Məhkəmə qərarları › İş №2(102)-6689/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6689/2019

08.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6689/2019 08.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X2 və Cavabdeh vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli, 2(103)5042/2019 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzr ə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 16 fevral 2018-ci il tarixli, 2(005)444/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.N.Quliyev) iddiaçı Ləğv prosesində olan “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borca görə 939.261 ABŞ dolları, faiz borcuna görə 104.800,11 ABŞ dolları olmaqla, cəmi 1.044.061,11 ABŞ dolları kredit borcunun tutulması” barədə iddiası rədd edilib. İddiaçı təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2018-ci il tarixli, 2(103)5707/2018 saylı qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, E.E.Nağıyeva və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli, 2(102)-493/2019 saylı qərarı ilə (hakimlər İ.R.Xələfov sədrlik edən, məruzəçi, Q.Ə.Allahverdiyev və Ə.Ə.Şadiyev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli, 2(103)5042/2019 saylı qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı “kredit müqaviləsi üzrə əsas borca görə 939.261 ABŞ dolları, faiz borcuna görə 104.800,11 ABŞ dolları olmaqla, cəmi 1.044.061,11 ABŞ dolları kredit borcunun tutulması” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, 18 oktyabr 2012-ci il tarixli təminatsız kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 12 ay müddətinə, illik 16 faiz ödəmək şərti ilə 1.094.261 ABŞ dolları kredit verilib. Hazırda cavabdehin iddiaçı təşkilata ödənilməmiş 939.261 ABŞ dolları əsas, 104.800,11 ABŞ faiz olmaqla, cəmi 1.044.061,11 ABŞ dolları kredit borcu vardır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortal anması Fondunun vəkili XXX kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh vəkili XXX məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətinin yaranmasına, iddiaçı təşkilatın hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş üç illik iddia müddətini ö türməsinə, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfində n müəyyən edilmiş həqiqi hallarından görünür ki,18 oktyabr 2012-ci il tarixli təminatsız kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 12 ay müddətinə, illik 16 faiz ödənilməsi şərti ilə 1.094.261 ABŞ dolları kredit verilib. İddiaçı təşkilat tərəfindən təqdim edilmiş 13 oktyabr 2017-ci il tarixli maliyyə arayışına görə, cavabdehin iddiaçı təşkilata 10 oktyabr 2017-ci il tarixə ödənilməmiş 939.261 ABŞ dolları əsas, 104.800,11 ABŞ dolları faiz olmaqla, cəmi 1.044.061,11 ABŞ dolları kredit borcu vardır. Eləcə də iddiaçı təşkilatın 16 fevral 2018-ci il tarixli məktubuna görə, 18 oktyabr 2012-ci il tarixli təminatsız kredit müqaviləsi üzrə sözügedən kredit vəsaitinin bank tərəfindən cavabdehə verilməsini təsdiq edən kassa məxaric orderinin, həmçinin 19 may 2015-ci il tarixdə əsas borcun ödənilməsinə yönəldilmiş 5.000 ABŞ dolları pul vəsaitinin banka ödənilməsini təsdiq edən kassa mədaxil orderinin əsilləri Ləğv prosesində olan “xxxx” ASC aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini rədd edərkən qeyd etmişdir ki, bank tərəfindən öhdəliyin icra müddəti 18 oktyabr 2013-cü il tarixə, saat 18:00-dək müəyyən edilib. İddiaçı təşkilat, 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə məhkəməyə öhdəliyin icrası müddətindən 4 il müddət keçdikdən sonra iddia ərizəsi ilə 31 oktyabr 2017ci il tarixdə müraciət edib. Sözügedən kredit müqaviləsinin özündə də, iddia müddəti ilə əlaqədar başqa hal nəzərdə tutulmayıb. Cavabdeh isə hazırki mülki mübahisəyə iddia müddətinin tətbiqi barədə məhkəməyə 27 dekabr 2017-ci il tarixdə yazılı ərizə verib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsində göstərilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə görə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin id diadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Eləcə də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşd irilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda, onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilən Plenum Qərarında daha sonra göstərilmişdir ki, iddia müddə ti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata ke çirmələrinə və müdafiəsinə məcbur edir. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “XXX şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “XXX şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən Qərarda həmçinin iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər za man üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğu qeyd edilmişdir. Eləcə də Avropa İnsan Hüquqları Məhkəməsi “Miragall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, bankla cavabdeh arasında 12 ay müddətinə bağlanmış 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə kredit vəsaitindən son içtifadə müddəti 18 oktyabr 2013-cü il tarixdə, saat 18:00-da bitmişdir və həmin kredit müqaviləsi üzrə üç illik iddia müddətinin axımı qeyd olunan tarixdən başladığı halda, iddiaçı təşkilat hazırki iddia ərizəsi ilə məhkəməyə 31 oktyabr 2017-ci il tarixdə müraciət etməklə qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Bu baxımdan birinci instansiya məhkəməsi, iş üzrə məhkəmə qətnaməsi qəbul edilənədək mübahisə tərəfinin, yəni cavabdehin yazılı ərizəsinə əsasən hazırki mülki mübahisəyə üç illik iddia müddətini tətbiq edib, iddia müddətinin keçməsini əsası tutub iddiadan imtina barəsində qətənamə qəbul etməklə düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddiaçı təşkilatın kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşıdırıb düzgün olaraq qeyd etmişdir ki, Azər baycan Respublikası Mülki Məcəlləsinin 427.5-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Belə ki, bankla iddiaçı təşkilat arasında 18 oktyabr 2012-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə kredit vəsaitindən istifadə müddəti 12 ay müəyyən edilməklə, kredit vəsaitindən son istifadə müddəti 18 oktyabr 2013-cü il tarixdə, saat 18:00 da bitmişdir. Belə olan halda iddiaçı təşkilat hazırki iddia ərizəsi ilə məhkəməyə 31 oktyabr 2017-ci il tarixdə müraciət etməklə qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. İddiaçı təşkilat kassasiya şikayətində, iddia müddətinin ötürülmədiyini, hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə kredit borcunun tutulmasına dair cavabd ehə qarşı 04 aprel 2016-cı il tarixdə qaldırılmış iddianın isə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 14 iyun 2016-cı il tarixli qərardadı ilə baxılmamış saxlanıldığını və 19 may 2015-ci il tarixdə borclu Cavabdeh tərəfindən banka 5.000 ABŞ dolları ödəniş edildiyi üçün iddia müddətinin axımının kəsildiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla, işdə, sözügedən kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 19 may 2015-ci il tarixdə banka 5.000 ABŞ dolları ödəniş edilməsini özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Həmçinin iddiaçı təşkilatın özünün rəsmi məlumatına görə qeyd olunan ödənişə dair kassa mədaxil orderinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri bankda aşkar edilməmişdir. Digər tərəfdən işdən görünür ki, iddi açı təşkilat tərəfindən müəyyənləşdirilmiş qaydada cavabdehə qarşı iddia əvvəl 04 aprel 2016-cı il tarixdə irəli sürüldüyü və Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 14 iyun 2016-cı il tarixli qərardadı ilə iddia baxılmamış saxlanıldığı və fasilədən sonra iddia müddətinin axımı yenidən başlandığı halda, iddiaçı təşkilat hazırki iddia ərizəsi ilə məhkəməyə yalnız 31 okytabr 2017-ci il tarixdə müraciət etməklə, əslində fasilədən sonra iddia müddətini yenidən ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 380.1, 380.2 və 381.1-ci maddələrində göstərilir ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil e dilmir. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Həmin Məcəllənin 383-cü maddəsinin mənasına görə, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti ərzində icra etməlidir, onların öz vəzifələrini iddia müddəti bitdikdən sonra icra etmələri iddia müddətinin axımını kəsmir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 14 iyun 2016-cı il tarixli qərardadının qanuni qüvvəyə minməsindək olan fasilədən sonra iddia müddətinin axımı yenidən hesablanmağa başlandığından, hazırki iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımını ümumi qaydada hesablamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Digə r tərəfdən mülki iş materialları ilə müəyyən olunur ki, bank 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən cavabdehə 1.094.261 manat məbləğində kredit verməyi öhdəsinə götürsə də, həmin müqavilə üzrə öhdəliyini icra edib qeyd olunan kredit məbləğini ümumiyyətlə cavabdehə verməmişdir. İddiaçı təşkilatın rəsmi məlumatından da görünür ki, bankda kredit məbləğinin cavabdehə verilməsini özündə ehtiva edən kassa məxaric orderlərinin əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri yoxdur. Cavabdehin nümayəndəsi də izahatında qeyd olunan faktı təsdiq etmişdir. İddiaçı təşkilat kassasiya şikayətində cavabdehin bankın köhnə rəhbəri olmaqla, işçilərə təsir etmək imkanına malik olduğunu, mədaxil-məxaric qəbzlərinin işçiləri təsir altında saxlamaqla planlı şəkildə itirildi yini, həmçinin banka aid olan sənədlər qəbul edilərkən bankın köhnə rəhbərliyi tərəfindən bank əməliyyat sisteminin bilərəkdən məhv edildiyini, banka ziyan vurduğuna və vəzifə cinayətləri törətdiyinə görə cavabdehin məhkəmənin hökmü ilə məhkum edildiyini və bütün bu kimi halların iddia tələbinin əsaslı olması qənaətinə gəlməyə əsas verdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, əvvəla, işdən görünür ki, Cavabdeh bankın səhmdarlarının mumi yığıncağının 27 avqust 2004-cü il tarixli qərarı ilə İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib və bankın səhmdarları dəyişdikdən sonra 07 may 2012-ci il tarixdə vəzifəsindən azad edilib. Sözügedən kredit müqaviləsi isə Cavabdehla bank arasında 18 oktyabr 2012-ci il tarixdə, yəni Cavabdeh vəzifəsindən azad edild ikdən sonra bağlanıb. Digər tərəfdən Cavabdeh Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilməsi və Bakı şəhəri, Səbail rayon məhkəməsinin 09 yanvar 2013-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin tələblərinə əsasən, hazırki mülki işə baxan məhkəmələr üçün hadisənin olub-olmaması və Cavabdeh həmin hadisəyə münasibəti baxımından məcburi sayla bilməz. Çünki, hazırki kredit müqaviləsi üzrə iddia olunan kredit məbləğinə dair məhkəmənin qanuni qüvvəyə minmiş hər hansı hökmü yoxdur. Əksinə, Cavabdeh hazırki iddiaya etiraz ərizəsində göstərmişdir ki, sözügedən müqaviləni təzyiq altında imzalamışdır. Bu baxımdan kass asiya instansiyası məhkəməsi hesab edir ki, bankla əmək münasibətinə 07 may 2012-ci il tarixdən xitam verdiyi halda, Cavabdeh 18 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə toplanmış sənədləri, o cümlədən kassa mədaxil-məxaric orderlərini, bir sözlə bank əməliyyat sistemini məhv etməsi inandırıcı, ağlabatan görünmür. Eləcə də tutduğu vəzifədən azad edildikdən sonra, Cavabdeh əlavə olaraq külli miqdarda təminatsız kreditin verilməsi absurd görünür və inandırıcı sayılmır. Daha sonra işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı təşkilatın nümayəndəsinə sözügedən kredit müqaviləsi üzrə kredit borcunun bilavasitə cavabdehə verilməsini təstiq edən sənədlərin əslinin təqdim edilməsi təklif edilsə də, sonuncu həmin sənədləri məhkəməyə təqdim etməmişdir. Belə olan h alda isə həmin sənədlərdəki imzanın cavabdeh tərəfindən icra edilib-edilməməsini müəyyən edilməsi üçün iş üzrə müvafiş məhkəmə ekspertizasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı təşkilat kassasiya şikayətində bankın hazırki tələblə məhkəməyə ilk dəfə 30 mart 2016-cı il tarixdə müraciət etdiyini və həmin ərəfədə Cavabdeh Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət edərək, qalan borcu güzəştli şərtlərlə ödəməyə razı olduğunu bildirməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi kassatorun bu dəlili ilə də razılaşmır. Belə ki, əvvəla, işdə sözügedən ərizənin əsli mövcud deyil, ərizənin işə əlavə edilmiş surəti isə kserosurət olmaqla Azərbaycan Respublikası MPM-nin 89.2, 98.3-cü maddələrinin tələblərinə cavab vermir. Digər tərəfdən apellyasiya araşdırması zamanı cavabde hin nümayəndəsi də izahatında həmin ərizənin cavabdeh tərəfindən imzalanmadığını və ona məxsus olmadığını bildirmişdir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsindən həmin ərizənin əslini məhkəməyə təqdim etməyi təklif etsə də, sonuncu həmin ərizənin əslini məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual normaların mənasına görə, iddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüq uq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki, işdə, tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarını n tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də, kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Ləğv pros esində olan “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli, 2(103)-5042/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar