilələr imzalanmışdır. Eyni tarix li aktlara əsasən iddiaçı tərəfindən X2 hər dəfə 600 manat olmaqla, cəmi 1800 manat ödəniş edilmişdir.

15. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 iyun 2023-cü il tarixli, 2(060)-1060/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia qismən təmin edilmiş, 5698 (beş min altı yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik məbləğində avtomobilə dəymiş ziyanın əvəzi, 100 (yüz) manat məbləğində ekspertiza xərci və 200 (iki yüz) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 5998 (beş min doqquz yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik məbləğində pulun və 75 (yetmiş beş) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza tədqiqatın ın dəyəri olan 50 manatın 39 (otuz doqquz) manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 11 (on bir) manatının isə İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

16. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh2 “X10” markalı avtomobili idarə edərkən yolnəqliyyat hadisəsi törətmiş və bunun nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Sığorta şirkəti tərəfindən iddiaçıya bunun üçün 3942,10 manat ödəniş edilmişdir. Ekspert rəyində iddiaçıya məxsus avtomobilə dəymiş ziyan 9641 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya ödənilmiş sığorta məbləği həmin məbləğdən çıxılmaqla, yerdə qalan 5698,9 manat dəymiş zərərin əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

17. Bundan başqa, iddiaçı öz avtomobilindən istifadə edə bilmədiyi üçün taksi xidmətindən istifadə etdiyini və bunun üçün 1800 manat pul xərclədiyini bildirərək, əldən çıxmış fayda qismində həmin məbləğin də cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə həmin məbləği ağlabatan məbləğdə, yəni 200 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir.

18. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2 və 1108.1-ci, Mülki Prosessual Məcəllənin 119-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və “5698,90 manat məbləğində avtomobilə dəymiş zərərin əvəzinin cavabdehdən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” hissəsində dəyişdirilərək, iddia tələbinin (5515-3942,10=1572,90 manat) 1572,90 manat məbləğində pulun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

20. Apellyasiya şikayətləri eyni məzmunda olub, belə əsaslandırılmışdır ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və işin faktiki hallarına uyğun olmayan əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qismən əsaslıdır, belə ki, "xxxx" şirkətinin serviz mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli rəyindən də görünür ki, qiymətləndirmə aktı üzrə tamamlanmamış işlər üzrə məbləğ 1290 manat, qiymətləndirmə aktı üzrə faktur a isə 4225 manat qiymətləndirilmişdir. "xxxx" şirkətinin AutoBox automobil servisinin rəyinə əsasən “Chevrolet Trax” markalı, ** CH *** dövlət qeydiyyat nişanı avtomaşının tam yararlı vəziyyətə salınması üçün tələb olunan məbləğ 5515 manat qiymətləndirilmişdir. İşə baxan məhkəmə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və iddiaçıya məxsus avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi barədə ekspert qarşısında sual qoymuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/1985 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində nəzəri hesablama yolu ilə iş materiallarında olan «Ulduz» FKM tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymət nəzərə alınmaqla 2019-cu il burax ılışlı “Chevrolet Trax” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9641 manat müəyyən edilmişdir. Ekspert rəyindən göründüyü kimi ekspert avtomaşına dəyən zərəri hesablayarkən «Ulduz» FKM tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara istinadən rəy vermişdir. Halbuki «Ulduz» FKM tərəfindən müəyyən edilən qiymətləndirmə hesabatı reallığa uyğun olmadığı üçün ekspertiza təyin edilmişdir. "xxxx" şirkətinin avto servizi avtomobilin 11 ehtiyat hissəsinin tam dəyişdirilməsinin qeyd etsə də müstəqil ekspert «Ulduz» FKM 21 ehtiyat hissələrinin dəyişdirilməsini qeyd etmişdir. Bundan başqa, avtomobilin ehtiyat hissələrinin yenisi ilə əvəz olunmasına baxmayaraq rəydə 1100 man at rəngsaz işi üçün pul hesablanmışdır. Göründüyü kimi müstəqil qiymətləndirici ilə "xxxx" Şirkətinin qiymətləndirmə aktında qiymətlərdə ciddi uyğunsuzluq vardır. Belə olan halda yalnız müstəqil qiymətləndiricinin rəyinə uyğun tərtib edilmiş ekspert rəyi iş üzrə əsaslı sübut hesab edilə bilməz. İşə baxan məhkəmənin həmin ekspert rəyinə istinad edib, qərar qəbul etməsi qanunsuz mövqeydir. Digər tərəfdən hazırkı iş üzrə iddiaçının avtobilinə ziyan vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən Cavabdeh2dur. Həmin zaman o avtomobili etibarnamə əsasında idarə etmişdir. Dəymiş ziyanın ödənilməsinə görə məsuliyyəti də yalnız o daşımalıdır. Məhkəmənin dəymiş ziyanın əvəzinin cavabdehlərdən müştərək qaydada tutulması barədə mövqeyi işin hallarına uyğun deyildir.

21. Sumqayıt Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1800/2023 nömrəli iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov (sədrlik edən və məruzəsi), L.E.Rəhimli və L.Cavabdeh1) apellyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1060/2023 saylı, 20 iyun 2023-cü il tarixli qətnaməsinin qismən- “iddia tələbinin və ekspertiza xərcinin Cavabdeh1 aid təmin edilən hissəsində” ləğv edilməsi, iş üzrə bu hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə yəni, 5698 (beş min altı yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik məbləğində avtomobilə dəymiş ziyanın əvəzi, 100 (yüz) manat məbləğində ekspertiza xərci və 200 (iki yüz) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 5998 (beş min doqquz yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik məbləğində pul və 75 (yetmiş beş) manat dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi; iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 39 (otuz doqquz) manatının Cavabdeh2, 11 (on bir) manatının isə İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə qismən razılaşaraq qeyd etmişdir ki, baxılan işdə Cavabdeh2 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, təqsirli şəkildə hüquqa zidd əməl törətməsi və bunun nəticəsində iddiaçının avtomobilinə maddi zərər vurması, iddiaçının əməli ilə cavabdehin düşdüyü zərər aras ında uyğun səbəbli əlaqə işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları ilə təsdiq olunur.

23. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçıya məxsus avtonəqliyyat vasitəsinə Cavabdeh2 tərəfindən idarə edilən avtonəqliyyat vasitəsinin sonuncunun təqsiri üzündən zərbə nəticəsində ziyan vurması iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapdığı kimi, işin bu halı cavabdehlər tərəfindən qəbul edilmiş və mübahisələndirilməyən haldır.

24. Apellyasiya şikayətinin məzmunundan aydın olduğu kimi hazırda iki məsələ üzrə tərəflər arasında mübahisə qalmaqdadır. 1.İddiaçının avtonəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 2.Həmin ziyan məbləğini ödəməli olan tərəf

25. Apellyasiya şikayətinin iddiaçıya məxsus avtomobilə dəymiş ziyan məbləğinin qətnamədə müəyyən edilmiş məbləğdən daha az olması ilə bağlı dəlilini əsassız hesab edən kollegiya qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi iddiaçının avtomobilinə dəymiş ziyanın məhz Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmiş və “Chevrolet Trax” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləğini müəyyən edərkən haqlı olaraq ekspert rəyinə istinad etmişdir.

26. Cavabdehlər apellyasiya şikayətində dəymiş ziyanın məbləğinin “şişirdiyildiyini” bildirsələr də, bununla bağlı hər hansı ciddi, əsaslı şübhələrdən kənar sübutu məhkəməyə təqdim etməmiş, etirazlarını yalnız formal mülahizə ilə əsaslandırmağa çalışmışlar. Kollegiya qeyd edir ki, apellyatorlar ekspertiza tədqiqatının nətic əsi ilə razılaşmadığını bildirsə də, yenidən ekspertizanın keçirilməsinin zəruriliyinə dair hər hansı ciddi dəlillər göstərməmişdir.

27. İşdən müəyyən edildiyi kimi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı iş materiallarında həm müstəqil qiymətləndiricinin, həm sığorta şirkətinin fərqli məbləğdə qiymətləndirməyə dair sənədləri vardır. İşə baxan məhkəmə yaranmış ziddiyyətli məqamın aradan qaldırılması məqsədi ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və əldə edilən ekspert rəyində iddiaçıya məxsus “Chevrolet Trax” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9641 manat müəyyən edilmişdir.

28. Kollegiya cavabdeh tərə fin bu dəlilinə, yəni ekspert rəyi ilə razılaşmamasına münasibət bildirərək qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

29. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.

30. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş ziyan məbləği kimi mötəbər sübut qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1985 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə istinad edilməsi barədə işə baxan məhkəmənin mövqeyi əsaslı və işin faktiki hallarına uyğundur.

31. Apellyasiya şikayətinin iddiaçıya vurulmuş ziyanın yalnız Cavabdeh2 tutulması barədə dəlilini kollegiya əsaslı hesab etmişdir. İddiaçının mülkiyyətinə Cavabdeh2 təqsirli hərəkəti nəticəsində vurulmuş ziyanın hər iki cavabdehdən müştərək qaydada tutulması barədə birinci instansiya məhkəməsinin mövqeyini qanuni hesab etməyən kollegiya bu barədə öz mövqeyini aşağıdakı formada əsaslandırmışdır.

32. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerj isindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

33. Hazırkı işin tədqiq olunan faktiki hallarından isə müəyyən edilmişdir ki, 23 noyab r 2022-ci tarixdə Sumqayıt şəhəri, 16-cı məhəllə adlanan ərazidə iddiaçıya məxsus “Chevrolet Trax” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi Cavabdeh1 məxsus **-CF-*** dövlət qeydiyyat nişanlı “X10” markalı avtomobilin zərbə ilə dəyməsi nəticəsində maddi ziyan vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar Cavabdeh2 barəsində AR İXM-in 327.6 və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir.

34. Göründüyü kimi iş üzrə iddiaçının avtomobilinə dəymiş ziyan yol-nəqliyyat hadisəsinin törədilməsi nəticəsində yaranmışdır ki, həmin hadisə Cavabdeh2 tərəfindən törədilmiş və onun barəsində də inzibati tənbeh növü tətbiq edilmişd ir.

35. Mülki Məcəllənin 1108.1-ci maddəsinin dizpozitiv şərtinə əsasən, bu formada zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

36. Beləliklə qanunverici öz normasında bu kimi zərərin əvəzinin ödənilməsi vəzifəsini mülkiyyətçi ilə faktiki sahiblik edənin birgə öhdəliyi kimi deyil, alternativ qaydada bilavasitə zərərvuran şəxsin vəzifəsi kimi müəyyən etmişdir.

37. İşə baxan məhkəmə mübahisənin bu halına diqqət yetirməmiş və iddiaçının avtomobilinə dəymiş ziyan məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması barədə əsassız nəticəyə gəlmişdir.

38. Məhkəmə öz mövqeyini Azərbaycan Re spublikasının Mülki Məcəlləsinin 14.2.6, 21, 1096.1, 1097.1, 1108.1, 1108.2, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36.3, 37, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə də istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin qismən ləğv olunmasını, iddialarının borcun müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutulmasına dair hissədə tam təmin olunmasını, qətnamə digər hissədə qüvvədə saxlanılmasını xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətindən də görünür ki, hər iki apellyator borcun yalnız Cavabdeh2 tutulmasını məhkəmədən xahiş etmi şdirlər. Çünki, Cavabdeh1 rəsmi gəlirlərə malik olduğu halda, Cavabdeh2 gəlirə malik deyildir. Bundan başqa, Cavabdeh1 “X10” markalı, 50 CF242 dövlət nömrə nişanlı avtomobili məhkəmə prosesləri başlayandan dərhal sonra özgəninkiləşdirmişdir. Cavabdehlərin atdığı bu addımlar, onu göstərir ki, onlar planlı şəkildə yaranmış borclarını ödəməkdən imtina edirlər. Hesab edirik ki, məhkəmə qətnaməsi bu hissədə ləğv olunmalı, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır.

41. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108-ci maddəsinə istinad etməklə əsasıandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 21.1. Zərər in əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın

44. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

45. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət v ə ya hərəkətsizlikdir).

46. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

47. Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əs asla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

48. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnı z tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğ un olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı iddiaçı tərəfindən qismən -iddia tələbinin və ekspertiza xərcinin Cavabdeh1 aid təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsi hissələri mübahisələndirildiyindən qətnamə həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə qətnamənin ləğvinə səbəb olacaq prosessual hüquq normalarının pozulması müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyiş dirilməsi üçün əsas yoxdur.

58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

59. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikay ətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnaməsi iddia tələbinin və ekspertiza xərcinin Cavabdeh1 aid təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2023-cü il tarixli 2(105)-1800/2023 nömrəli qətnaməsi iddia tələbinin və ekspertiza xərcinin Cavabdeh1 aid təmin edilən h issəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar