Məhkəmə qərarları › İş №2(102)-6697/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6697/2019

28.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6697/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Sadıxov Əlimərdan Sadıx oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.05.2019-cu il tarixli, 2(103)-6295/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim T.Ələkbərov) 13.02.2019-cu il tarixli, 2(005) -1441/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı “əqdin etibarsızlığı” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məmmədova, V.Həsənov, N.Cəfərov) 16.05.2017-ci il tarixli, 2(103)-6295/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13.02.2019-cu il tarixli, 2(005)-1441/2019 nömrəli qətnaməsinin İddiaçı münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı və vəkili ***** oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı “əqdin etibarsızlığı” tələbinə da ir iddia ərizəsi ilə 29.08.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, 10.12.2014-cü il tarixli Kredit müqaviləsinin etibarsızlığının ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili ***** oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası mübahisəyə maddi hüquq normalarını tətbiq edərkən hüququn tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iddiaçı səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməməsi barədə məhkə məyə teleqram ünvanlamasına baxmayaraq, məhkəmə kollegiyası iddiaçının başına gələn şər-böhtanı araşdırmamış, məlum olamyan səbəbdən birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni qüvvədə saxlamışdır. Qeyd olunan xüsusatlar apellyasiya şikayətinin dəlillərində və izahatlarda göstərilsə də. Apellyasiya kollegiyası apellyasiya şikayətinin dəlillərini qiymətləndirmədən şikayəti təmin etməmiş, iddiaçının ədalətli məhkəmə baxışına olan hüququnu pozmuşdur. Ona görə də onlar Bakı Apellyasiya Məhkəməsinin 16.05.2019-cu il tarixli, 2(103)-6295/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi və ya digər Apellyasiya Məhkəməsində araşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh Bakı şəhəri 44 saylı Notariat Ofisinin notariusu X2 məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Sadıxov Əlimərdan Sadıx oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, 10 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borc alan İddiaçı kredit verən Cavabdeh1 dörd ay müddətinə, yəni 10.04.2015-ci il tarixinədək 60000 (altmış min) manat məbləğində borc pul almışdır. Borcalan borc götürülən pulu bu müqavilədə müəyyən edilmiş müddətdə kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-186/2018 nömrəli 28 mart 2018-ci il tarixli qətnaməsinin surətinə əsasən iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddiası təmin edilmiş, cavabdehdən 60000 (altmış min) manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanm asında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyyənləşdirilmişdir; kredit müqaviləsi bağlanılarkən cavabdeh tərəfindən iddiaçının məcbur edilməsi, aldadılması və s. hərəkətlərin edilməsi halları məhkəmə iclasında müəyyən olunmamış və belə hallara dair mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç biri nin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyyənləşdirilmişdir; kredit müqaviləsi bağlanılarkən cavabdeh tərəfindən iddiaçının məcbur edilməsi, aldadılması və s. hərəkətlərin edilməsi halları məhkəmə iclasında müəyyən olunmamış və belə hallara dair mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan ist ifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş kassasiya şikayətinin dəlilləri üzrə işin hallarına düzgün hüquqi qiymət vermiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.05.2019-cu il tarixli, 2(103)6295/2019 nömrəli qətnaməsi dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar