Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-667/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X12-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı, cavabdeh X8 və vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4323/2020 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qərardadından cavabdeh X12 tərəfindən verilm iş kassasiya şikayətinə dair işə 19 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki birinci icraat
1. İddiaçı cavabdeh X4 qarşı kredit müqaviləsinin ləğvi və pul tələbinə dair iddia iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 11 yanvar 2018ci il tarixdə Türkiyyə Respublikasının vətəndaşı X13 ilə onun arasında notarial qaydada bağlanılmış kredit müqaviləsini ləğv edərək cavabdehin ona verməli olduğu 70000 (yetmiş min) manat əsas borc, məhkəmə qətnamə çıxartdığı günədək hesablanaraq gecikdirilmiş vaxt üçün illik beş faiz, vəkil ilə bağlanılmış müqaviləyə görə ödənilmiş 200 (iki yüz) manat və dəymiş maddi ziyana görə 10000 (on m in) manat pulun X9 tutularaq ona verilməsi barədə iddiaçının xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Vəkil1 ərizə verərək iddia tələbinin 10.000 manat mənəvi zərər və 200 manat tutulması hissəsindən imtina etdiyini, yalnız 70.000 manat məbləğində əsas borcun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. X6 cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 11.01.2018-ci il tarixdə İddiaçı və X7 arasında 41 saylı notarait ofisində imzalanmış kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin (hakim İddiaçı) 2(005)-481/2019 saylı, 18.12.2019-cu il tarixli qətnamə si ilə ilk iddia tələbi qismən təmin edilərək 11 yanvar 2018-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşı X6 ilə İddiaçı arasında notarial qaydada bağlanılmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh X2 70000 (yetmiş min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi qət edilmişdir.
5. Qətnamədən cavabdeh X6 apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər: A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) 2(103)-4323/2020 saylı, 12.06.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-481/2019 saylı, 18.12.2019-cu il tarixli qətnaməsini n ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, Türkiyə Respublikasının vətəndaşı cavabdeh X13 ilə İddiaçı arasında 11 yanvar 2018-ci il tarixində, Bakı şəhəri 41 saylı Notariat Ofisində notarial qaydada bağlanılmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh X9 70.000 (yetmiş min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh X10 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
7. Qətnamədən cavabdeh X13 kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) 2(103)-4323/2020 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4323/2020 saylı, 12.06.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə cavabdeh X13 X tərəfindən verilmiş ərizə təmin edilməmişdir.
9. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, cavabdeh X13 X iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4323/2020 saylı, 12.06.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddəti ötürmüşdür. Cavabdehin nümayəndəsi və vəkili qətnaməni 23.10.2020-ci il tarixində məhkəmə qəbzinə imza etməklə qəbul etmişdir. Ərizəçi müddətin ötürülməsin i xəstə olması və ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi ilə bağlı məhkəmələrin işləməməsi ilə əlaqələndirsə də, kollegiya qeyd edir ki, ərizəçinin xəstə olması və ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi cavabdehin poçt vasitəsilə kassasiya şikayəti verməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsini üzrlü hesab etməyə səbəb olan hal deyildir
10. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab etmişdir ki, cavabdeh kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də, Mülki Prosessual Məcəllənin qeyd edilən 133.3-cü maddəsinə əsasən kassasiya şikayətini ərizəyə əlavə etməmişdir. Ərizənin mətnində kassasiya şikayəti və ona əlavə edilmiş sənədlərin qoşma kimi əlavə edilməsi göstərilsə də, ərizədə kassasiya şikayətinin mövcudluğu aşkar edilməmişdir. Bu hal məhkəmə dəftərxanasının 01 fevral 2021-ci il tarixli aktı ilə də öz təsdiqini tapmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 19.02.2021-cil il tarixli məhkəmə iclasında vəkili ilə birlikdə iştirak etsələr də apelyasiya instansiyası məhkəməsi iş materiallarında kassasiya şikayətinin olmadığını və bununla bağlı məhkəmə dəftərxanası tərəfindən 01 fevral 2021-ci il tarixli aktın tərtib edildiyini onlara bildirməmiş, bununla da ədalətli məhkəmə araşdırması hüququ nu pozmuşdur. Nəticədə onlar kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizəyə kassasiya şikayətini əlavə etdikləri barədə dəlilləri məhkəməyə təqdim etmək imkanından məhrum olmuşlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdeh və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdilər.
15. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri
16. MPM-in 407.2-ci maddəsi nə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
17. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
18. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
20. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. (maddə 9.3)
21. Məhk əmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. (maddə 14.1)
22. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
23. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
24. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvə si yoxdur. (maddə 88)
25. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
27. İş materiallarından görünür ki, cavabdeh X13 Mustafa oğlu 30.01.2021-ci ildə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4323/2020 saylı, 12.06.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş p rosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir. Həmin ərizənin mətnində kassasiya şikayəti və ona əlavə edilmiş sənədlərin qoşma kimi əlavə edilməsi göstərilmişdir. 28. 01.02.2021-ci ildə Bakı Apelyasiya Məhkəməsinin məsləhətçi-dəftərxana müdiri X3, məhkəmə iclas katibi X və xütəxəssis X1 tərəfindən cavabdeh X13 X tərəfindən verilmiş müddətin bərpasına dair ərizənin mətnində kassasiya şikayəti və ona əlavə edilmiş sənədlərin qoşma kimi əlavə edilməsi göstərilsə də, ərizədə kassasiya şikayətinin mövcudluğunun aşkar edilməməsi barədə akt tərtib edilmişdir.
29. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən akta istinad edərək qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, cavabdeh kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də, Mülki Prosessual Məcəllənin qeyd edilən 133.3-cü maddəsinə əsasən kassasiya şikayətini ərizəyə əlavə etməmişdir. Ərizənin mətnində kassasiya şikayəti və ona əlavə edilmiş sənədlərin qoşma kimi əlavə edilməsi göstərilsə də, ərizədə kassasiya şikayətinin mövcudluğu aşkar edilməmişdir.
30. Bununla bağlı kassatorun dəlili ondan ibarətdir ki, 19.02.2021-cil il tarixli məhkəmə iclasında vəkili ilə birlikdə iştirak etsələr də apelyasiya instansiyası məhkəməsi iş materiallarında kassasiya şikayətinin olmadığını və bununla bağlı məhkəmə dəftərxanası tərəfindən 01 fevral 2021-ci il tarixli aktın tərtib edildiyini onlara bildirməmiş, bununla da ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Nəticədə onlar kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosess ual müddətin bərpa edilməsinə dair ərizəyə kassasiya şikayətini əlavə etdikləri barədə dəlilləri məhkəməyə təqdim etmək imkanından məhrum olmuşlar.
31. Məhkəmə kollegiyası hesab edir ki, apelasiya instansiyası məhkəməsi 01.02.2021-ci il tarixli akta əsaslanaraq cavabdehin ərizəsini təmin etmədiyindən həmin akt barədə cavabdehə və onun vəkilinə məlumat verməməklə, sonuncuları qeyd edilən akta öz etirazlarını təqdim etmək imkanından məhrum etmiş və bununla da həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır.
32. Halbuki, Mülki Prosesual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəz ifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Bundan başqa apelyasiya instansiyası məhkəməsi cavabdehin hansı müddətə xəstə olmasını və xəstə olduğu müddət nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürüb-ötürməməsi ilə bağlı araşdırma aparmamış və həmin hallara hüquqi qiymət verməmişdir.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, 01.02.2021-ci il tarixli akta münasibətdə cavabdeh və onun vəkilinin dəlilləri və cavabdehin xəstə olduğu müddət nəzərə alınmaqla apelyasiya instansiyası mə hkəməsinin qətnaməsindən kasasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin bəpasına dair cavabdehin ərizəsinə və kassasiya şikayətinin mümkünlüyü məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri baxımından qiymət verilməlidir.
35. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4323/2020 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.