Məhkəmə qərarları › İş №2(102)-668/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-668/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-668/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı QSC BOKT cavabdeh X1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-668/21 (Açar sözlər: kreditin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı QSC BOKT-nın vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-4993/2020 saylı qətnaməsindən İddiaçı QSC BOKT-nın kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali M əhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncudan xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 42.396,94 ABŞ dolları, faiz borcuna görə 14.594,76 ABŞ dolları olmaqla, cəmi 56.991,70 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan “X5” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən artıq qalan hissənin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün yetirli olmadığı halda tutmanın cavabdehin və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklara yönəldilərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim M.Ə.Rüstəmli) iddia qismən təmin edilərək, cavabdehdən ödəniş vaxtı milli manata məzənnədə xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borca görə 42.396,94 ABŞ dolları, faiz borcuna görə 11.037,11 ABŞ dolları olmaqla, cəmi 53.434,05 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan ipoteka hüququ ilə yüklü edilmiş “X5” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına kred it borcunun ödənilməsi, artıq qalan vəsaitin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib və beləliklə də kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsaslar əmələ gəlib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 427.3, 442.1, 443.1, 448.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən və məruzəçi, R.Ə.Eyvazov və Z.A.Şirinov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 445.1, 448.1, 739.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələblə ri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı QSC BOKT-nın vəkili Ayaz Məmmədzadə kasasiya şikayətinin dəlilləri ilə razılaşmayı b izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Ramiz Mehdiyev və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiyainstansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllə nin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öh dəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiyaşikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hə dləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiyaşikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instans iyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi h allarından görünür ki, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, “xxxx” ASC tərəfindən cavabdehə 36 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə 51.500 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən, cavabdedin mülkiyyətində olan “X5” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobil bankın xeyrinə ipoteka qoyulub. Bundan sonra, xx xxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən, “xxxx” ASC-nin problemli aktivlər üzrə tələb hüququ İddiaçı QSC BOKT-na keçib. xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin iddiaçıya xx xxxx 2016-cı il tarixə ödənilməmiş 42.396,94 ABŞ dolları əsas, 14.594,76 ABŞ dolları məbləğində faiz borcu vardır. Həmçinin, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, sözügedən kredit müqaviləsi üzrə xx xxxx 2016-cı il tarixə cavabdehin iddiaçıya ödənilməmiş 42.397,36 ABŞ dolları əsas, 11.037,11 ABŞ dolları faiz borcu olmaqla, cəmi 53.434,47 ABŞ dolları kredit borcu vardır. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları, o cümlədən maliyyə arayışını, ekspert rəyini digər sübutlarla müqayisəli şəkildə araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Belə ki, cavabdehin sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi, yəni onun kredit müqaviləsinin şərtlərini pozması, lazımınca icra et məməsi, vaxtında icra edilməməsi mülki iş materialları ilə istisna edilmir. Bu baxımdan icranı gecikdirmiş cavabdeh gecikdirmə nəticəsində vurduğu zərər üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır. Cavabdeh kasasiya şikayətində kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirdiyini, iddiaçıya ödənilməmiş borcunun qalmadığını və iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edimiş üç illik iddia müddətini ötürdüyünü göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyi b. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Digər tərəfdən, işdən görünür ki, sözügedən kredit müqaviləsi xx xxxx 2013-cü il tarixdə 36 ay müddətinə bağlanıb, həmin müqavilənin son icra müddəti xx xxxx 2016-cı il tarixdə bitib və iddiaçı təşkilat hazırki iddia ilə məhkəməyə xx xxxxxx 2018-ci il tarixdə, üç il müddət ərzində müraciət edib. Göründüyü kimi iddiaçı üç illik iddia müddətini ötürmədən məhkəməyə müracit edib. Ona görə də cavabdehin kasasiya şikayətinin dəlilləri əsassız olduğundan rədd edilməlidir. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlillərin təkrar araşdırılmasına lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiyainstansiyası məhkəməsi Qərara aldı: İddiaçı QSC BOKT-nın kasasia şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)4993/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar