Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-666/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh2 və onun vəkili X4 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Şamaxı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov, iş № 2(074)-xxx/18) İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin cava bdehlərCavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 035R504701381 saylı kredit razılaşması üzrə 25.848,89 ABŞ dolları məbləğində kredit borcu, 13.758,8 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 39.657,69 ABŞ dolları məbləğində borcun icra vaxtı manata olan məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabd eh2 məxsus Şamaxı şəhəri Natəvan küçəsində xüsusi mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 65,8 kv.metr yaşayış, 51,8 kv.metr köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Şamaxı şəhəri Natəvan küçəsində xüsusi mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 65,8 kv.metr yaşayış, 51,8 kv.metr köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin 65000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması və cəmi 39657,69 ABŞ dolları məbləğində borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı1 QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və X1 birgə qaydada tutulması, Şamaxı şəhəri Natəvan küçəsində xüsusi mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 65,8 kv.metr yaşayış, 51,8 kv.metr köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay sonra X3, Cavabdeh3 Əlisahab qızı və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüquqlarınım itirilmiş hesab edilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması, alıcıya təhvil verilməsi, Cavabdeh1 200 manat məbləğində ekspertiza xərcinin tutulması qətedilmiş, iddia qalan hissədə rədd olunmuşdur. Həmin qətnamədən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev-sədrlik edən və məruzəçi, G.Tağızadə və E.Rəhimov, iş № 2(105)xxx/19)apelyasiya şikayəti təmin edilməmiş, lakin Şamaxı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi - «cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 035R504701381 saylı kredit razılaşması üzrə 25.848,89 ABŞ dolları məbləğində kredit borcu, 13.758,8 ABŞ dolları məbləğində faiz borcututulsun» hissəsində dəyişdirilərək əsas borc 25289,81 ABŞ dolları vəfaizborcu10657,94 ABŞ dolları(ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğindəmüəyyənedilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlərdən yalnız Cavabdeh2 kassasiya şika yəti vermiş və şikayətində Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin qismən, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı ipoteka predmetləri hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində onun və ailə üzlərinin ipotekaya qoyulmuş yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin evdən məcburi qaydada çıxarılmaları, yaşayış sahələrinin boşaldılması və alıcıya təhvil verilməsi hissəsində ləğv olunmasını və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti cavabdehlərCavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkcavabdehlər Cavabdeh1 və X1 müştərək qayda da İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 035R504701381 saylı kredit razılaşması üzrə 25848,89 ABŞ dolları məbləğində kredit borcu, 13758,8 ABŞ dolları məbləğində faiz borcu və 9401,95 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 49009,64 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 məxsus Şamaxı şəhəri Natəvan küçəsində xüsusi mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 65,8 kv.metr yaşayış, 51,8 kv.metr köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və cəmi 49009,64 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutumanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının həmin əmlakın hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı1 QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin müştərək qaydada cavabdehlər Cavabdeh1 və X1 tutulması, Şamaxı şəhəri Natəvan küçəsində xüsusi mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 65,8 kv.metr yaşayış, 51,8 kv.metr köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay sonra X2, Cav abdeh3 Əlisahab qızının və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnaməçıxarılmasınıxahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh2 və vəkili Ə.Abdullayev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haq qında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız Cavabdeh2 mübahisələndirmiş və şikayətində qətnamənin qismən tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka qoyanın və ailə üzlərinin ipotekaya qoyulmuş yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edi lməsi, onların həmin evdən məcburi qaydada çıxarılmaları, yaşayış sahələrinin boşaldılması və alıcıya təhvil verilməsi hissəsində ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız Cavabdeh2 kassasiya şikayətinə münasibətdə və onun mübahisələndirdiyi hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirməmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, Cavabdeh2 kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən sax lanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini hazırda kassasiya qaydasında mübahisələndirilən hissədə, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka qoyanın və ailə üzlərinin ipotekaya qoyulmuş yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin evdən məcburi qaydada çıxarılmaları, yaşayış sahələrinin boşaldılması və alıcıya təhvil verilməsi hissəsində dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı1 QSC tərəfindən 26 dekabr 2013cü il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 26 dekabr 2023-cü il tarixə qədər 500000 ABŞ dolları məbləğində kredit xətti açılmış və həmin kredit xətti çərçivəsində 16 fevral 2015- ci il tarixli kredit razılaşmasına əsasən ona aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 36 ay müddətinə 35.000 ABŞ dolları məbləğində fərdi kiçik kredit verilmişdir. Kredit razılaşması və ödəniş planına sonradan dəyişiklik edilmişdir. 26 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən borc alanın bank qarşısındakı öhdəliklərinin icrası üçün X3 zamin durmuşdur. Eyni zamanda 26 dekabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən X2 mülkiyyətində olan Şamaxı şəhəri Natəvan küçəsində yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli 2 otaqlı 65,8 kv.metr yaşayış, 51,8 kv.metr köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi borlcunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri müqavilədə tərəflərin qarşılıqlı razılığı ilə 31380 manat göstərilmişdir. İpoteka ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İpoteka predmetinin ilkin satış qiyməti Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin 10 aprel 2018-ci il tarxli 43/1 saylı hesabatında 65000 manat, MBA LTD MMC Konsaltinq və qiymətləndirmə şirkətinin 22 iyun 2018-ci il tarixli rəyində isə 45000 manat müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin borclu tərəfindən lazımi qaydada icra olunmadığını iddia edən Bank hazırkı iş üzrə iddia tələbi ilə məhkəmə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən əsaslı saymış və apellyasiya instansiyası məhkəməsi bununla razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, birinci i nstansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka qoyanın və ailə üzlərinin ipotekaya qoyulmuş yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin evdən məcburi qaydada çıxarılmaları, yaşayış sahələrinin boşaldılması və alıcıya təhvil verilməsi hissəsində də işin hallarını düzgün müəyyən etmiş və işin müəyyən edilən hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739, 442, 269.5, 312.4, 317.1, 319.1-ci və s., eləcə də «İpoteka haqqında» Qanunun 33, 34.1, 39.3.3, 46.1, 59.3-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə mübahisələndirilən hissə də gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları fakt ların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları kassasiya qaydasında mübahisələndirilən hissədə sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(105)-xxx/19 saylı qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul
Məhkəmə qərarları › İş №2(102)-666/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-666/2020
04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver