Məhkəmə qərarları › İş №2(102)-6682/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6682/2019

24.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6682/2019 24.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 may 2019-cu il tarixli qətnaməsindən iddiaçı"xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 oktyabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova, iş № 2(011)-461/20 18 saylı mülki iş) iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh1dən 28.12.2013-cü il tarixli 943H saylı kredit müqaviləsi üzrə əsas borca görə ******* manat, faiz borcuna görə 1116666,67 manat olmaqla, cəmi 3116666,67 manat borcun və məhkəmə xərclərinə görə 249 manat pulun iddiaçının xeyrinə tutulması, Cavabdeh1-dən ipoteka predmetlərinin qiymətləndirilməsinə çəkilən xərcə görə 400 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, Cavabdeh1-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 200 manat dövlət nəfinə tutulması, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X3 küçəsi 2b ünvanda istifadədə olan 0,07505 ha torpaq sahəsində yerləşən 1624,7 m2 ümumi sahədən ibarət əmlak kompleksi (qeyri-yaşayış binası) ilkin satış qiyməti ******* manat, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X3 küçəsində istifadədə olan 0,17889 ha torpaq sahəsində yerləşən 2a nömrəli ünvanda 3241,9 m2 ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası ilkin satış qiyməti ******* manat, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X3 küçəsində istifadədə olan 0,37905 ha torpaq sahəsində yerləşən 2c nömrəli ünvanda 4469,1 m2 ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə ilkin satış qiyməti 12510000 manat, Cavabdeh4 mülkiyyətində olan Şəki rayonu ÜNVAN kəndində yerləşən 41 ha torpaq sahəsi ilkin satış qiyməti ******* manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitindən 3116915,67 manat borcun iddiaçı "xxxx" ASC-nin hesabına, 400 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi X idməti MMC-nin hesabına, 200 manatın isə dövlət nəfinə keçirilməsi, Bakı şəhəri Nəsimi rayonu X3 küçəsi 2b ünvanda istifadədə olan 0,07505 ha torpaq sahəsində yerləşən 1624,7 m2 ümumi sahədən barət əmlak kompleksi (qeyri-yaşayış binası), Bakı şəhəri Nəsimi rayonu ÜNVAN1 ^işəvəri küçəsində istifadədə olan 0,17889 ha torpaq sahəsində yerləşən 2a nömrəli jnvanda 3241,9 m2 ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası, Bakı şəhəri Nəsimi rayonu X3 küçəsində istifadədə olan 0,37905 ha:orpaq sahəsində yerləşən 2c nömrəli ünvanda 4469,1 m2 ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə, Şəki rayonu ÜNVAN kəndində yerləşən 41 ha torpaq sahəsi satıldıqdan 1 ay sonra boşaldılması qət edilmiş, iddia ərizəsi qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 avqus t 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov(sədrlik edən, məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov, 2(103)-9020/2018 saylı mülki iş) hazırki iş üzrə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 08 fevral 2019- cu il tarixli, qərarı ilə (sədrlik edən hakimlər V.İbayev, İ.Xələfov və Ə.Əliyev, 2(102)-459/19 saylı mülki iş) Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 avqust 2018-ci il tarixli qətnaməsi - "xxxx" MMC-dən 28 dekabr 2013-cü il tarixli 943H saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 1.116.666,67 manat iddiaçının xeyrinə tutulmasıhissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 may 2019-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən, məruzəçi), Z.Ə.Əliyev və F.Ş.Talışınski, 2(103)-4789/2019 saylı mülki iş) hazırki iş üzrə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qətnaməsi qismən, yəni kredit müqaviləsi üzrə faizlərin tutulması hissəsində qismən ləğv olunmuş, cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan faizlərin məbləği 776666,11 (yeddi yüz yetmiş altı min altı yüz altmış altı manat 11 qəpik) manat həddində müəyyən edilməsi qət edilmişdir. İşin halları İddiaç "xxxx" ASC Cavabdeh1-yə, Cavabdeh2, Cavabdeh3, Cava bdeh4 qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, "xxxx" MMC-dən 28.12.2013-cü il tarixli 943H saylı kredit müqaviləsi üzrə əsas borca görə ******* manat, faiz borcuna görə ******* manat olmaqla, cəmi ******* manat borcun, məhkəmə xərclərinə görə 249 manatın tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X3 küçəsi 2b ünvanda istifadədə olan 0,07505 ha torpaq sahəsində yerləşən 1624,7 m2 ümumi sahədən ibarət əmlak kompleksinə (qeyri-yaşayış binasına), Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X3 küçəsində istifadədə olan 0,17889 ha torpaq sahəsində yerləşən 2a nömrəli ünvanda 3241,9 m2 ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X3 küçəsində istifadədə olan 0,37905 ha torpaq sahəsində yerləşən 2c nömrəli ünvanda 4469,1 m2 ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə, Cavabdeh4 mülkiyyətində olan Şəki rayonu ÜNVAN kəndində yerləşən 41 ha torpaq sahəsinə yönəldilərək, onların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin hesabına borcun ödənilməsi, ipoteka predmetlərinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən, faiz borcunun tutulması tələbinin tutulması tələbinin təmin edilməmiş hissəsi ndə ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətlə ndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli, 2(102)-459/19 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 avqust 2018-ci il tarixli qətnaməsi - "xxxx" MMC-dən 28 dekabr 2013-cü il tarixli 943H saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 1.116.666,67 manat iddiaçının xeyrinə tutulmasıhissəsində ləğv edilərək, həmin hissədə yenidən baxılması üçün göndərildiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini məhz həmin hissədə yoxlamışdır. Müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 28.12.2013- cü il tarixli 943H saylı kredit müqaviləsinə görə, bank borcalana illik 15% ödə mək, 31 ay müddətinə qaytarmaq şərtilə ******* manat kredit verməyi öhdəsinə götürmüşdür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında deyilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqını (faizləri) tələb edə bilər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.02.2018-ci il tarixli 26940 saylı rəyinə görə, 28.12.2013-cü il tarixli 943H nömrəli kredit müqaviləsinə əsasən 13.09.2017-ci il tarixədək "xxxx" MMC- nin ümumilikdə banka olan borcu 3116666,67 manat məbləğində müəyyən olunur: o cümlədən; əsas borc üzrə ******* manat, faiz borcu üzrə 1116666,67 manat. Beləliklə, işdə olan sübutlardan aydın olmuşdur ki, kredit müqaviləsinin müddəti 28 iyul 2016-cı il tarixdə bitsə də, ekspertiza rəyinə əsasən kreditə görə faizlər 13 sentyabr 2017-ci il tarixə kimi hesablanmışdır. Yəni faizlərin hesablanması kreditin qaytarılması müddəti bitdikdən sonra da bir il iki ay müddət ərzində kredit müqaviəsində göstərilən ş ərtlərə uyğun hesablanmaqda davam etmişdir ki, bu da qanunvericiliyin və Konstitusiya Məhkəməsinin qeyd edilən qərarındakı hüquqi mövqeyinə zidd olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi tarixə (28 iyul 2016cı il) faizlərin məbləği 776666,11 manat təşkil etdiyindən, qətnamə faizlərin tutulması hissəsində qismən ləğv olunmaqla, faizlərin məbləği 776666,11 manat həddində müəyyən edilməlidir. Lakin, bu hal iddiaçını qeyd edilən müddətdən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş müvafiq zərərin (real zərər əldən çıxmış faydanın) ödənilməsini müstəqil qaydada tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət lüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc ilan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən lərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin ic rasını tələb etmək hüququ vardır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instasiya məhkəməsinin qətnaməsini qismən, yəni kredit müqaviləsi üzrə faizlərin tutulması hissəsində qismən ləğv etməklə, cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan faizlərin məbləği 776666,11 (yeddi yüz yetmiş altı min altı yüz altmış altı manat 11 qəpik) manat həddində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlə rə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 14 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar