Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6696/2021 23.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MTK və Bakı Şəhəri Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzillərin təmir xərclərinin və maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və vəkili Vəkil3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6206/2021 nömrəli iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfin dən verilmiş kassasiya şikayəti üzrə işə 23 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları X4 ilə "xxxx" MMC arasında bağlanan 06.06.2017-ci il tarixli, 02 №-li müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflər “Gözəl ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi"yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "Mülkiyyətçi"nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaq 54.9 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli binanın A girişində 9-cu mərt əbəsində yerləşən 2 mənzil, 2 otaqlı 67.50 kv.m və 1 otaq 53.04 kv.m olan təmirsiz mənzilləri "Mülkiyyətçi"nin mülkiyyətinə verməsini, “Mülkiyyətçi”nin isə söküləcək mənzilin "Gözəl Bakı” MMC-nin istifadə və sahibliyinə verməsini razılaşdırmışlar. X6 ilə "xxxx" MMC arasında bağlanan 22.06.2017-ci il tarixli, 21 №-li müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflər “Gözəl ünvan 2 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi"yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "Mülkiyyətçi"nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaq 38.4 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 1 5% olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli binanın D girişində 4-cü mərtəbəsində yerləşən 2 otaqlı 58.3 kv.m olan təmirli mənzili "Mülkiyyətçi"nin mülkiyyətinə verməsini, “Mülkiyyətçi”nin isə söküləcək mənzilin "xxxx" MMC-nin istifadə və sahibliyinə verməsini razılaşdırmışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.07.2020-ci il tarixli, 10/148 saylı rəyindən görünür ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsində inşa edilmiş 15 mərtəbəli, 2 girişli binanın «A» blokunun (girişinin) 9-cu mərtəbəsində yerləşən 2 və 1 otaqlı mənzillərin faktiki sahəsinin 119,4 kv.m təşkil etdiyi, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsində inşa edilmiş 15 mərtəbəli, 2 girişli binanın «A» blokunun (girişinin) 9-cu mərtəbəsində yerləşən 2 və 1 otaqlı mənzillərində aparılmış müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 30126,0 manat məbləğində olduğu və həmin mənzillərin ümümilikdə 119,4 kv.m oluğunu nəzərə alaraq, 252,3 (30126,0:119,4) hər 1,0 kv.m sahəyə təqribən 252,3 manat dəyərində vəsaitin sərf olunduğu müəyyən edilmişdir. (Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir). İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı X4 iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativindən və Cavabdeh2ndən müştərək qaydada mənzillərin təmirinə görə ödəni lməli olan 30.126,00 manat xərclərin, müqavilə üzrə az olan 1,14 kv.m-dən ibarət sahənin əvəzi olaraq 1.710,00 manat, mənzillər müqavilə ilə nəzərdə tutulan vaxtda ona təhvil verilmədiyinə görə 5.000,00 manat vurulmuş mənəvi ziyanın və dövlət büdcəsinə ödənilmiş 31,00 manat dövlət rüsumunun, cəmi 36.867,00 manat məbləğində pulun onun xeyrinə tutulması və 01 sentyabr 2019-cu il tarixdən başlayaraq yaşayış binası "Şəhərsalma və Tikinti Məcəlləsi"nin tələblərinə əsasən binanın istismara qəbul edilməsinə kimi kirayə haqqı məbləğinin ödənilməsini davam etdirmək vəzifəsinin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağ lanmış və Bakı Şəhəri 6 saylı Notariat Kontorunun Xüsusi X1 tərəfindən 3M-1082 nömrəli reyestrlə təsdiq edilmiş 02 saylı, 06 iyun 2017-ci il tarixli Müqavilənin 1.1-ci bəndinə əsasən "Gözəl ünvan 3 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda iddiaçıya məxsus söküntüsü nəzərdə tutulmuş 2 otaq 54.9 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15 % olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli binanın "A" girişində 9-cu mərtəbəsində yerləşən 2 mənzil, 2 otaqlı 67.50 kv.m və 1 otaq 53.04 kv.m olan təmirsiz mənzilləri iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə mülkiyyətində olan söküləcək mənzili "xxxx" MMC-nin istifadəsinə və sahibliyinə verməyi öhdələrinə götürmüşlər. Bakı şəhərinin S uraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli, 25 fevral 2016-cı il Qərarına əsasən mənzilin sökülməsi və onun yerinə həmin ərazidə inşa ediləcək yeni hündürmərtəbəli binada qanunvericiliyin tələblərinə uyğun olaraq mənzilin verilməsinin təminatçısı sifarişçi Bakı Şəhəri Cavabdeh2dir. Bu səbəbdən sifarişçi Bakı Şəhəri Cavabdeh2 vətəndaşlar ilə şirkət arasında yarana biləcək mübahisələrə görə bu müqaviləyə nəzarət edən bir qurum kimi məsuliyyət daşıyır. Müqavilə bağlanmamışdan əvvəl Kooperativin rəhbərliyi ilə aparılan danışıqlar zamanı razılığa gəlinmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin sökülməsi əvəzinə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən iddiaçı təmirli mənzillər ilə təmin ediləcəkdir. Bu səbəbdən aralarında bağlanmış Müqavilə üzrə hər iki tərəfin iradə ifadəsinə görə iddiaçıya veriləcək mənzillərin təmirli olması nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 1.2 və 2.2.4-cü bəndlərində nəzərdə tutulmuşdur ki, cavabdeh Gözəl-Bakı" Mənzil-Tikinti Kooperativi iddiaçını təmirli mənzillər ilə təmin etməlidir. Lakin həmin Müqavilənin 1.1-ci bəndində iddiaçıya təhvil veriləcək mənzillərin "təmirsiz" kimi qeyd olunması isə texniki yazı səhvi olmuşdur. Həmin texniki yazı səhvini əsas götürən kooperativ iddiaçıya verilən mənzillərin təmir edilməsindən və ya təmirinin dəyərinin ödənilməsindən imtina etmişdir. Dəfələrlə, şifahi və yazılı müraciətlərinə baxmayaraq, Müqavilənin bir neçə b əndində mənzillərin məhz iddiaçıya təmirli şəkildə verilməsi nəzərdə tutulduğunu bildirsələr də, kooperativ müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etməkdən müxtəlif səbəblər gətirməklə boyun qaçırmışdır. Kooperativ mənzillərin açarlarını təmirsiz şəkildə iddiaçıya vermiş və bundan sonra aralarında olan mübahisənin məhkəmə müstəvisinə keçdiyini, məhkəmə mübahisəsinin uzun çəkəcəyini nəzərə alaraq iddiaçı mənzillərin təmir işlərinə başlamaq məcburiyyətində qalmışdır. Bundan əlavə, mənzillər iddiaçıya hazırkı vaxta kimi təhvil-təslim aktına əsasən təhvil verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/148 nömrəli, 03 iyul 2020-ci il tarixli Ekspert rəyinə əsasən "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsində inşa edil miş 15 mərtəbəli, 2 girişli binanın "A" blokunun (girişinin) 9-cu mərtəbəsində yerləşən 2 və 1 otaqlı mənzillərin ümumi faktiki sahəsi 119,4 kv.m və həmin mənzillərin hər kv.m sahəsinə görə 252,30 manat təmir xərcləri müəyyən olunmuşdur. Bu səbəbdən, kooperativ iddiaçıya mənzillərin təmirinə görə hər kv.m üçün 252,30 manat olmaqla mənzillərin ümumi sahəsinə uyğun olaraq 119,4 kv.m üçün ümumilikdə 30.126,00 manat ödəməlidir. Həmçinin, iddiaçı ilə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış Müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh 2 otaqlı sahəsi 67.50 kv.m və 1 otaqlı sahəsi 53.04 kv.m, ümumi sahəsi 120,54 kv.m-dən ibarət 2 təmirli mənzili iddiaçıya təhvil verməlidi idi. Lakin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin açarlarını vermiş olduğu mənzillərin ümumi sahəsi 119,40 kv.m təşkil edir. Bu isə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin öhdəliyi üzrə verməli olduğu sahədən 1,14 kv.m azdır. Bu səbəbdən cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi həmin müqavilə üzrə verilməyən 1,14 kv.m-dən ibarət sahənin əvəzini hər bir kv.m üçün 1500,00 manat, kvadrata uyğun olaraq 1.710,00 manat məbləğində vəsaiti iddiaçıya verməlidir. Bundan başqa, aralarında bağlanmış müqavilənin 1.4-cü bəndinə əsasən mülkiyyətçinin qalmaq üçün kirayələdiyi otaq, sahəsi (kv.m-lə) mülkiyyətində olan söküləcək mənzilin otaq sayı və sahəsinə uyğun olmalıdır. "xxxx" Mənzil-Tikinti Kooperativinin binanın inşası dövründə verəcəyi kirayə haqqının məbləği söküləcək otaq sayı və sahəsindən aslı olaraq 500 manat müəyyən edilmişdir. İddiaçı ilə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış müqaviləyə əsasən hər ay üçün müəyyən edilən kirayə haqqı məbləği 400,00 manat təşkil etmişdir. Həmin Müqavilənin 2.2.5-ci bəndinə əsasən mənzilin təmiri başa çatdırılaraq "xxxx" Mənzil-Tikinti Kooperativi "Mülkiyyətçi"-yə təhvil verilənə qədər "Mülkiyyətçi"nin kirayə qalacağı mənzilin və ya evin kirayə haqqını vaxtında ödəmək vəzifəsi götürmüşdür. Lakin cavabdeh "xxxx" MənzilTikinti Kooperativi 01 sentyabr 2019-cu il tarixdən iddiaçıya ödəniləcək kirayə haqqı məbləğinin ödənilməsindən imtina etmişdir. Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi Müqavilənin 2.2.5-ci bəndində götürmüş olduğu öhdəliyinin məzmunu mənzilləri təmir etdirib başa çatdırılması, bundan əlavə "Şəhərsalma və Tikinti Məcəlləsi"nin tələblərinə əsasən yaşayış binası istismara qəbul edilməsindən sonra təhvil verilməsi kimi başa düşülür. Bununla yanaşı, iddiaçı çıxarış əsasında olan mənzilini cavabdehin istifadəsinə və sahibliyinə vermişdir, bu o deməkdir ki, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi həmin qaydada, yəni istismara yararlı mənzili iddiaçıya təhvil verməlidir. Cavabdeh "xxxx" MənzilTikinti Kooperativinin hazırki vaxta kimi nə təmir edilmiş, nə də istismar üçün yararlı vəziyyətə gətirilməmiş mənzilləri iddiaçıya təhvil vermədən kirayə haqqı məbləğinin ödənilməsindən imtina etməsi əsassızdır. Yaşayış binası yaşayış üçün yararlı vəziyyətə gətirilənədək, yəni yaşayış binası istismara qəbul edilənədək iddiaçıya kirayə haqqı məbləğinin ödənilməsi cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən davam etməlidir. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə əsasən iddiaçıya təmirli mənzillər təhvil verməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq kooperativ üzərinə düşən öhdəliyini, yəni mənzilləri müqavilə ilə nəzərdə tutulan vaxtda təhvil vermədiyinə görə 5.000,00 manat məbləğində iddiaçıya mənəvi ziyan dəymişdir. Mənzillərin açarı iddiaçıya 2019-cu ilin aprel ayında təhvil verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva, iş № 2(006)-214/2021) iddia qismən təmin edilərək, "xxxx" MənzilTikinti Koop erativindən müqavilə üzrə az olan 1.14 kv.m sahənin əvəzi olaraq 1710 (min yeddi yüz on) manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 1,40 (bir manat, qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissələrdə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 04 (dörd) manatı cavabdeh "xxxx" MTK-dan, 96 (doxsan altı) manatı isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi məsələlərin hər biri cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi ilə onun arasında bağlanmış 06 iyun 2017-ci il tarixli müqavilədən əmələ gələn münasibətlər üzrə yaranmışdır və aparılmış məhkəmə araşdırmas ı zamanı Cavabdeh2 iddiaçının irəli sürdüyü tələblərin hər hansı biri üzrə öhdəlik daşıması müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələblərin əsaslı olub-olmaması cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə münasibətdə aydınlaşdırılmalıdır. Məhkəmə iddia tələbinin müqavilə üzrə az olan 1,14 kv.m-dən ibarət sahənin əvəzi olaraq 1.710,00 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hissəsinə münasibətdə bildirir ki, iddiaçının tələbi qeyd olunan hissədə əsaslıdır. Belə ki, tərəflər arasındakı razılaşmaya əsasən iddiaçıya ümumilikdə sahəsi 120,54 kv.m təşkil edən mənzillər verilməli olmasına baxmayaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.07.2020ci il tarixli, 10/148 saylı rəyinə əsasən iddiaçıya ümumilikdə sahəsi 119,4 kv.m təşkil edən mənzillərin verildiyi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış 06 iyun 2017-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmişdir. Beləliklə, məhkəmə cavabdehin iddiaçını aralarında bağlanmış 06 iyun 2017-ci il tarixli müqavilədə nəzərdə tutulan sahədən 1,14 kv.m az yaşayış sahəsi ilə təmin etdiyini nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, az verilən sahənin əvəzi olaraq 1710 manat məbləğində pul cavabdeh "xxxx" MTK-dan alınaraq İddiaçı ödənilməlidir. İddiaçının mübahisələndirdiyi digər bir məsələ mənzillərin cavabdeh tərəfindən ona təmirli verilməli olduğu halda, təmirsiz verilməsi ilə bağlıdır. İddiaçının qeyd olunan tələbinə qarşı cavabdeh tərəf mənzillərin təmirsiz verilməli old uğunu iddia edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 06 iyun 2017-ci il tarixli müqavilənin 1.1-ci bəndində iddiaçıya verilməli mənzillərin “təmirsiz”, 2.4-cü bəndində isə “təmirli” verilməsi qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə mövcud praktika və işgüzar adətlər nəzərə alınmaqla ağlabatan mühakimə əsasında həll edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus 2 otaqlı 54.9 kv.m mənzilin əvəzinə ona ümumilikdə 120,54 kv.m sahəsi olan iki mənzilin verilməsi (2 otaqlı 67.50 kv.m və 1 otaqlı 53.04 kv.m olan mənzillər) razılaşdırılmışdır. Göründüyü kimi, belə nəticə iddiaçının təhvil verdiyi mənzilin sahəsindən iki dəfədən də artıqdır. Hansı ki, analoji işlər üzrə vətəndaşlara təklif olunan mən zil sahələri ilə bağlı artıq təcrübə formalaşmışdır. Belə təcrübə sökülmüş mənzillərin sahələrindən 15-30 faiz artıq sahəli mənzillər təklif olunması ilə bağlıdır. Hazırki işdə isə iddiaçıya onun sökülmüş mənzilinin sahəsindən ümumilikdə 100% artıq sahəli 2 mənzil verilmişdir. Belə olan halda həmin mənzillərin təmirli şəkildə verilməsi iddiaçının əsassız varlanmasına gətirib çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzilin təmirinə görə ödənilməli olan 30.126,00 manat xərcin cavabdehdən onun xeyrinə tutulması ilə bağlı tələbi əsaslı deyil. Məhkəmə iddia tələbinin 5.000,00 manat vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı bildirir ki, iddiaçı mənəvi ziyanı mənzillərin ona müqavilə ilə nəzərdə tutulan vaxtda təhvil verilməməsi ilə əlaqələndirir. Tərə flər arasında bağlanmış 06 iyun 2017-ci il tarixli müqavilədən görünür ki, mənzillərin 18-24 ay müddətində iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuşdur. İddiaçının nümayəndəsi isə məhkəmə iclasında verdiyi izahatda mənzillərin açarının iddiaçıya 2019cu ilin aprel ayında təhvil verildiyini bildirmişdir. Göründüyü kimi, mənzillərin təhvili üçün müqavilədə nəzərdə tutulan müddət cavabdeh tərəfindən ötürülməmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)214/2021 saylı işi üzrə 17 mart 2021-ci il tarixli qətnaməsini qismən yəni "iddia ərizəsinin təmin edilməmiş hissəsində" ləğv edərək iddia ərizəsinin tam təmin olunm ası barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanunu 10.4, 14.4, 15.1, 16.1, 17; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1, 385.1.1; 13; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 324.1, 324.5, 385.1, 390.1, 405.1, 425.1, 442.1, 443.1, 443.2, 445.1, 445.2.1-ci maddələrinə istinadən onunla əsaslandırılmışdır ki, 06 iyun 2017-ci il tarixli Müqavilənin 1.1-ci bəndinə əsasən "Gözəl ünvan 3 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda ona məxsus mənzilin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaq 54.9 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15 % olmaqla 15 mərt əbəsi və mansardı olan 2 girişli binanın "A" girişində 9-cu mərtəbəsində yerləşən 2 mənzil, 2 otaqlı 67.50 kv.m və 1 otaq 53.04 kv.m olan "təmirsiz mənzillərin" mülkiyyətinə, o, isə mülkiyyətində olan söküləcək mənzili "xxxx" MMC-nin istifadəsinə və sahibliyinə verilməsini öhdəliklərini götürmüşlər. Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli, 25 fevral 2016-cı il Qərarına əsasən mülkiyyətlərində olan mənzilin sökülməsi və onun yerinə həmin ərazidə inşa ediləcək yeni hündürmərtəbəli binada qanunvericiliyin tələblərinə uyğun olaraq mənzilin verilməsinin təminatçısı sifarişçi Bakı Şəhəri Cavabdeh2dir. Bu səbəbdən sifarişçi Bakı Şəhəri Cavabdeh2 vətəndaşlar ilə şirkət arasında yarana biləcək mübahisələrə görə bu müqaviləyə nəzarət edən bir qurum kimi məsuliyyət daşıyır. Müqavilə bağlanmamışdan əvvəl Kooperativin rəhbərliyi ilə aparılan danışıqlar zamanı razılığa gəlinmişdir ki, mülkiyyətində olan mənzilin sökülməsi əvəzinə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi onu təmirli mənzillər ilə təmin edəcək. Bu səbəbdən aralarında bağlanmış Müqavilə üzrə hər iki tərəfin iradə ifadəsinə görə ona veriləcək mənzillərin təmirli olması nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 1.2 və 2.2.4cü bəndlərində nəzərdə tutulmuşdur ki, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi təmirli mənzillər ilə təmin etməlidir. Lakin, həmin Müqavilənin 1.1-ci bəndində ona təhvil veriləcək mənzillərin "təmirsiz" kimi q eyd olunması isə texniki yazı səhvi olmuşdur. Həmin texniki yazı səhvini əsas götürən kooperativ ona verilən mənzillərin təmir edilməsindən və ya təmirinin dəyərinin ödənilməsindən imtina edir. Dəfələrcə, şifahi və yazılı müraciətlərinə baxmayaraq, Müqavilənin bir neçə bəndində mənzillərin məhz ona təmirli şəkildə verilməsi nəzərdə tutulduğunu bildirsə də kooperativ müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etməkdən müxtəlif səbəblər gətirməklə boyun qaçırmış və mənzillərin açarlarını təmirsiz şəkildə ona vermiş və bundan sonra aralarında olan mübahisənin məhkəmə müstəvisinə keçdiyini məhkəmə mübahisəsinin uzun çəkəcəyini nəzərə alaraq mənzillərinin təmir işlərinə başlamaq məcburiyyətində qalmışdır. Bundan əlavə bildirir ki, mənzillər ona hazırkı vaxta kimi təhvil-təslim aktına əsasən təhvil verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/148 nömrəli, 03 iyul 2020-ci il tarixli Ekspert rəyinə əsasən "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsində inşa edilmiş 15 mərtəbəli, 2 girişli binanın "A" blokunun (girişinin) 9-cu mərtəbəsində yerləşən 2 və 1 otaqlı mənzillərin ümumi faktiki sahəsi 119,4 kv.m və həmin mənzillərin hər kv.m sahəsinə görə 252,30 manat təmir xərcləri müəyyən olunmuşdur. Bu səbəbdən hesab edir ki, kooperativ ona mənzillərin təmirinə görə hər kv.m üçün 252,30 manat olmaqla mənzillərin ümumi sahəsinə uyğun olaraq 119.4 kv.m üçün ümumilikdə 30126,00 manat ona ödəməlidir. Həmçinin, onun ilə cavabdeh "xxxx" MənzilTikinti Kooperativi arasında bağlanmış Müqavilənin 1.1.-ci bəndinə əsasən cava bdeh 2 otaqlı sahəsi 67.50 kv.m və 1 otaqlı sahəsi 53.04 kv.m, ümumi sahəsi 120,54 kv.m-dən ibarət 2 təmirli mənzili ona təhvil verməli idi. Lakin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi açarlarını ona vermiş olduğu mənzillərin ümumi sahəsi 119,40 kv.m təşkil edir. Bu isə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin öhdəliyi üzrə verməli olduğu sahədən 1,14 kv.m azdır. Bu səbəbdən hesab edir ki, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi həmin Müqavilə üzrə verilməyən 1,14 kv.m-dən ibarət sahənin əvəzini hər bir kv.m üçün 1500,00 manat, kvadrata uyğun olaraq 1710,00 manat olan məbləğində vəsaiti ona ödəməlidir. Bundan başqa, Müqavilənin 1.4-cü bəndinə əsasən mülkiyyətçinin qalmaq üçün kirayələdiyi otaq, sahəsi (kv.m-lə) mülkiyyətində olan söküləcək mənzilin otaq sayı və sahəsinə uyğun olmalıdır. "xxxx" Mənzil-Tikinti Kooperativinin binanın inşası dövründə verəcəyi kirayə haqqının məbləği söküləcək otaq sayı və sahəsindən aslı olaraq 500 manat müəyyən edilmişdir. Onun ilə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış müqaviləyə əsasən hər ay üçün müəyyən edilən kirayə haqqı məbləği 400,00 manat təşkil etmişdir. Həmin Müqavilənin 2.2.5-ci mənzilin təmiri başa çatdırılaraq "xxxx" Mənzil-Tikinti Kooperativi "Mülkiyyətçi"-yə təhvil verilənə qədər "Mülkiyyət"-nin kirayə qalacağı mənzilin və ya evin kirayə haqqını vaxtında ödəmək vəzifəsi götürmüşdür. Lakin, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi 01 sentyabr 2019-cu il tarixdən ona ödəniləcək kirayə haqqı məbləğinin ödənilməsindən imtina etmişdir. Bununla bağlı, qeyd etmək istəyir ki, cavabdeh "xxxx" Mənzil -Tikinti Kooperativi Müqavilənin 2.2.5-ci bəndində götürmüş olduğu öhdəliyinin məzmunu mənzilləri təmir etdirib başa çatdırılması, bundan əlavə "Şəhərsalma və Tikinti Məcəlləsi"nin tələblərinə əsasən yaşayış binası istismara qəbul edilməsindən sonra təhvil verilməsi kimi başa düşülür. Bununla yanaşı, çıxarış əsasında olan mənzilini cavabdehin istifadəsinə və sahibliyinə vermiş, bu o deməkdir ki, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi həmin qaydada yəni yeni mənzilləri istismara yararlı vəziyyətdə və mənzillərin dövlət reyestrində dövlət qeydiyyatına alınması şərti ilə (çıxarışlı) ona təhvil verilməli idi. Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi hazırki vaxta kimi mənzilləri nə təmir etdirmiş nə də istismara qəbul ediləcək vəziyyətə gətirilmədən kirayə haqqı məbləğinin ödənilməsindən imtina etməsi əsassızdır. Bu səbəbdən hesab edir ki, yaşayış binası yaşayış üçün yararlı vəziyyətə gətirilənədək yəni yaşayış binası istismara qəbul edilənədək kirayə haqqı məbləğinin ödənilməsi cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən davam etməlidir. Digər tərəfdən, aralarında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə əsasən ona təmirli mənzillər təhvil verməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq kooperativ üzərinə düşən öhdəliyini yəni mənzilləri müqavilə ilə nəzərdə tutulan vaxtda təhvil verilmədiyinə görə 5000,00 manat məbləğində ona mənəvi ziyan dəymişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın 17 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Ş.Məmmədova, iş № 2(103)-6206/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-214/2021 saylı işi üzrə 17 mart 2021-ci il tarixli qətnaməsinin qismən – iddianın təmin edilməyən təmir xərcləri hissəsində - ləğv edilməsi və həmin hissədə iddia təmin edilərək yeni qətnamə qəbul edilməsi, mənzillərin təmirinə görə ödənilməli olan 30126,00 manat xərcin İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə k ollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385388, 560, 662-665, 752-764, 1128 - 1132; Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 77.1, 80 82.1, 89.3, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən, apellyasiya şikayəti ilə əlaqəli şəkildə tam və hərtərəfli araşdırma aparıb hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilərək iddia ərizəsi üzrə tam düzgün olmayan nəticə hasil olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi təcrübəyə istinad edərək iddianın təmir xərcləri hissəsində təmin etməməklə sübutlara şübhələrdən kənar və mötəbərlilik baxımından qiymət vermə vəzifəsini həyata keçirməmiş, Müqavilənin 1.2 və 2.2.4-cü bəndlərində nəzərdə tutulmuş təmir li mənzillər ilə təmin etmə müddəasına qiymət verməmişdir. Nəzərə alınmalıdır ki, müqavilə və ya onun müddəaları mübahisələndirilmədiyi ya etibarsızlığı şərtləri müzakirə edilmədiyi halda qanunvericiliyə zidd olmayan halda qüvvədədir. Hazırki halda mübahisə predmeti müqavilə öhdəlikləri ilə əlaqədardır və onların mövcudluğu müzakirə predmetidir. Təmirə dair müqavilənin iki xüsusi müddəaların istisna edərək müqavilənin ümumi (giriş) müddəasına istinad edilməsi hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi qiymətləndirilməli, həmin hissəsədə qeyri-müəyyən əsaslara görə və yuxarıda qeyd edilənlərə rəğmən rədd edilməsinin hüquqi əsası yoxdur. Ona görə bu hissədə təmin edilməlidir. Digər mənəvi zərər və kirayə haqqı tələbi hissələrində isə hüquqi və faktiki əsaslar müəyyən edilmir. Belə ki, tərəflər öz risk dairəsinə daxil olan müqavilə münasibətlərindən irəli gələn öz hərəkətləri həddində mülki məsuliyyətlərini dərk etməli olmuş və iddiaçının mənzilləri təmir etdirərək hazırda orada yaşadığı mübahisə edilməyən hal kimi müəyyən edilmişdir. Beləliklə kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-214/2021 saylı işi üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi (iddianın təmin edilməyən təmir xərcləri hissəsində) qismən ləğv edilməli və həmin hissədə iddia təmin edilərək yeni qətnamə qəbul edilməli, mənzillərin təmirinə görə ödənilməli olan 30126,00 manat xərcin İddiaçı ödənilməsi vəzifəsi cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilməli, qalan hissədə isə qətnamə dəyişdiril mədən saxlanılaraq, apellyasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" MTK (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6206/2021 nömrəli iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsinin 30126.00 manat təmir xərcinin İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması hissəsində ləğv edib, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, MTK iddiaçıya malik olduğu sahədən 30% a rtıq sahə ilə təmin edildikdən sonra yəni sənəd üzrə malik olduğu 54,9 kv.m (69,5 kv.m) mənzilin əvəzində ona 90 kv.m verməli olduğu halda, əlavə olaraq 30 kv.m də verməklə ümumi sahəsi 119,4 kv.m olan mənzil sahəsi vermişdir. Məhz bu səbəbdən də iddiaçının sənəd üzrə 54,9 kv.m-dən ibarət olan bir mənzil üçün ona 119,4 kv.m olan 2 mənzil, 2 otaqlı 67,50 kv.m və 1 otaqlı 53.04 kv.m olan mənzillər verilmişdir. MTK-dan əlavə sahə almaq istəyən sakinlərin hər kv.m üçün 1000 manat ödəniş təklif olunmuşdur ki, iddiaçıdan bu halda MTK-ya əlavə olaraq 30000 manat ödəməli idi. Müqaviləyə əsasən mənzilin təmirsiz qəbul edərək təmir xərci MTK-dan alan sakinlərə hər kv.m üçün 150 manat pul ödənilmişdir. (150 manat təmir xərci ödənmiş sakinlərin siyahısı kassasiya şikayətinə əlavə olunur.) Məhz bu səbə bdən MTK iddiaçıya ona verilməməli olduğu təmir xərcinin əvəzinə 30 kv.m artıq sahə vermişdir. Əslində isə MTK rəhbərliyi iddiaçıya çox böyük güzəşt edərək ona verməli olduğu 90 kv.m sahənin təmir xərci üçün 13500 manatın əvəzinə iddiaçıya 30000 manat dəyəri olan 30 kv.m əlavə sahə vermişdir. Bu isə məhz iddiaçının xahişi və təklifi ilə tərəflər arasında bağlanmış müqavilədə əks olunmuşdur. Yəni əgər iddiaçıya digər sakinlər kimi təmirli mənzilin verilməsi nəzərdə tulmuş olsa idi, ona malik olduğu sahədən artıq 20 kv.m sahə veriləcəkdir. Çünki onun mənzilinin sahəsi sənəd üzrə 54,9 kv,m, faktiki isə 69,5 kv.m təşkil etmişdir. Belə olan halda iddiaçıya MTK tərəfindən 90 kv.m sahə veriləcəkdir. İddiaçının xahişi ilə ona verilməli olan sahədən 30 kv.m artıq sahədə verildiyindən mənzillərin tə mirsiz verilməsi razılaşdırılmışdır. Mənzillər iddiaçıya təmirli verilməli olsa idi, 2019-cu ili aprel ayında mənzillərin açarları (oxşar razılaşmalara əsasən digər təmirsiz mənzillərlə təmin olunan sakinər kimi) ona təhvil verilərkən iddiaçı bu mənzillərin təmirsiz qəbuludan imtina etmiş olardı. İddiaçı isə müqavilədə səhvən «Şablon» söz kimi, getmiş ifadəyə istinad edərək öz hüququnun sui-istifadə etməklə əsassız varlanma yolunu tutmuşdur. İş materiallarına əlavə edilmiş bir sıra sakinlərlə bağlanmış olan müqavilə nümunələrindən də görünür ki, həmin müqavilələrin də 1.2 və 2.2.4-cü bəndləri səhvən şablon olaraq göstərilmişdir. Həmin sakinlər isə buna vicdanlılıq prizmasından yanaşaraq öz hüquqlarından sui-istifadə etməmişlər. Çünki müqaviləni bağlayarkən tərəf onlara niyyətlərinin mənzil ləri təmirsiz almalı olduqlarını dərk etmişlər. Müqavilədə səhvən qeyd edilmiş ifadədən əsassız varlanmaları üçün istifadə etməmişlər. MTK iddiaçıya onun malik olduğu sənəd üzrə 54,9 kv.m-dən ibarət olan mənzili üçün 30% artıq sahə verməli idisə onda iddiaçı 90 kv.m sahə ilə təmin edilməli idi. Bu halda iddiaçıya artıq verilmiş olan 29,4 kv.m sahə üçün onun MTK-ya ödəməli olduğu məbləğ hər kv.m üçün 1500 manat təşkil edəcəkdir ki, bu da ümumilikdə 44100 manat təşkil edir. MTK tərəfindən iddiaçıya iki mənzil verməsi və iddiaçının 2019-cu ilin aprel ayında 3 aylıq təmir etmə müddəti üçün kirayə haqqını MTK-dan götürməklə mənzillərin açarlarını qəbul edərək mənzildə təmir işlərinə başlaması (halbuki, iddiaçı mənzillərin açarlarını qəbul etməyərək mənzillərin təmirli şəkildə ona təhvil verilmə si barədə məhkəmədə iddia qaldıra bilərdi) hazırki müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin məhz mənzillərin təmirsiz olaraq təhvil verilməsindən ibarət olduğunu təsdiq edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı (Vəkil3) kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 və vəkili Hüseynov Hüseyn Xeybər oğlu kassasiya şi kayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırmas ı kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh "xxxx" MTK kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən (30126.00 manat təmir xərcinin İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması hissəsində) mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun qismən yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələr ində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, çəkişmə prinsipi təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6-cı maddəsinə əsasən mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir; 6.2-ci əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmə lə gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 324.1.-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2.-ci maddəsin ə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3.-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4.-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5.-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6.-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcudan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və b u müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1.-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2.-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3.-cü maddəsinə əsasən əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4.-cü maddəsinə əsasən müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5.-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 405.1.-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə ba rəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 408.1.-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərindən hər biri vicdanlılığını tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsasland ıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün q abaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin həd lərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3.-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissə üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, apellyasiya insansiyası məhkəməsi nin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. Belə ki, tərəflər mübahisələndirmirlər ki, 06.06.2017-ci il tarixli, 02 №-li notarial qaydada müqavilə bağlamış və həmin müqavilə ilə “Gözəl ünvan 4 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi"yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "Mülkiyyətçi"nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaq 54.9 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli binanın A girişində 9-cu mərtəbəsində yerləşən 2 mənzil, 2 otaqlı 67.50 kv.m və 1 otaq 53.04 kv.m olan mənzilləri "Mülkiyyətçi"nin mülkiyyətinə verməli, “Mülkiyyətçi” isə söküləcək mənzilin "xxxx" MMC-nin istifadə və sahibliyinə verməlidir. Hazırda mübahisələndirilən məsələ təhvil verilməli olan mənzilin təmirli və ya təmirsiz vəziyyətdə təhvil verilməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, tərəflər müqavilə bağlayarkən onun predmetini müəyyən etmişlər. Müqavilə üzrə tərəflərin razılaşdırmış olduqları müqavilənin predmeti aşağıdakı məzmunda olmuşdur. - «tərəflər “Gözəl ünvan 5 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "Mülkiyyətçi"nin söküntüsü nəzərdə tutul muş mülkiyyətində olan 2 otaq 54.9 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli binanın A girişində 9-cu mərtəbəsində yerləşən 2 mənzil, 2 otaqlı 67.50 kv.m və 1 otaq 53.04 kv.m olan təmirsiz mənzilləri "Mülkiyyətçi"nin mülkiyyətinə verməsini, “Mülkiyyətçi”nin isə söküləcək mənzilin "xxxx" MMC-nin istifadə və sahibliyinə verməsini razılaşdırmışlar.» Göründüyü kimi müqavilənin predmetində aşkar olaraq MTK tərəfindən iddiaçıya təhvil verilməli olan mənzillərin təmirsiz olması göstərilmişdir. Müqavilənin sonrakı bəndlərində (apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi xüsusi bölümdə) qeyd edilmiş şərtlər isə məhz müqavilənin predmetinə və yəni razılaşdırılmış mühüm şərtlərə uyğun olmalıdır. Qeyd edilməlidir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudl uğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığ ının təmin edilməsi üçün mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hər hansı sübutla dəstəklənməyən mövqeyi ilə razılaşarkən cavabdeh tərəfin etirazında olan dəlillərinin (ona malik olduğu sahədən iki qat artıq sahənin verilməsi, ona verilmiş sahənin bir hissəsinin təmirlə bağlı ödənilməli olan pulun kompensasiyası olması, oxşar müqavilələrin (digər sakinlərlə) mövcud olması, digər sakinlərlə belə müqavilələr bağlansa da onların bunda n sui-istifadə etməmələri, bu qaydada digər sakinlərlə (təmir xərci əvəzinə sahənin artırılması) işgüzar münasibətlər yaratması, mənzilin iddiaçıya təhvil verilməsi, təhvil alarkən onun etirazının olmaması, təmir müddəti üçün ona əlavə kirayə haqqının ödənilməsi, mənzilləri təmir etməyə başlaması, müqavilələri təsdiq edən notariat ofisinin fikrinin öyrənilməsi və s.) araşdırılmasını təmin etməmişdir. Yuxarıda qeyd olunduğu kimi, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə iddianın təmin olunması nəticəsinə gələrkən qeyd edir ki, « … sübutlara şübhələrdən kənar və mötəbərlilik baxımından qiymət vermə vəzifəsini həyata keçirməmiş, Müqavilənin 1.2 və 2.2.4-cü bəndlərində nəzərdə tutulmuş təmirli mənzillər ilə təmin etmə müddəasına qiymət verməmişdir. Nəzərə alınmalıdır ki, müqavilə və ya onun müddəaları mübahisələndirilmədiyi ya etibarsızlığı şərtləri müzakirə edilmədiyi halda qanunvericiliyə zidd olmayan halda qüvvədədir. Hazırki halda mübahisə predmeti müqavilə öhdəlikləri ilə əlaqədardır və onların mövcudluğu müzakirə predmetidir. Təmirə dair müqavilənin iki xüsusi müddəaların istisna edərək müqavilənin ümumi (giriş) müddəasına istinad edilməsi hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi qiymətləndirilməli.» Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, istinad etdiyi ümumi müddəalar (giriş) müqavilənin predmetidir və tərəflərin iradə ifadələrini əks etdirir və bu razılaşmadan kənar öhdəliyin mövcudluğu müəyyən edilmir. Qaldı ki, müqavilənin 1.2 və 2.2.4-cü bəndlərində göstərilənlər bu söz və ifadələr heç bir halda müqav ilənin mühüm şərti kimi qəbul oluna bilməz. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsində göstərilir ki, müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Baxılan iş üzrə mübahisəni həll edərkən məhkəmə müqavilə şərtlərini təfsir edərək təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini aparmalı idi, lakin məhkəmə belə müqayisə aparılmadan formal mülahizələrdən çıxış edərək mübahisələndirilən hissədə iddianın təmin olunması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası izah e dir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr h ər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə mübahisələndirilən hissə qəbul etdiyi qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6206/2021 nömrəli iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsi q ismən - 30126.00 manat təmir xərcinin İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması hissəsində ləğv edilsin və həmin hissədə yenidən baxılması üçün geri qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6696/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6696/2021
23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver