Məhkəmə qərarları › İş №2(102)-666/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-666/2019

05.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-666/2019 05.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 05 fevral 2019-cu il İŞ № 2(102)-666/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh vəkili xxx qızının iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli, 2(103)-3176/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili xxx qızının kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 15 dekabr 20 17-ci il tarixli, 2(008)-11937/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ə.R.Səmədov) İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş maddi ziyana görə pul tələbinə dair” iddiası təmin edilərək, cavabdehdən 22.270 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli, 2(103)-3176/2018 saylı qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, M.A.Məmmədov və E.E.Nağıyeva) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 15 dekabr 2017-ci il tarixli qətnaməsinə dəymiş zərərin məbləğinə aid hissədə dəyişiklik edilmiş və zərərin məbləği 19.338 manat müəyyən edilmiş və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışd ır. Cavabdeh və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “avtomobilə dəymiş maddi ziyana görə pul tələbinə dair” iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, 18 oktyabr 2017-ci il tarixdə cavabdeh idarə etdiyi “Mersedes Benz” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi- Balaxanı yolunda ara yoldan baş yola çıxarkən yol ayrıcını keçmə qaydasını pozaraq onun mülkiyyətində olan “Toyota Prado” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Polis orqanı tərəfindən tərtib edilmiş 113019 saylı protokol və həmin protokola əsasən qəbul edilmiş inzibati xəta haqqında qərara əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2cı maddəsində göstərilmiş in zibati xətanı törətməkdə təqsirli bilinmişdir. Həmin yolnəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilin qabaq hissəsi deformasiyaya uğramışdır. 29 oktyabr 2017-ci il tarixli “Azumi Motors” firmasının mütəxəssisləri tərəfindən tərtib edilmiş zərər aktına əsasən dəymiş maddi ziyanın ümumi məbləği 22.270 manat qeyd edilmişdir. Cavabdeh dəymiş maddi ziyanın ödənilməsi üçün məsuliyyət daşıyır və bu ödəməni könüllü şəkildə icra etməkdən boyun qaçırdığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə dəymiş maddi ziyana görə cavabdehdən 22.270 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassas iya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəs inin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh vəkili xxxnın izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azə rbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinə dəymiş maddi zərərin məbləğinə aid hissədə dəyişiklik edərkən, cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə maddi zərər dəyməsinə, birinci instansiya məhkəməsi tərəfindən mübahisə düzgün həll edilsə də, zərərin məbləğinin düzgün müəyyən edilməməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1108.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi a pellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 18 oktyabr 2017-ci il tarixdə cavabdeh idarə etdiyi “Mersedes Benz” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi- Balaxanı yolunda ara yoldan baş yola çıxarkən yol ayrıcını keçmə qaydasını pozaraq iddiaçının mülkiyyətində olan “Toyot a Prado” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Polis orqanı tərəfindən tərtib edilmiş 113019 saylı protokol və həmin protokola əsasən qəbul edilmiş inzibati xəta haqqında qərara əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-cı maddəsində göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 60 manat cərimə edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı iddia edir ki, cavabdehin törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan avtomobilin qabaq hissəsi deformasiyaya uğramışdır və 29 oktyabr 2017-ci il tarixli “Azumi Motors” firmasının mütəxəssisləri tərəfindən tərtib edilmiş zərər aktına görə avtomobilə dəymiş maddi ziyanının məbləği 22.270 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsas ən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zi dd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) əslində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam də ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçir ilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib, sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, cavabdehin iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətməsi, yəni cavabdehin təqsiri üzündən iddiaçıya məxsus avtomobilə maddi ziyan dəyməsi faktı işin mübahisə olunmayan halıdır, cavabdeh özü də izahatında, apellyasiya şikayətində bu faktı inkar etməmişdir. Bu fakt eləcə də cavabdehin inzibati xətalar qaydasında təqsirli sayılaraq cərimə edilməsi ilə də təsdiq olunur. Hazırda tərəflər arasında əslində avtomobilə dəymiş maddi ziyanın məbləği ilə bağlı fikir ayrılığı vardır. Ona görə də apellyasiya instansiyası məhkəməsi işə baxarkən düzgün olaraq iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspertin 10 may 2018-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan 29 oktyabr 2017-ci il tarixli n öqsan aktı məlumatlarına əsasən iddiaçıya məxsus “Toyota Prado” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci təxminən 22.270 manat təşkil edir (dəyişilməli hissələrin qiyməti- 20.410 manat, təmir-bərpa işlərinin qiyməti- 1.860 manat). Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 19.338 manat müəyyən edilir (dəyişilməli hissələrin qiyməti- 17.478 manat, təmir-bərpa işlərinin qiyməti-1860 manat). Apellyasiya instansiyası məhkəməsi ekspertin rəyini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi maddi zərərin tutulması hissəsində qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi zərərin məbləğini müəyyən edərkən, iddiaçıya məxsus avtomobilin köhnəlmə faizini nəzərə almamışdır. Ona gör ə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq apellyasiya şikayətini qismən təmin edərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddiaçıya dəymiş maddi zərərin məbləğinə aid hissədə dəyişdirərək, həmin zərərin məbləğini 19.338 manat məbləğində müəyyən etmiş, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlamışdır. Cavabdeh kassasiya şikayətində “Azumi Motors” firmasının mütəxəssisləri tərəfindən tərtib edilmiş 29 oktyabr 2017-ci il tarixli ziyan aktının saxta olmaqla həqiqətə uyğun olmadığını, ekspert rəyinin avtomobilə baxış keçirmədən yalnız ziyan aktında göstərilən məlumatlara əsaslanaraq verildiyini və beləliklə də iddiaçıya məxsus avtomobilə 19.338 manat məbləğində maddi ziyan dəyməsinin mülki iş materialları ilə təsdiq olunmadığını göstərsə də, kassasiya instans iyası məhkəməsi onun bu dəlilləri ilə də razılaşmır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində izahat verərkən iddiaçıya məxsus avtomobilə dəymiş ziyana görə ondan 22.270 manat pulun tutulmasına etiraz etmədiyini bildirmiş və həmin pulu birdəfəlik ödəməyə maddi imkanının olmadığını və həmin pulu ancaq hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Digər tərəfdən işin 115-ci vərəqində olan foto şəkillərdən görünür ki, iddiaçıya məxsus avtomobilin qabaq hissəsi həqiqətən tamamilə deformasiyaya uğramışdır və avtomobilə maddi zərər dəymişdir. Bundan başqa işdən, iddiaçının izahatından görünür ki, hazırda sözügedən avtomobil iddiaçının öz şəxsi vəsaiti hesabına artıq təmir olunduğu üçün həmin avtomobilin müayinə üçün ekspertə təqdim edilməsi mümkün olmamışdır. Ona görə də kassasiya instansi yası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iddiaçıya məxsus avtomobilə yuxarıda göstərilən məbləğdə maddi zərər dəyməsi mülki iş materialları ilə istisna olunmur və apellyasiya instansiyası məhkəməsinin iddiaçıya dəymiş maddi ziyanın məbləği ilə bağlı gəldiyi nəticə açıq-aşkar əsassız deyil. Daha sonra cavabdeh kassasiya şikayətində sözügedən avtomobilə dəymiş maddi ziyana görə iddiaçının müvafiq sığorta təşkilatından 5.000 manat sığorta pulu almasını, eləcə də apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin h ansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəf li və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh və vəkili xxx qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il t arixli, 2(103)-3176/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar