Məhkəmə qərarları › İş №2(102)-668/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-668/2019

17.01.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-668/2019 17.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-668/2019 Bakı şəhəri 17 yanvar 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(003)-6049/201 7, hakim Ə.S.Qəhrəmanov) İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-8888/2018, hakimlər E.M.Həsənov, X.A.Mərdanova, İ.Ş.Vəliyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh ilə İddiaçı 08.08.2009-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından 22.09.2010-cu il tarixdə Əminə adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Mə hkəməsinin 17 yanvar 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 22.09.2010-cu il təvəllüdlü Əminənin anası İddiaçı yanında qalması müəyyən edilmiş, həmiçinin uşağın yetkinlik yaşına çatanadək hər ay 1000 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. 07 noyabr 2017-ci il tarixdəİddiaçı alimentin artırılması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şika yəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, cavabdehin aylıq əmək haqqının 5.200 manat təşkil etməsi, onun 429 manat pensiya alması, mülkiyyətində 2 ədəd avtomobilinin olması nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını məhkəmə qətnaməsi əsasında cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində iddiaçının xeyrinə tutulması qət edilən alimentin miqdarının dəyişdirilərək cavabdehdən qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsaslarını müəyyən edən 112-ci maddəsinin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunu“ Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulmasına dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqd arının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsi və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmə yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması halında mümkündür. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. İddiaçının irəli sürdüyü bu hallar alimentin məbləğinin artırılması üçün əsas hesab edilə bilməz. Belə ki alimentin 1.000 manat məbləğində müəyyən edilməsi ilə bağlı qeyd edilən qətnamədən və hazırki işin materiall arından, iddiaçının həmin işə baxıldığı zamankı ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək dəyişiklik olmadığı müəyyən edilir. Cavabdehin isə ailə və maddi vəziyyətində dəyişikliklər olmuşdur. Belə ki, cavabdehin aylıq əmək haqqı kifayət qədər yüksək olsa da, birinci nikahdan olan arvadı X4 ilə onun arasında “Aliment öhdəliklərinin həyata keçirilməsinə dair” 27.11.2017-ci il tarixli saziş bağlanmış, sazişə əsasən cavabdeh həmin nikahdan olan 04.03.2004-cü il təvəllüdlü X1 üçün qazancının üçdə bir hissəsinin yarısı miqdarında aliment ödəmək barədə öhdəlik götürmüş, eləcə də iddiaçı ilə boşandıqdan sonra daxil olduğu nikahdan övladı dünyaya gəlmişdir. Apellyaisya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar, məhkəmə tərəfin dən alimetin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin miqdarının artırılmasını zəruri edən dəyişiklik kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qər ara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar