Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6671/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2315/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh1 Mikayıl qızına “İddiaçı” Açıq Səhmdar Cəmiyyətindən 23 aprel 2015-ci il tarixli 029-15B saylı kredit müqaviləsinə əsasən illik 26 faizlə 36 ay müddətinə 15000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq ünvan 1 ünvanında Cavabdeh2 tam mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibindəki həyətyani tikili və qurğularla birlikdə ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpotekanın yüklülüyü dövlət reyestrində qeydə alınmıdır. İpoteka müqaviləsində ipoteka predmeti 28.000 manat dəyərində qiymətləndirilmişdir. İddiaçı kredi t müqaviləsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirərək razılaşdırılmış məbləğdə pulu borcluya vermiş olsa da, borclu müqavilə şərtlərini pozaraq ödənişləri vaxtı-vaxtında etməmiş və onun yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı “İddiaçı” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya bank) iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 Mikayıl qızından bankın xeyrinə 23 aprel 2015-ci il tarixli 029-15B saylı kredit müqaviləsi üzrə 12916,39 ABŞ dolları əsas, 3939,15 ABŞ dolları hesablanmış faiz borcu, 3187,44 ABŞ dollar dəbbə pulu olmaqla cəmi 20042,98 ABŞ dolları borcun, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi olaraq 300 manat və 30 manat dövlət rüsumunun tutulmasına; ipoteka predmetinin 21000 manat dəyərində qiymətləndirilməsinə və borcun əvəzinin bu qiymətlə ünvan 1 ünvanında Cavabdeh2 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən Liter A: ümumi sahəsi 116,9 kv metr, yardımçı sahəsi 138,9 kv metr olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) cəmi 13,4 kv metr tikinti sahəsindən ibarət liter 1:1 mərtəbəli 9,7 kv metr hamam, liter 2:1 mərtəbəli 3,7 kv metr tualet, liter 3:1 nərtəbəli darvaza, liter 4:1 mərtəbəli hasara yönəldilməsinə, fərdi yaşayış evi və onun tərkibi (həyətyani tikili və qurğular) açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə, fərdi yaşaış evi və onun tərkibi (həyətyanı tikili və qurğular) açıq nərracda satıldıqdan sonra orda yaşayan Cavabdeh1 Mikayıl qızının, Cavabdeh2 və Cav abdeh3 çıxarılmasına, fərdi yaşayış evi və onun tərkibinin (həyətyani tikili və qurğular) boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, dəfələrlə cavabdehə borcunu ödəməsi barədə xəbərdarlıq edilib bildiriş verilməsinə baxmayaraq cavabdeh banka olan borcunu ödəməmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş əmlakın qiymətləndirilməsinə dair ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 21000 nanat dəyərində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədiiyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 10 iyul 2017-ci il tarixli 27205 nömrəli ekspertiza rəyinə əsasən 2015-ci il 23 aprel tarixli 029-15B saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla -Cavabdeh1 22 aprel 2016-cı il tarixə “İddiaçı” ASC-yə olan borcu 15000,00 ABŞ dolları əsas, 410,64 ABŞ dollar faiz borcu təşkil edir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi idarəsi tərəfindən verilmiş 14 fevral 2017-ci il tarixli, **********67 saylı rəyə əsasən, ünvan 2 ünvanında erləşən fərdi yaşayış evi 40000 manat dəyərində qiymətləndirilmişdir. Bərdə Rayon Məhkəməsinin (hakim Əhməd Sarıyev) 30 avqust 2017-ci il tarixli 2(021)-73/2017 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 23 aprel 2015-ci il tarixli 029-15B saylı kredit müqaviləsi üzrə 12916,39 ABŞ dolları əsas, 410,64 ABŞ dolları faiz borcu, 5 ABŞ dolları cərimə borcu, hüquqi yardıma görə çəkilmiş xərc olaraq 30 manat və məhkəməd ə işə baxılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi, tutmanın ünvan 2 ünvanında Cavabdeh2 mülkiyyətində olan 0,06 ha törpaq sahəsində yerləşən Liter A: ümumi sahəsi 255.8 kv.m, yaşayış sahəsi 116.9 kv.m, yardımçı sahəsi 138.9 kv.m olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibindəki həyətyanı tikili və qurğular cəmi 13.4 kv.m tikinti altı sahədən ibarət liter 1:1 mərtəbəli 9.7 kv.m hamam, liter 2:1 mərtəbəli 3.7 kv.m tualet, liter 3:1 mərətəbəli darvaza, liter 4:1 mərtəbəli hasara yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmaqla kredit borcunun bu əmlakın dəyərindən tutulması, ipoteka predmeti dlan evin ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra 1 ay müddətində evdə yaşanlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 istifadə hüquqlarına xitam verilməklə, həmin evdən çıxarılmaları qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyinə görə iddiaçı hazırkı iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini əsas kredit borcu hissəsində iddiaçının tələb etdiyi həcmdə, tam şəkildə (ekspert rəyində əsas borc çox olsa da məhkəmə MPM0in 218.3-cü maddəsinə əsasən irəli ürülmüş tələblər əsasında işə baxmışdır), faiz borcunu ekspert rəyinə uyğun müəyyən etmiş, Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək tələb edilən dəbbə pulunu isə 5 ABŞ dollarına qədər azaltmışdır. Məhkəmə həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi his sədə də iddia tələbinin təmin etmiş, ipoteka predmetinin açıq hərracdan ilkin satış qiymətini 14 fevral 2017-ci il tarixli rəyə əsasən, 40000 manat müəyyən etmişdir. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslanddırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının çoxsaylı, həm də ciddi pozuntuları ilə qəbul edilmişdir. Belə ki, iş üzrə iddiaçı tərəfindən cavabdehlərdən biri kimi göstərilməyinə baxmayaraq məhkəmə iclaslarında, o cümlədən də sonuncu 30 avqust 2017-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında onun iştirakı təmin edilməmiş, bu iş üzrə məhkəməyə cavabdeh qismində çağrılmağı barədə ona hər hansı bir məhkəmə bildirişi, çağırış vərəqi, teleqramma və s.verilməmiş, imza edib almamış, nə də onları almaqdan imtina etməmişdir. Belə olan halda cavabdeh qismində cəlb edildiyi mülki iş üzrə keçirilən məhkəmə iclaslarında iştirakının təmin edilməməsi mülki prosessual qanunvericiliyin ciddi pozulmasıdır. Bundan başqa onun, nə də oğlu Dilafət Rüstəmovun sözügedən evin və onun həyətindəki tikili və qurğuların yuxarıda qeyd etdiyi kredit və ipoteka müqavilələrinə əsasən ipotekaya (girova) qoyulmasına razılıq vermək və həmin evə tutma (ödəniş) yönəldikdə evi dərhal tərk etmək öhdəliyini qəbul etməklərinə dair ərizələri yoxdur və olmamışdır, bununla əlaqədar hər hansı bir notariusa getməmişdir. Qızı Cavabdeh1 daimi və rəsmi qaydada işləməklə əmək haqqı, həyat yoldaşı Cavabdeh2 isə Qarabağ müharibəsinin veteranı və 2-ci qrup müharibə əlili kimi müavinət və pensiya alır, həmçinin günəmuzd işləyir. Yəni onların kredit borcun un qalan hissəsini 2-3 il ərzində ödəməyə imkanları vardır. Odur ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi bankın maddi vəziyyətini çətinləşdirməyəcək, əksinə aylıq ödənişlər başlayacaqdır. Bu hal da məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən nəzərə alınmalıdır. Həmçinin ekspertizanın rəyi məhkəmənin gəldiyi son nəticədəki əsas məbləğ miqdarı ilə ziddiyət təşkil edir. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Şamil Rzaquliyev - sədrlik edən və məruzəçi, Loğman Süleymanov, Afiq Hüseynzadə) 26 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində işə onun iştirakı olmadan baxıldığını, ipoteka predmeti olan evin ipoteka ilə yüklü edilməsinə razılığının olmadığını göstərmiş olsa da, həmin xüsusat iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarının 19-cu vərəqində olan imzası notariat qaydasında təsdiq olunmuş ərizəsən görünür ki, Cavabdeh3 əri Cavabdeh2 məxsus ünvan 2 ünvandakı fərdi yaşayış evinin ipotekaya qoyulmasına razılıq vermişdir və ipoteka predmetinə tutma yönəldikdə yaşayış evini tərk etmək öhdəliyini öz üzərinə götürmüşdür. İşdən həmçinin görünür ki, Cavabdeh3 məhkəmə iclaslarında birində (i.v. 91-93) şəxsən iştirak etmişdir. Borcun düzgün hesablanmaması barədə şikayətin dəlilləri də əsaslandırılmamaqla formal mülahizələrdə n ibarət olmuşdur. Odur ki, məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmaraq həmin dəlilləri əsassız saymışdır. Cavabdeh3 (Vəkil Binyət oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsind ə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq z ərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh3 apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (bor c alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kr editorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin başqa bir dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri madd i və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd o lunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2315/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.