Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-667/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh «xxxx» Mədud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil Hümbət oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-487/2020 nömrəli iş üzrə xx xx xx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – cavabdeh və ya MMC) arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehin mülkiyyətində olan **-TB-*** dövlət qeydiyyat nömrə nişanlı «Otoyol M 24.9» markalı avtobusu (bundan sonra – avtobus) ilkin olaraq 3500 ABŞ dolları ödəmək, qalan məbləği hər ayın 15-dək hər ay 500 ABŞ dolları olmaqla, cəmi 7500 ABŞ dolları ödəmək şərti ilə icarəyə götürmüşdür. Müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xx.xx.2015-ci il tarixdə 3500 ABŞ dolları ilkin ödəniş, xx.xx.2015-c i ildə 500 ABŞ dolları, xx.xx.2015-ci ildə 500 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 250 ABŞ dolları ödənilmişdir. xx.xx.2017-ci il tarixdə avtobus cavabdehə qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5750 ABŞ dollarının, əldən çıxmış faydaya görə 24000 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, aralarında səkkiz ay müddətinə bağlanmış müqavilənin şərtləri tam yerinə yetirildikdə, avtomobil onun mülkiyyətinə keçməli idi. Cavabdeh həmin avtobusun öz mülkiyyətində olmasını və müqavilə üzrə tərəfindən öhdəlik yerinə yetirildikdə avtobusun ona veriləcəyi barədə heç bir maneə olmayacağını ona bildirm işdir. Uzun müddət öhdəliyini icra etmiş, mülkiyyətçiyə əvvəl 3500 ABŞ dolları, sonra 1750 ABŞ dolları daha sonra 500 ABŞ dolları olmaqla cəmi 5750 ABŞ dolları ödəmiş, lakin avtobusun girovda olduğunu öyrənəndə, ödənişləri dayandırmış, cavabdeh avtobusun girovdan azad olunması üçün ondan vaxt istəmişdir. Nəticədə qarşılıqlı razılaşma əsasında müqavilənin müddətini xx.xx.2016- cı il tarixədək uzatmışlar. O, öhdəliyini yerinə yetirsə də, avtobus onun mülkiyyətinə verilməmiş, nəticədə ona ziyan dəymişdir. Cavabdeh qarşılıqlı iddia verərək iddiaçıdan icarə haqqından qalan 2250 ABŞ dolları, avtobusu istismar etdiyi 11 ay müddət üçün (hər ay üçün) icarə haqqı olaraq 500 ABŞ dolları olmaqla 5500 ABŞ dolları, 2015-ci ilin avqust ayı üçün ödənilməmiş 250 ABŞ dolları (ödəniləcək günə manatın məzənnə si ilə) və avtobusun təmirinə xərclənmiş 2020 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə şərtlərini pozaraq 2250 ABŞ dollarını MMC-yə ödəməmişdir. İddiaçı, MMC-nin mülkiyyətində olan avtobusu xx.xx.2017-ci il tarixinədək özündə saxlayıb, avtobusu istismar edərək yarasız vəziyyətə salmış, avtobusun yanacaq nasosunun yararsız vəziyyətdə olmasını bildirərək, xx.xx.2017-ci il tarixdə avtobusu evakuator vasitəsi ilə gətirib MMC-yə təhvil vermişdir. Avtobusun yanacaq nasosunun qiyməti 1840 manat təşkil edir, usta xərci isə 180 manatdır. İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli 9166 saylı rəyi ilə nəzəri hesablama yolu ilə, iş materia llarında olan, cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla, Otoyol M 24.9 markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2000 manat müəyyən edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(001)-1339/19 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərək iddiaçıdan maddi ziyana görə 2000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2030 manatın cavabdeh MMC-nin xeyrinə tutulması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh mülkiyyətində olan avtomobili iddiaçıya icarəyə vermiş, sonuncu 7500 ABŞ dolları icarə haqqını ödəməyi, geri qaytarılacağı halda avtomobili saz vəziyyətdə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər müqavilə bağlayarkən eyni zamanda müqavilə şərtlərinin tam yerinə yetiriləcəyi halı üçün avtomobilin iddiaçının mülkiyyətinə çevrilməsi barədə razılaşmışlar. Məhkəmə araşdırması zamanı iddiaçı müqavilə üzrə cavabdeh MMC-yə 5750 ABŞ dolları ödədiyini, cavabdeh MMC-nin nümayəndəsi isə ödənişin 5250 ABŞ dolları olmasını etiraf etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra icarə müqaviləsi üzrə son ödənişin xx.xx.2015-ci il tarixdə aparılması, avtobusun xx.xx.2017-ci il tarixdə iddiaçı tərəfindən cavabdeh MMC-yə qaytarılması, nəqliyyat vasitəsi qaytarılarkən yanacaq na sosunun işlək vəziyyətdə olmaması səbəbindən cavabdeh MMC-nin həmin ehtiyat hissəsinin təmir və bərpa olunmasına çəkdiyi xərcin 2000 manat olması müəyyən edilmişdir. Məhkəmə ilk iddia tələbləri ilə bağlı sübutlara qiymət verərək, qeyd etmişdir ki, iddiaçı müqavilə bağlayarkən aldadıldığını bildirsə də, bağladığı əqdi mübahisələndirmədiyindən müqavilə üzrə apardığı ödənişlərin geri qaytarılmasını tələb etməkdə haqlı deyildir. Belə ki, avtomobil icarə müqaviləsinin şərtlərinə əsasən onun istifadəsində olmuş və avtomobildən istifadə etdiyinə görə icarə haqqını ödəmişdir. Məhkəmə eyni zamanda hesab etmişdir ki, 2015-ci ilin avqust ayında son ödəniş edən iddiaçı müqavilə üzrə ödənişlərin geri qaytarılması tələbi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini də ötürmüşd ür. Məhkəmə iddiaçının əldən çıxan faydaya görə 24000 manat tələbini əsassız hesab etmiş, bununla bağlı qeyd etmişdir ki, iddiaçı özünə məxsus pul vəsaitinin cavabdehdə saxlanmasını, sonuncunun həmin vəsaiti saxlaması nəticəsində faydalanmasını sübuta yetirə bilməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh xx.xx.2015-ci il tarixdən icarə müqaviləsi üzrə ödənişlərin aparılmadığını bildiyi halda xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etməklə bu tələb üzrə iddia müddətini ötürdüyündən qarşılıqlı iddia ərizəsi icarə haqqı tələbi hissəsində təmin edilə bilməz. Bununla belə, tərəflər müqavilə bağlayarkən iddiaçı avtomobilin saz vəziyyətdə geri qaytarılması barədə cavabdeh MMC qarşısında öhdəlik götürdüyündən, məhkəmə tədqiqatı zamanı cavabdeh MMC-nin mülk iyyətində olan avtomobilin təmir-bərpası üçün çəkilən xərcin 2000 manat olması müəyyən olunduğundan məhkəmə qarşılıqlı iddia tələbini bu hissədə əsaslı hesab edib təmin etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 372, 373, 449, 700-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı apellyasiya şikayəti verdiyindən apellyasiya icraatının predmetini ilkin iddianın rədd, qarşılıqlı iddianın qismən təmin edildiyi hissə təşkil etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103) -487/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Şirinov və F.Talışinski) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunmuş hissəsində qismən ləğv olunaraq qarşılıqlı iddia həmin hissədə qismən təmin olunmuş, iddiaçıdan cavabdeh MMC-nin xeyrinə 800 manat pul vəsaitinin tutulması, qətnamə qalan hissədə (yoxlanılan hissədə) apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi ilkin iddianın əsassız olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı cavabdehlə bağladığı xx xxxxx 2015-ci il tarixli müqavilə üzrə müvafiq pul vəsaitini aylar üzrə icarə haqqı kimi ödəmiş və ən azı bu müddət ərzində icarəyə götürdüyü nəqliyyat vasitəsinə (avtobus) sahiblik edərək, ondan istifadə etmişdir. Tərəflər arasında bağlanmış həmin müqavilədə icarə haqqı kimi ödənilmiş pul vəsaitinin qaytarılması ilə bağlı hər hansı şərt müəyyən olunmamışdır. Əksinə, müqavilənin 2.1 və 3.1-ci bəndlərində - müqavilənin şərtinin pozulması halında avtomobilin qaytarılması müəyyən edilmişdir. Avtomobilin iddiaçı tərəfindən qaytarılması halı isə mübahisəli deyildir. İddiaçı tələbinin əsası kimi – avtomobilin girovda olmasını, onun mülkiyyətinə verilməməsini, yəni öhdəliyin cavabdeh tərəfindən pozulmasını göstərmişdir. Halbuki, iddiaçının özü müqavilədə göstərilən pulu tam olaraq cavabdehə ödəməsi ilə bağlı m əhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yəni, müqavilənin razılaşdırılmış şərtinə (1.1-ci bənd) görə müvafiq pul vəsaiti (7500 ABŞ dolları) tam ödənildikdən sonra avtomobil iddiaçının mülkiyyətinə verilməli idi. Avtomobilin həmin vaxtı girovda olması halı isə sonda (yəni, müqavilənin icra vaxtı çatdıqdan sonra) cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirmək iqtidarında olmaması anlamına gələ bilməzdi. Eyni zamanda, işdə olan xxxxnın Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubundan da göründüyü kimi, “xxxx” ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsinə əsasən sözügedən avtobusun ipotekasına xitam verilməsi xahiş olunmuşdur. Beləliklə, Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri ümumiləşdi rərək hesab etmişdir ki, iddiaçı icarə haqqı kimi ödədiyi pul vəsaitini geri tələb etməkdə haqlı olmamışdır. Tərəflər arasında bağlanmış müqavilədə də iddiaçı tərəfindən qismən həyata keçirilmiş müvafiq pul vəsaitinin qaytarılması halı şərtləndirilməmişdir. İddiaçı yalnız müvafiq pul vəsaitini tam ödədikdən sonra avtomobilin onun mülkiyyətinə verilməsini tələb edə bilərdi. Eyni zamanda, iddiaçı ödədiyi pul vəsaitlərinə münasibətdə avtomobilə faktiki sahibliyi həyata keçirərək, ondan istifadə etmiş (faydalanmış), sonradan avtomobili cavabdehə könüllü təhvil vermişdir. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab etmişdir ki, ilk iddia əsassız olmuş, birinci instansiya məhkəməsi ilk iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvinə əsas ola bilməz. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsasılandıra və sübut edə bilməmişdir. Bununla yanaşı, Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin etməkdə haqlı olmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, işdə olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxx 2019-cu il tarixli, 9166 saylı rəyindən görünür ki, ekspert onun qarşısında qoyulmuş sual üzrə tam və hərtərəfli tədqiqat aparmamış, yalnız işdə olan, cavabdeh tərəfindən tərtib olunmuş xx xxxxxxx 2017-ci il tarixli qüsur aktına istinat etmişdir. Halbuki, həmin qüsur akında avtobusun dəyişdirilmiş yanacaq nasosunun haradan, hansı qiymətə alınması və s. bu kimi zəruri məlumatlar göstərilməmişdir. Cavabdehin nümayəndəsi də yanacaq nososunun alınma dəyəri ilə bağlı məhkəməyə sübut təqdim edə bilmədiklərini göstərmişdir. Belə olan halda isə, ekspertin əlavə tədqiqat (araşdırma) aparmadan avtobusun dəyişdirilmiş yanacaq nososunun dəyərinin 2000 manat təşkil etməsi barədə mövqeyi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. Bu səbəbdən də qeyd olunan halların obyektiv aydınlaşdırılması üçün apellyasiya icraatı zamanı iş üzrə əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş üzrə keçirilmiş əlavə məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 32241 saylı rəyi ilə avtohissələrin işlənmiş qiymətləri nəzərə alınmaqla «Otoyol M 24.9» markalı, **-TB-*** dövlət qeydiyyat nişanı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 800 manat müəyyən edilmişdir (o cü mlədən – dəyişilməli hissələrin qiyməti 700 manat, təmir-bərpa işlərinin qiyməti 100 manat). Həmçinin, avtohissələrin təzə qiymətləri nəzərə alınmaqla «Otoyol M 24.9» markalı, **-TB-*** dövlət qeydiyyat nişanı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2100 manat müəyyən edilmişdir (o, cümlədən – dəyişilməli hissələrin qiyməti 2000 manat, təmir-bərpa işlərinin qiyməti 100 manat). Məhkəmə kollegiyası qeyd etmişdir ki, rəydən göründüyü kimi, avtohissələrin işlənmiş qiymətləri nəzərə alınmaqla həmin avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 800 manat müəyyən edilmişdir. Cavabdeh avtomobilə təzə yanacaq nososu alması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi də izahatında yanacaq nososunu işlək vəziyyə tdə olan digər nasosla dəyişdirdiklərini bildirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab etmişdir ki, əksi sübuta yetirilməyindən yanacaq nososunun işlənmiş qiyməti nəzərə alınmalı, qarşılıqlı iddia həmin hissədə qismən təmin olunmalı, iddiaçıdan 800 manat pul vəsaiti cavabdehin xeyrinə tutulmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti qalan hissələrdə təmin olunmamalıdır. Çünki, iddiaçı qalan hissədə tələblərini əsaslandıra və sübut edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil Hümbət oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın və iddiaçının vəsatətləri nin təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə ilkin iddia üzrə iddia müddətini keçməməsini, qarşılıqlı iddia üzrə iddia müddətinin keçməsini nəzərə almalı idi. Belə ki, iddiaçı 2017-ci ildə bilmişdir ki, avtobus həbsdədi və cavabdeh onu aldadır. Ona görə də iddiaçı həmin vaxt avtobusu cavabdehə təhvil verərək pulu tələb etmişdir. Ümumiyyətlə, məhkəmə nəzərə almamışdır ki, iddiaçının tələbi müqavilə ödəliklərinin yerinə yetirilməsi deyil, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində dəymiş ziyandır. Cavabdehin qarşılıqlı tələbi müqavilə öhdəliyinə əsaslan mışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirərək onun təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında ilkin iddianın rədd, qarşılıqlı iddianın qismən təmin edilmiş hissələrində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 373.1 Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.2. Müqavilə tələblər i üzrə iddia müddəti üç il təşkil edir. Maddə
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli Qərarı Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zamin ə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddianın təmin olunmayan hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Kassasiya şikayətinin həmin hissə ilə bağlı dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər arasında icarə (kirayə) hüquq münasibətləri yaranmışdır. İlkin iddia tələbi iki hissədən ibarətdir: icarə müqaviləsi üzrə ödənilmiş pulun geri qaytar ılması və əldən çıxmış faydanın ödənilməsi. Məhkəmələr tərəfindən ilkin iddianın məhz icarə müqaviləsi üzrə ödənilmiş pulun geri qaytarılması hissəsi iddia müddəti tətbiq olunmaqla rədd edilmişdir. Məhkəmələr bu zaman nəzərə almışdır ki, iddiaçı icarə müqaviləsinin etibarsızlığı barədə tələb irəli sürməmiş və işə baxılması zamanı belə əsaslar müəyyən edilməmişdir. Əldə çıxmış fayda tələbi isə məhkəmələr tərəfindən iddia müddəti keçdiyinə görə deyil, həmin iddia əsassız olduğu üçün təmin edilməmişdir. Kassasiya şikayətinin bu hissə ilə bağlı digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Bununla yanaşı, Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunmuş hissəsində maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə tərəfər arasında xx.xx.2015-ci il tarixdə avtobusun icarəyə verilməsinə dair müqavilə bağlanmış, icarə predmeti iddiaçıya təhvil verilmiş, icarə müqaviləsi üzrə 3500 ABŞ dolları ilkin ödəniş və müəyyən müddət aylıq ödənişlər edildikdən sonra xx.xx.2017-ci il tarixdə avtobus cavabdehə qaytarılmışdır. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh (icarəyə verən) iddiaçıdan (icarəçidən) icarəyə verilmiş əşyanın pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsini tələb edir. Mülki Məcəllənin 700.1 və 700.3-cü maddələrinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsi oldu ğundan və qanunda müəyyən edilmiş hallar istisna olmaqla icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edildiyindən qeyd olunan mübahisə Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. İstinad olunan maddəyə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçü n tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Beləliklə, cavabdeh tərəfindən kirayəyə verilmiş əşyanın pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ 6 aylıq müddət ötürüldüyü üçün xitam olunmuşdur. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunmuş hissəsində ləğv edilməli, iş üzrə müəyyən edilmiş hallar və sübutlar yeni qərar qəbul olunmasına imkan verdiyindən MPM-in 417.1.4-cü maddəsinə əsasən həmin hissədə yeni qərar qəbul edilməli və iddia həmin hissədə təmin olunmamalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-487/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən – qarşılıqlı iddianın qismən təmin edilərək İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 800 manat pul vəsaitinin tutulması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin və qarşılıqlı iddia həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə - ilkin iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.