Məhkəmə qərarları › İş №2(102)-6685/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6685/2019

07.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6685/2019 07.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili Vəkil iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qərardadından Cavabdeh1 hüquqi varisi XXX qızının kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli qətnaməsi ilə ( iş № 2(004)-212/2018, hakim A.Ş.Mirzəzadə) İddiaçı KB ASC-nin Cav abdeh1 və qeyrilərinə qarşı iddiası qismən təmin edilmiş, 08.05.2015-ci il tarixli kredit müqaviləyəy əsasən 28.921 ABŞ dolları əsas borc, 658 ABŞ dolları faiz borcu, 819 ABŞ dolları cərimə borcu, cəmi 30.400 ABŞ dolları, 25.11.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 97.816 ABŞ dolları əsas borc, 11.029 ABŞ dolları faiz borcu, 1.333 ABŞ dolları cərimə borcu, cəmi 110.179 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata olan məzənnəsi ilə Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 məxsus torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən bağ evinə yönəldilməklə ipoteka predmetinin açıq hərracdan satılması, torpaq sahəsinin bazar dəyərinin 54.000 manat, həmin torpaq sahəsi üzərində yerləşən bağ evinin bazar dəyərinin 210.000 manat məbləğində müəyyən edilməsi qə t edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-5416/2018, hakimlər İ.K.Xəlilov, X.A.Cəmilova və A.Q.Hüseynov) İddiaçı KB ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti və evin boşaldılması tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, ipoteka predmeti olan torpaq sahəsi və onun üzərində yerləşən bağ evinin ilkin satış qiymətinin 210.000 manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satıldıqdan sonra bir ay ərzində boşaldılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə üzrə icra vərəqəsi verilərək icraya yönəlmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 i yul 2019-cu il tarixli qərardadı ilə (iş № 2(103)-5416/2018, hakimlər İ.K.Xəlilov, X.A.Cəmilova və A.Q.Hüseynov) Cavabdeh1 hüquqi varisi XXX qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan XXX qızı verdiyi kassasiya şikayətində qərardadın ləğv edilib kassasiya şikayətinin baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normaları pozulmuş, kassatorun iş üzrə apellyasiya şikayəti vermədiyi halda kassasiya şikayəti verməyə haqlı olmaması nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyasın ın iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin 04.06.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti və evin boşaldılması tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, ipoteka predmeti olan evin ilkin satış qiyməti 210.000 manat müəyyən edilmiş, həmin əmlakın açıq hərracda satıldıqdan sonra bir ay ərzində boşaldılması, qətnamənin iddiaçıya münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən 09.07.2019-cu il tarixdə Cavabdeh1 hüquqi varisi XXX qızının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti vermişdir. Apellyasiya intansiyası məhkəm əsi qərardadını onunla əsaslandırmışdır ki, verilmiş kassasiya şikayətinin məzmunundan görünür ki, kassator qətnamənin ləğv edilməsini, iddianın tam rədd edilməsini tələb edir. Halbuki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinə “ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti və evin boşaldılması tələbinin rədd edilməsi hissəsində” baxmış və qətnamə qəbul etmişdir. Kassator qətnamənin apellyasiya baxışının predmeti olmayan hissəsindən apellyasiya şikayəti vermədiyindən həmin hissədən kassasiya şikayəti verməyə haqlı deyil. Çünki qətnamənin apellyasiya şikayəti verilməyən hissəsi, yəni “kredit borcunun tutulması hissəsi” artıq qanuni qüvvəsini almışdır. Fidan Quliyeva işə baxan birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmədən, həmin qətnaməni iddiaçı bankın apellyasiya şikayəti əsasında, yalnız iddianın təmin edilməyən hissələrində yoxlamış apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, bu halda kassator qanunvericiliyin tələblərinə görə apellyasiya baxışının predmeti olmayan hissədən kassasiya şikayəti verə bilməz. Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 408-ci maddəsi ilə kassasiya şikayətinin qaytarılması əsasları və nəticələri müəyyən edilmişdir. Beləliklə apellyasiya məhkəməsinin qərardadı kassasiya şikayətinin geri qaytarılması əsaslarını və nəticələrini müəyyən edən prosessual qanunvericiliyin tələblərinə uyğun olmaqla kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar