Məhkəmə qərarları › İş №2(102)-6694/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6694/2019

21.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6694/2019 21.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı İKB ASC-nin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı İKB ASC-nin iddiası qismən təmin edilərək, ödəniş gününə qüvvədə olan məzənnə ilə 3999,58 ABŞ dolları məbləğində əsas borcun, 317,77 ABŞ dolları məbləğində faiz borcunun və 200 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 4517,35 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh Rafıqoviçdən alınaraq İddiaçı İKB ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaitinin Cavabdeh Rafıqoviçdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3921/2019 sayılı 16 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və X.Sarıyev) İddiaçı İKB ASC-nin apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmə dən saxlanılması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı İKB ASC və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi yalnız ekspertiza rəyinə əsaslanaraq cavabdehin kredit borcunu faiz hissəsində azaltmışdır, halbuki ekspert həqiqətə uyğun olmayan rəy vermiş, cavabdehin əsas və faiz borcunu düzgün hesablamamışdır. Ona görə də maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmiş Bakı Apellyasiya məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı İKB ASC-nin vəkili R.Abbasov kassasiya şikayətinin dəlillərini müdəfiə edərək B akı Apellyasiya Məhkəməsinin MK-nin 16 may 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə gör ə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə sonuncuya 12 ay müddətinə, illik 28% ödəmək şərti ilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən kreditdən istifadə olunsa da, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər vaxtında və lazımi qaydada icra olunmamış və onun banka borcu yaranmışdır. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından müəyyən olunmuşdur ki, iddia tələbində göstərilmiş faiz borcu 16 aprel 2018-ci il tarixə, yəni müqavilə müddəti bitdikdən sonrakı dövrə də hesablanmışdı r. Lakin birinci instansiya məhkəməsində təyin edilərək keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 29 noyabr 2018-ci il tarixli rəyinə əsasən iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, maliyyə arayışı və tərəflər arasında bağlanmıq 15Y-1-0-408-15 saylı, 07 avqust 2015-ci il tarixli kredit kartı müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 07 avqust 2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan əsas borcu 4114,95 ABŞ dolları, faiz borcu 317,77 ABŞ dolları, 16 aprel 2018ci il tarixə - əsas borcu 4114,95 ABŞ dolları, faiz borcu 2266,89 ABŞ dolları məbləğində təşkil edir. Birinci instansiya məhkəməsi ekspert rəyini əsas götürməklə, yalnız kredit müqaviləsinin müddətinin bitdiyi tarixə müəyyən olunmuş faiz borcunu cavabdehdən iddiaçının xeyrinə tutmu şdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı müqavilənin qüvvədə olma müddəti ərzində yəni, 07 avqust 2016-cı il tarixə kimi faizləri tələb etmək hüququna malik olsa da, müqavilənin qüvvədə olma müddəti bitəndən sonra bu hüququ itirmiş və iddianı həmin hissədə qismən, yəni 07 avqust 2016-cı il tarixinə kimi əsas borca hesablanmış 317,77 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi səlahiyyətləri çərçivəsində dəbbə pulu borcu hissəsində tələbləri azaltmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etməmiş və belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə g ötürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu ö hdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” a dlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kred itor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olduğu üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, işdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin, həmin məbləğə hesablanmış faiz məbləğinin mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı müqavilənin qüvvədə olma müddəti ərzində faizləri tələb etmək hüququna malik olsa da, müqavilənin qüvvədə olma müddəti bitəndən sonra bu hüququ itirdiyindən iddia həmin hissədə qismən təmin edilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara yetərincə hüquqi qiymət vermiş, iş üzrə tərəflərin izahatlarından əlavə, təqdim edilmiş və araşdırılmış sübutlar əsasında qanuni və əsaslı qətnamə qəbul etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı kassasiya şikayətində istinad etdiyi hallarına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1- ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İKB ASC-nin kassasiya şikayəti təmin edilməsin. B akı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar