Məhkəmə qərarları › İş №2(102)-6686/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6686/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6686/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Əhmədova Şərafət Ələsgər qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6686/21 (Açar sözlər: kredit borcu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1934/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İdd iaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Əhmədova Şərafət Ələsgər qızına və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Əhmədova Şərafət Ələsgər qızı və Cavabdeh2 3644.61 manat əsas, 1910.66 manat, 1800.51 manat cərimə, 551.82 kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7- ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 7907.60 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, Əhmədova Şərafət Ələsgər qızı ilə İddiaçı ASC arasında bağlanmış 25.09.2014-cü il tarixli 8462 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh illik 26 faizlə, 36 ay müddətinə 5000 manat məbləğində kredit almışdır. Cavabdeh bankdan aldığı krediti və ona hesablanmış faiz bo rcunu hər ay qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.5-ci bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin aylıq ödənişinin 0,1 faiz həcmində dəbbə pulu ödəyir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Əhmədova Şərafət Ələsgər qızının banka 3644,61 manat məbləğində əsas, əsas borca hesablanmış 1910,66 manat faiz, 1800,51 manat məbləğində cərimə borcu, Konstitusiya Məhkəməsinin Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenu m qərarına əsasən hesablanan 551,82 manat faiz borcu, cəmi 7907,60 manat məbləğində borcu yaranmışdır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq bankla Cavabdeh2 arasında 25.09.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Ağcəbədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 fevral 2021-ci il tarixli 2(017)-125/2021 nömrəli qətnaməsi ilə (hakim – Etibar Quliyev) iddia tələbi qismən təmin edilərək, İddiaçı ASC-nin Ağcabədi filialı ilə Əhmədova Şərafət Ələsgər qızı arasında bağlanmış 25.09.2014-cü il tarixli, 8462 nömrəli kredit müqaviləsi üzrə cavabdeh Əhmədova Şərafət Ələsgər qızından 3644,61 manat məbləğində əsas, əsas borca hesablanmış 1910,66 man at faiz, 50 manat dəbbə pulu, həmçinin ödənilmiş 21 manat dövlət rüsumunun əvəzinin alınaraq Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanma Fonduna ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia tələbinə Cavabdeh2 aid hissədə xitam verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, borclu Əhmədova Şərafət Ələsgər qızı kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi borcun və faizin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının 3644,61 manat əsas kredit borcu üzrə 1800,51 manat məbləğində dəbbə pulu hesablaması ədalətli deyil. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467). Bu səbəbdən məhkəmə 1800,51 manat məbləğində hesablanmış dəbbə pulunun 50 manat məbləğində müəyyən edilməsini tərəflərin əmlak mənafeyi baxımından ədalətli hesab edir. Həmçinin müəyyən olundu ki, Cavabdeh2 19 aprel 2017-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən hakim iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 öldüyünə və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verilmə diyinə görə iddia tələbi ona aid hissədə xitam verilməlidir. Məhkəmə kreditin qaytarılma müddəti bitdiyi tarixdən əsas borc məbləği tam qaytarılan tarixə kimi əldə çıxmış faydanın əvəzinin hesablanaraq ödənilməsi tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdehə qarşı olan iddiasının əldən çıxmış faydaya görə pulun alınıb verilməsinə dair hissəsində (kredit müqaviləsi üzrə müqavilə müddəti bitdiyi tarixdən 25.09.2017-ci il tarixdən 25.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 05 faizlə hesablanmış 551,82 manat məbləğində əldən çıxmış fayda hissəsində) iddiaçı həmin halları təsdiq edən mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də həmin tələb dəqiq olmadığı, heç bir sübuta söykənməyən mücərrəd xarakter daşıdığı üçün iddia həmin tələ b hissəsində də təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 470.1, 472.1. 472.2, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 261.0.7-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, İddiaçı ASC tərəfindən əsas borcun şişirdilmiş hissəsinin, əsassız faiz və cərimə borclarının silinməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Heydərov- sədrlik edən və məruzəçi, Tale Kərimov, İsmayıl Əhmədov) 2(106)-1934/2021 saylı, 13 iyul 2021-ci il tarixli qərardadı ilə cavabdeh Əhmədova Şərafət Ələsgər qızı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Ağcəbədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(017)-125/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Əhmədova Şərafət Ələsgər qızına və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə icraata Cavabdeh2 münasibətdə xitam verilməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Heydərov- sədrlik edən və məruzəçi, Tale Kərimov, İsmayıl Əhmədov) 2(106)-1934/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Ağcəbədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(017)-125/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, cavabdeh Əhmədova Şərafət Ələsgər qızından 3644.61 manat və dövlət rüsumunun ödənilməsinə görə 45.80 manat olmaqla, cəmi 3690.41 manat pulun alınaraq LPO İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməs i işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Məhkəmə müqavilə tələbi üzrə iddia tələbini qismən təmin edərək nəzərə almamışdır ki, mübahisə edilən müqavilənin tələblərinə əsasən cavabdehin 25.09.2014-cü il tarixli, 8462 nömrəli kredit müqaviləsi üzrə borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanının təsiri altına düşmüş və fərmanın icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcu 3644,61 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 5 % olmaqla 5 il (bir il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. Baxmayaraq ki, birinci instansiya məhkəməsi bu halları aydınlaşdırmamış, kredit müqaviləsi üzrə iddia tələbini qismən təmin edərkən maddi hüquq normalarını səhv təfsir və tətbiq edərək qanunsuz qətnamə qəbul etməklə qətnamənin apelyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, Zaminbank ASC-nin Ağcabədi filialı ilə Əhmədova Şərafət Ələsgər qızı arasında 25.09.2014-cü il tarixli, 8462 nömrəli kredit müqaviləsinin bağlanması, onun bankdan 36 ay müddətinə 5000 manat məbləğində kredit alması, kreditdən istifadəyə görə illik 26 faiz ödəməyi öhdəsinə götürməsi, onun müqavilə öhdəliklərini yerinə yetirməməsi və Əhmədova Şərafət Ələsgər qızının kredit müq aviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə cavabdehlik öhdəliyini Cavabdeh2 üzərinə götürməsi sübuta yetir. Həmçinin müəyyən olundu ki, Cavabdeh2 19 aprel 2017-ci il tarixdə ölmüşdür. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən edir ki, Cavabdeh1 qızının iddiaçı LPO İddiaçı ASCilə 25.09.2014-cü il tarixli, 8462 nömrəli kredit müqaviləsiilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır, iddiaçı cavabdehin 22.09.2020-ci il tarixli maliyyə arayışına əsasən 25.09.2014-cü il tarixli, 8462 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan əsas borcunun 3644,61 manat, 1910,66 manat faiz borcu, 1800,51 manat cərimə borcu, 551,82 manat konstitusiya məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, ümumi 7 907,60 manatməbləğində təşkil etdiyini göstərmişdir. Lakin işdə olan digər sübutlara əsasən «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 3644,61 manat təşkil etməsi müəyyən olunmuşdur. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə hə yata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Kollegiya qeyd edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərinin icra edilməməsi işin mübahisəsiz halını təşkil edir. Müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində iddiaçı maliyyə arayışına əsasən pul tələb etsə də, həmin borc pul məbləğinin maliyyə arayışında istinad edilən kimi deyil, 3644,61 manat məbləğdə təşkil etməsi barədə problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, İnternet portalında ümumi borc məbləği üzrə ye kun məbləğ yerləşdirildiyindən, maliyyə arayışında tələb edilən məbləğ deyil, internet portalında göstərilən məbləğ əsas götürülməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi araşdırılan kredit müqaviləsi üzrə tələb olunan məbləğə dair yekun nəticəyə gələrkən nəzərə almamışdır ki, kredit müqaviləsi üzrə tələb olunan borc mövcud olmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında dövlətin dəstəyi ilə kompensasiya olunaraq təklif olunan 3644,61 manat borc pulun qaytarılması ilə bağlı yeni müqavilə münasibəti yaranmış iddiaçı LPO Zaminbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən oferta (müqavilə bağlamaq təklifi) göndərilmiş və cavabdeh borclu Cavabdeh1 qızı aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə təklif olunan məbləğlə razılaşaraq buna etiraz etməmişdir. «A zərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 3644,61 manat təşkil etməsi və bunun müqabilində tərəflər arasında müqavilə bağlandığı halda müqavilə münasibətlərinə uyğun olaraq borcun ödənilməsi, müqavilə münasibətinə girmək istəmədiyi halda isə kreditorun ümumi əsaslarla müəyyən olunan pulun məhkəmə qaydasında tələb etmək hüququ yaranır. Belə ki, problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışda ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönələn hissənin izahından görün ür ki, 01 mart 2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) borcun azaldılmasına yönəldilmiş məbləğ çıxılmaqla qalıq borcu isə 3644,61 manat məbləğində müəyyən edilmişdir. Bu isə ona dəlalət edir ki, birinci instansiya məhkəməsi iddia tələbini kredit müqaviləsi üzrə qismən təmin etməklə maddi və prosessual hüquq normalarını səhv təfsir və tətbiq etməklə yekun nəticəyə gəlmiş, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin faiz borcu, cərimə məbləği və kredit müqavil əsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin tutulması hissəsində ləğv edilərək iddia tələbinin tam təmin olunması və ya işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Əhmədova Şərafət Ələsgər qızına ləğv prosesində olan "xxxx"ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ünvanlanmış 07.10.2019-cu il tarixli bildirişdə həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 illik güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. Lakin bununla bağlı Əhmədova Şərafət Ələsgər qızının Əmanətlərin Sığortalanması Fonduna heç bir mür aciəti daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanın tələblərini nəzərə almayaraq cavabdeh Əhmədova Şərafət Ələsgər qızının FPO İddiaçı ASC-yə kredit müqaviləsi üzrə borcunun tərkib hissələri olan faiz borcu, cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləğini əsassız olaraq silmişdir. Həmin fərmanın 10-cu bəndində Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu dig ər şəxslərə tövsiyə edilir ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər. Bu bənddə hər hansı bir göstəriş nəzərdə tutulmadığı aşkar şəkildə görsənir. Bundan başqa, Fərmanın 6.2-ci bəndinə əsasən, restrukturizasiya olunacaq kreditlərə hesablanmış faizlərin silinməsi məhkəmələrə deyil, banklara tövsiyə olunmuşdur. Ümumiyyətlə, Fərmanda kreditlərə hesablanmış faizlərin və cərimələrin silinməsi səlahiyyəti məhkəmələrə verilməmişdir. Həmin fərmanın heç bir bəndində fərmanın təsirinə düşən kredit müqavilələrinin restrukturizasiya olunmadığı halda məhkəmələr tərəfindən həmin kredit müqavilələri üzrə hesablanan faiz, cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014cü il tar ixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış faiz məbləği borclarının silinməsi səlahiyyətləri verilməyib. Bundan başqa, Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd olunub ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin hüquqdan ist ifadə edərək onlar tərəfindən, əsas və faiz borcundan başqa kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonra hesablanan 551,82 manat borcun tutulmasını məhkəmədən xahiş etmişlər. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb etdikləri 551,82 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan faiz borcunu təmin etməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil və cavabdeh Əhmədova Şərafət Ələsgər qızı məhkəmə iclasına gəlməmiş və gəlməmələ rinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtlə ri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı: Bənd 6.1. Bu fərmanın 7.1-ci bəndində nəzərdə rurulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Bənd 6.2. Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırıl masını təmin edən tədbirlər görsünlər. Bənd 8.7. Restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Bənd 8.9. Faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ol an, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddianın təmin edilməyən hissələri üzrə mübahisələndirildiyindən və məhkəmə aktının həmin hissələrdə ləğvi xahiş edildiyindən məhkəmə aktı qeyd olunan hissələrdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətində ilkin olaraq faiz və cərimə borcunun silinməsinin əsassızlığını, həmin hissədə restrukturizasiya ilə əlaqədar borcun silinməsinin məhkəmənin səlahiyyətinə aid olmadığını dəlil olaraq göstərmiş olsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, hazırki iddia tələbi üzrə borc məbləğinin əsasını təşkil edən kredit müqaviləsi üzrə borc “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşmüş, p roblemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışda ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönələn hissənin izahına əsasən, 01 mart 2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) borcun azaldılmasına yönəldilmiş məbləğ çıxılmaqla qalıq borcu isə 3644,61 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda apelyasiya kollegiyası haqlı olaraq “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərini mübahisəyə tətbiq edərək cavabdehdən yalnız əsas borcun tutulmalı olması qənaətinə gəlmişdir. Belə olan halda bu hissə üzrə kasasiya şik ayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Kasasiya şikayətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarına istinadən hesablanmış illik 5% faiz borcunun tutulmalı olması ilə bağlı dəlili üzrə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddia tələbi bu hissədə apelyasiya kollegiyası tərəfindən deyil, birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş, cavabdeh birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni apelyasiya qaydasında mübahisələndirdiyi halda, iddiaçı apelyasiya şikayəti ilə müraciət etməmiş, b ununla da o, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməyən hissələri ilə razılaşdığını ifadə etmiş olmuşdur. Hazırki vəziyyətdə bu hissə üzrə dəlillər də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin bu hissədə də ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-ni n Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1934/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar