Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6678/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi, Cavabdeh X6 və vəkili X7 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli 2(103)-2824/2019 nömrəli qərardadından iddiaçı “xxxx” QSC BOKT X9 müavini X1və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC-nin cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankın xey rinə 3776 ABŞ dolları məbləğində əsas borcun, 1883,64 ABŞ dolları məbləğində faiz borcunun, 2378,88 ABŞ dolları məbləğində dəbbə pulunun, ümumilikdə 8032,52 ABŞ dolları məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumu kimi ödənilmiş pulun tutulmasını, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus “VAZ-21074” markalı, ** OP *** qeydiyyat nişanlı minik avtomaşınına yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılmasını, satışdan əldə olunan vəsaitin bankın hesabına köçürülməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin (hakim R.Mürsəlov) 03 avqust 2012-ci il tarixli, 2(002)-982/2012 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X4 3776 ABŞ dolları əsas borc, 1883,64 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları dəbbə pulu, cəmi 6159,64 ABŞ dolları (ödənild iyi zaman manata məzənnə ilə) və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu alınaraq iddiaçı “xxxx” ASC-nin Sumqayıt filialına ödənilməsi, tutma ipoteka ilə yüklü edilmiş cavabdeh X8 məxsus “VAZ-21074” markalı, (ban № XTA **********9878, buraxılış ili 2005-ci il, ağ rəngli) ** OP *** qeydiyyat nişanlı minik avtomaşınına yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan məbləğ yaranmış borcun ödənilməsinə yönəldilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh X10 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, 1883,64 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları dəbbə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X.Sarıyev - sədrlik edən və məruzəçi, E.Şamayev, Ş.Məhərrəmova) 27 fevral 2019-cu il tarixli, 2(103)-2824/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03 avqust 2012-ci il tarixli, 2(002)-982/2012 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdeh X4 3776 (üç min yeddi yüz yetmiş altı) ABŞ dolları əsas borc, 108,82 (yüz səkkiz ABŞ dolları səksən iki sent) ABŞ dolları faiz borcu, 400 (dörd yüz) ABŞ dolları dəbbə pulu, cəmi 4284,82 (dörd min iki yüz səksən dörd ABŞ dolları səksən iki sent) ABŞ dolları (ödənildiyi zaman manata məzənnə ilə) və 10,6 (on manat altmış qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı “xxxx” ASC-nin Sumqayıt filialına ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X8 məxsus “VAZ-21074” markalı, (ban № XTA **********987 8, buraxılış ili 2005-ci il, ağ rəngli) ** OP *** qeydiyyat nişanlı minik avtomaşınına yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan məbləğ yaranmış borcun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı qismində “X11 edilməsi Agentliyi” MMC və vəkil X2 tərəfindən kassasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev - sədrlik edən və məruzəçi, V.Həsənov, Ş.Məmmədova) 23 may 2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2(103)-2824/2019 saylı qətnaməsindən iddiaçı qismində “X11 edilməsi Agentliyi” MMC və vəkil X2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış, “X11 edilməsi A gentliyi” MMC və vəkil X1 izah edilmişdir ki, qərardadda göstərilən nöqsanları ağlabatan müddətdə aradan qaldırmaqla (hüquqdan sui-istifadə hallarına yol verilməməklə), yenidən kassasiya şikayəti ilə müraciət oluna bilər. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər X.Sarıyev - sədrlik edən və məruzəçi, V.Həsənov, Ş.Məmmədova) 03 iyul 2019-cu il tarixli 2(103)-2824/2019 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2(103)- 2824/2019 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə iddiaçı qismində “xxxx” QSC BOKT tərəfindən verilmiş ərizə təmin edilməyərək, kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı “xxxx” QSC BOKT X9 müavini X1və vəkili X2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkə məsinin Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli 2( 103)-2824/2019 saylı qərardadını və 27 fevral 2019-cu il tarixli 2(103)-2824/2019 saylı qətnaməsini iddia tələbinin cavabdeh X4 108,82 ABŞ dolları faiz borcunun, 400 ABŞ dolları dəbbə pulunun tutulması əsasında iddiaçının iddia tələbinin 1883,64 ABŞ dolları faiz borcu, 500,0 ABŞ dəbbə məbləğində tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququ “xxxx” QSC-nə güzəşt edilmiş və cavabdeh X6 3776,0 ABŞ dolları əsas borc, 1883,64 ABŞ dolları faiz borcu, 500,0 ABŞ dəbbə pulu dolları olmaqla, cəmi 6159,64 (altı min bir yüz əllin doqquz ABŞ dolları 64 sent) məbləğində problemli borcu 12.10.2017-ci il tarixli S-AVK-1128 saylı təhvil-təslim aktına əsasən “xxxx” QSC-nin idarəetməsinə təhvil verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli 2(103)-2824/2019 saylı qətnaməsindən “X11 edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə 15 may 2019-cu il tarixdə kassasiya şikayəti verilmiş, lakin həmin şikayət səlahiyyətsiz şəxs tərəfindən verildiyinə görə 23.05.2019-cu il tarixli qərardadla geri qaytarılmışdır. Həmin qərardad 03.06.2019-cu il tar ixdə “X11 edilməsi Agentliyi” MMC-nə daxil olmuş və 04.06.2019-cu il tarixdə “xxxx” QSC-nə göndərilmişdir. Lakin “xxxx” QSC müddətin bərpa edilməsi barədə vəsatət versə də, müddət bərpa edilməmişdir. Məhkəmə iddiaçı tərəfindən buraxılmış prossesual müddətin üzürlü olmasına baxmayaraq bu halı nəzərə almamışdır. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişdirlər. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasın ı mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəf məhkəmə iclaslarının yeri və vaxtı barədə həmçinin lazımi qaydada xəbərdar olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsinin surəti iddiaçı tərəfə “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə göndərilmişdir. Məhkəmə qətnaməsinin 11.03.2019-cu il tarixdə iddiaçı tərəfindən alması barədə SS577238395AZ saylı sifarişli poçt qəbzi mövcuddur. Həmin qətnamədən “xxxx” QSC t ərəfindən kassasiya şikayəti isə müddət buraxılmaqla verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli 2(103) -2824/2019 saylı qətnaməsindən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyindən, müddətin bərpası üçün üzürlü səbəblər müəyyən olunmadığından, müddət bərpa edilməməli, kassasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunm adığı hallarda şikayət verə bilərlər. - 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, qətnamədən kassasiya şikayəti 13 may 2019-cu il tarixdə verilməli olduğu halda, şikayətin verilməsi müddəti ötürülmüşdür. “xxxx” QSC tərəfindən müddətin bərpa edilməsi üçün üzürlü səbəb kimi “xxxx” ASC-nin problemli borclarının 12.10.2017-ci il tarixli S-AVK-1128 saylı təhvil-təslim aktına əsasən “xxxx” QSC-nin idarəetməsinə təhvil verildiyini, həmin qətnamədən “X11 edilməsi Agentliyi” MMC tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarıldığı və həmin qərardadın 04.06.2019-cu il tarixdə “xxxx” QSC daxil olduğunu göstərmişdi r. Məhkəmə kollegiyası hesab edir ki, ərizədə göstərilən bu səbəblər kassasiya şikayəti vermə müddətinin bərpası üçün üzürlü səbəb hesab edilə bilməz. Belə ki, “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilmə sinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası hesab edir ki, tələb güzəşt edilmiş “xxxx” QSC-nin qətnamədən vaxtında və səlahiyyətli şəxs kimi kassasiya şikayəti verməmiş, qətnamədən öz adından kassasiya şikayəti vermək hüququ olmayan “X11 edilməsi Agentliyi” MMC şikayət vermiş və bu şikayət haqlı olaraq geri qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, üzürlü səbəblər müv afiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir. Lakin hazırki işin halları baxımından iddiaçı hüquqi şəxs olduğundan bu halların heç birinə istinad edə bilməz. Nəzərə almaq lazımdır ki, iddiaçı kassasiya şikayətini qanunla nəzərdə tutulmuş müddətlər daxilində v ermək imkanına malik olmuşdur. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (MPM-in 133.1-ci maddəsi). Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, qeyd edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas vermir. İddiaçı kassasiya şikayətinin vaxtında tərtib edilərək verilməməsinin onun təqsiri olmadan baş verməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” QSC BOKT tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.07.2019-cu il tarixli 2(103)2824/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6678/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6678/2019
23.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver