Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6680/2019 21.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 31 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, 2(005)180/2018 saylı qətnaməsi ilə iddia q ismən təmin edilərək cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada 22 noyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 28662,73 manat əsas borc 7698,19 manat faiz borcu, 533,44 manat məbləğində gecikdirilmiş vaxt üçün 5% bank uçot dərəcəsi, 50 manat cərimə borcu olmaqla, cəmi 36,944,36 (otuz altı min doqquz yüz qırx dörd manat otuz altı qəpik) manat kredit borcunun tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi, cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh3 müştərək qaydada 23 iyul 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 3334,47 (üç min üç yüz otuz dörd dollar qırx yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 117,16 (bir yüz on yeddi dollar, on altı sent) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün 5% bank uçot dərə cəsi, 1 (bir) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6027,89 (altı min iyirmi yeddi dollar, səksən doqquz sent) ABŞ dolları məbləğində borcun ödəniş günü manata məzənnə ilə manatla tutularaq iddiaçı xxxx ASCnin xeyrinə ödənilməsi, cavabdehlər (borclu) Cavabdeh1, (zamin) Cavabdeh2 və (zamin) Cavabdeh3 müştərək qaydada hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 31 (30 manat dövlət rüsumu, 1 manat xidmət haqqı) manat dövlət rüsumu, ipoteka predmetinə və sonrakı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 60 manat rüsumunun tutularaq iddiaçı xxxx ASC-nin xeyrinə ödənilməsi, borc tələbinin ipoteka ilə yüklü edilmiş Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən m ənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, ünvan 1 ünvanda yerləşənmənzilin açıq hərracda ilkin satış qiymətinin 94000 (doxsan dörd min) manat müəyyən edilməsi, mənzilin satılması və ondan əldə ediləcək vəsait Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdeh3 qaytarılması, mənzil hərracda satıldıqdan bir ay sonra Cavabdeh3 oranı tərk etməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun Cavabdeh1 tutularaq, “SAP (XİİS) hasabı; Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza sı Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************” hesabına keçirilməsi, aparılmış qiymətləndirmə ekspertiza tədqiqatının dəyərinin Cavabdeh1 tutularaq, 150 (bir yüz əlli) manatın “xxxx” MMC- nin hesabına VÖEN 150260231, Hesab № AZN: AZ30GUNA********************, Bank:Gunay Bank ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KÖD:505594, SWİFT:GUNAAZ22 keçirilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli, 2(103)945/2019 saylı qətnaməsi ilə (hakimlər V.Həsənov sədrlik edən və məruzəçi, Ş.Məmmədova və X.Sarıyev) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, 2(005)-180/2018 saylı qətnaməsinin “ünvan 1 ünvanda yerləşənmənzilin açıq hərracd a ilkin satış qiymətinin 94000 (doxsan dörd min) manat müəyyən edilməsi” hissəsində dəyişdirilərək mənzilin açıq hərracda ilkin satış qiymətinin 95000 (doxsan beş min) manat müəyyən edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 245 manat pul vəsaitinin Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimələrin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı-nin Yasamal Filalı arasında bağlanılmış 22 noya br 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin və 23.07.2015-ci il tarixli ********* saylı kredit müqavilələrinin ləğv edilməsi, 22 noyabr 2014cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22 noyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 28 662,73 (iyirmi səkkiz min altı yüz altmış iki manat yetmiş üç qəpik) AZN məbləğində əsas borc, kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən 4 895,62 (dörd min səkkiz yüz doxsan beş manat altmış iki qəpik) AZN məbləğində faiz borcu və kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən 1 152,86 (bir min yüz əlli iki manat səksən altı qəpik) AZN məbləğində cərimə olmaqla, cəmi 34 711,21 (otuz dörd min yeddi yüz on bir manat iyirmi bir qəpik) AZN məbləğində kredit borcunun, 23 iyul 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 3 334,47 (üç min üç yüz otuz dörd dollar qırx yeddi sent) ABŞ dolları məbləğində əsas borc, kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən 2 478,92 (iki min dörd yüz yetmiş səkkiz dollar doxsan iki sent) ABŞ dolları məbləğində faiz borcu və kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən 16,71 (on altı dollar yetmiş bir sent) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 5 830,10 (beş min səkkiz yüz otuz dollar on sent) ABŞ dolları məbləğində kredit borcunun mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfindən ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə və sonrakı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövl ət reyestrində qeydə alınması üçün ödənilmiş 60 (20 (on) manat rüsum və 40 (iyirmi) manat xidmət haqqı) məbləğinin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin həm ilkin həm də sonraki ipoteka predmeti olan və Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı, ******* №-li, 29.04.2010-cu il qeydiyyat tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ ilə məxsus olan və xüsusi mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən mənzil 87-ə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul t ələblərinin təmin edilməsi üçün İddiaçı-yə ödənilməsi, ipoteka predmetlərinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız ipoteka predmeti olan mənzilin dəyəri 1000 manat artırılmış, iş üzrə qanun pozuntuları aradan qaldırılmamış, təkrar qanun pozuntularına yol verilmiş, ədalətli və qanuni məhkəmə qətnaməsi çıxarılmamışdır. Ona görə də Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və mülki iş üzrə icraata xitam veri lməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin 31 may 2019-cu il tarixli qətnaməsindən verdikləri şikayətin təmin olunması barədə qərar qəbul edilməsini, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin hüquq normalarına uyğun qəbul edildiyindən şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin 31 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlə r. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 31 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən süb ut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 22 faiz ödəmək şərtilə 36 ay müddətinə 60000 AZN məbləğində kredit verilmişdir. Həmçinin “xxxx” ASC ilə X3 arasında bağlanmış 22 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 87 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin kreditin təminatı olaraq İddiaçı-in Yasamal filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. 23 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi üçün 24 ay müddətinə illik 26% olmaqla 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin “xxxx” ASC ilə X3 arasında bağlanmış 23 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayon, ünvan 1 ünvanında yerləşən 87 saylı mənzil bank qarşısında ipoteka ilə yükl ü edilmişdir. Həmin kreditin təminatı olaraq iddiaçı Bank ilə Cavabdeh3 və Cavabdeh1 arasında üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsinin 29.06.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, həmin qərardad əsasında 19856 saylı, 19 aprel 2019-cu il tarixli ekspert rəyi təqdim edilmişdir. Həmin rəyə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 22.11.2014- cü il tarixli ********* saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh1 22 noyabr 2017-ci il tarixədək banka olan borcu 36269,09 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 28662,73 manat, faiz borcu üzrə 7606,36 manat. 22.11.2017-ci il tarixdən 06.04.2018-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 533,45 manat təşkil edir. Cavabdeh1 06.04.2018-ci il tarixədək banka olan borcu 36802,53 manat məbləğində müəyyən olunur. O cümlədən əsas borc üzrə 28662,73 manat, faiz borcu üzrə 8139,8 manat. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış 23 iyul 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh1 müqavilə müddətinin bitdiyi 23 iyul 2017-ci il tarixədək banka olan borcu 5929,0 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən, əsas borc üzrə 3334,47 ABŞ dolları, faiz borcu üzrə 2594,53 ABŞ dolları. 23.07.2017-ci il tarixdən 06.04.2018-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 117,17 ABŞ dolları təşkil edir. 06.04.2018-ci il t arixə Cavabdeh1 banka olan borcu 6046,17 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən, əsas borc üzrə 3334,47 ABŞ dolları, faiz borcu üzrə 2711,7 ABŞ dolları. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisənin müəyyən olunmuş hallarından göründüyü kimi tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn müqavilə-hüquq münasibətləri yaranmışdır. Birinci instansiya məhkəməsi də məhz həmin müqavilə münasibətlərinə uyğun olaraq yaranmış kredit borcunun tutulması və bunun təmin edilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsinə dair tələbi əsaslı olaraq təmin etmişdir. Belə ki, borcalan Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ödənişl ər etməli olduqları halda müəyyən miqdar ödənişlər etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmişdir, bununla da iddiaçının müqavilədən irəli gələn tələb kimi vurulmuş zərərin əvəzinin ödənilməsi ilə yanaşı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ da yaranmışdır. Apellyasiya şikayətinin əsas və faiz borcunun şişirdilməsi ilə bağlı dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin hissədə qətnamə əsaslı və qanunidir. Cavabdeh1 ekspert rəyi ilə razı olmaması həmin rəyin əsassız olmasına dəlalət etmir. Ekspert rəyi mötəbər sübut kimi birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq nəzərə alınmışdır. Hazırkı mərhələdə təyin olunmuş ekspertizanın nəticəsi olaraq verilmiş rəylə əvvəlki rəydə olan nəticə eyni ilə tək rarlanmışdır. Cavabdeh apellyasiya şikayətində borc məbləğinin şişirdilməsini göstərmiş olsa da, həmin dəlilin əsaslılığını təsdiq edən heç bir möhtəbər sübuta istinad etməmişdir. Hazırki işin araşdırılmış halları baxımından isə borc məbləğinin daha az miqdarda olması təsdiq olunmur. Apellyasiya şikayətində ipoteka predmetinin qiymətləndirilməsinə dair göstərilənlərə münasibətdə apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ünvan 1 ünvanda yerləşənmənzilin açıq hərracda ilkin satış qiymətinin 94000 (doxsan dörd min) manat müəyyən edilməsi hissəsində dəyişdirilməli, ünvan 1 ünvanda yerləşənmənzilinin ilkin satış qiyməti 95.000 manat müəyyən edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə təyin edilmiş qiymə tləndirmə ekpertizası üzrə “xxxx” MMC tərəfindən verilmiş 0860/18/NBCB saylı, 19 oktyabr 2018-ci il tarixli ekspert rəyinə əsasən ünvan 1 ünvanda yerləşənmənzilin hazırki bazar dəyəri 95000 manat təşkil edir. İpoteka predmetinin dəyərinin həmin məbləğdən daha artıq olmasına dair işdə hər hansı sübut mövcud deyildir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 317, 319.1, 385, 386.1, 425, 442, 445.1, 445.2.1-ci maddələrinin və “İpoteka” haqqında Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 59.3.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi hüquq normaları düzgün olmuşdur. Məhkəmə kollegiyası k assasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, iş üzrə verilmiş apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək hazırki iş üzrə düzgün və əsaslı nəticəyə gəlinmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan və hazırki iş üzrə apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 31 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6680/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6680/2019
21.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver