Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-669/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-669/2019 11 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Xnun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli 2(103)-5454/2018 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2, X3 və onların vəkili X1 tərəfind ən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bank) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 002R000032710 saylı kredit razılaşması üzrə 6941,97 ABŞ dolları əsas, 1391,07 ABŞ dolları faiz və 2304,55 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10.638,22 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 12 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 12.05.2014-cü il tarixli kredit razılaşması üzrə 6941,97 ABŞ dolları kredit borcu, 1391,07 ABŞ dolları faiz borcu, 694 ABŞ dolları cərimə borcu olmaqla cəmi 9021,67 ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 ndan və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi Elnur Həsənov, hakimlər Xumar Mərdanova və İsmayıl Vəliyev) 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-963/2018 saylı iş üzrə 12 fevral 2018-ci il tarixli qətnaməsi Cavabdeh2ndan və Cavabdeh1 müştərək qaydada 1391,7 ABŞ dolları faiz borcun un tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh2 ndan və Cavabdeh1müştərək qaydada tutulmalı olan faiz borcu 458,88 (dörd yüz əlli səkkiz dollar 88 sent) ABŞ dolları(ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində müəyyənləşdirilmiş, qətnamə mübahisələndirilən qalan hissədə, yəni “12.05.2014-cü il tarixli kredit razılaşması üzrə 6941,97 ABŞ dolları kredit borcunun, 694 ABŞ dolları cərimənin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 ndan və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması” hissəsində dəyişdirilmədən saxlanılmış, iş üzrə keçirilmiş mühasibatşünaslıq ekspertizasının xərci qismində 145 (yüz qırx beş) manatın 120 (yüz iyirmi) manatı Cavabdeh2 ndan, 25 (iyirmi beş) manatı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutulmuş, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilmişdir. Cavabdehlər Cavabdeh2 və X3 və onların vəkili X kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.09.2018-ci il tarixli 2(103)-5454/2018 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdir ki, 2015-ci ilin mart ayında 1 ABŞ dollarının məzənnəsi 1.20 manata yüksəldiyindən maddi vəziyyəti çətinləşib, banka dəfələrlə kredit ödənişinin müvəqqəti dayandırılması ilə bağlı müraciətlər etmiş, lakin bank tərəfindən əsassız olaraq f aiz borcu və dəbbə pulu hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən işin halları tam və hər tərəfli araşdırılmayaraq sübutlara hüquqi qiymət verilməmiş, prosessual hüquq normaları pozulmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiqini yoxlayır. Mülki işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh2 arasında 17 mart 2009-cu il tarixdə kredit xətti müqaviləsi bağlanaraq Cavabdeh2 120 ay müddətinə 20 000 ABŞ dolları məbləğində kredit xətti açılmış, 12.05.2014-cü il tarixli kredit razılaşmasına görə ona 36 ay müddətinə, aylıq 2,1667% ödəmək şərti ilə 13000 ABŞ dolları kredit verilmiş, kredit xətti öhdəliyinin təminatı olaraq bankla Cavabdeh1 arasında 17.03.2009-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, 11.12.2017-ci il tarixinə borcalanın 6941,97 ABŞ dolları əsas, 1391,07 ABŞ dolları faiz və 2304,55 ABŞ dolları cərimə borcunun yarandığı hesablanmışdır. Məhkəmə mühasibatlıq ekspertizasının 13.08.2018-ci il tarixli 18579 saylı rəyi ilə Cavabdeh2 İdd iaçı QSC-nə 11.12.2017-ci il tarixə olan əsas borcu 8141,45 ABŞ dolları, faiz borcu 458.88 ABŞ dolları ümumilikdə borcu 8600,33 ABŞ dolları müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin cavabdehdən tutulmasına qərar verdiyi faiz məbləği ilə razılaşmayaraq, faiz borcunun ekspertiza rəyinə əsasən müəyyən edilmiş 458.88 ABŞ dolları hissəsində əsaslı hesab etmiş və birinci instansiya məhkəməsinin qətnaməsini 1391,7 ABŞ dolları faizin tutulması hissəsində dəyişərək, tutmalı olan məbləği 458.88 ABŞ dolları müəyyən etmiş, qətnaməni qalan, 12.05.2014-cü il tarixli kredit razılaşması üzrə 6941,97 ABŞ dolları kredit borcunun, 694 ABŞ dolları cərimənin tutulması hissəsində dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəx sin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini t ələb edə bilər. İş üzrə ödənilməli olan faiz məbləği müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Ekspert rəyində maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və kredit razılaşmasının və bu razılaşma əsasında imzalanmış əlavə sazışlərin qeyd olunan şərtləri nəzərə alınmaqla, maliyyə arayışında borc hesablanılan tarixə hesablanmış faiz borcu müəyyən edilmişdir. Cavabdehlərin kassasiya şikayəti mülahizə xarakteri daşımaqla, şikayətdə qətnaməni ləğvi üçün tutarlı dəlil göstərilməmişdir. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi barədə qətnamə qəbul edərkən, hazırkı iş in faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh2 və X2 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.09.2018-ci il tarixli 2(103)-5454/2018 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva
Məhkəmə qərarları › İş №2(102)-669/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-669/2019
11.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver