Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6699/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh4 və “X6” MMC tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim Z.Ə.Əliyev, iş № 2(009)-297/2017) İddiaçı ASC-nin cavabdehlər “X6” MMC-yə, X1, X5 və Cavabdeh4 qarşı kredit borcunun tu tulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər “X6” MMC, X1, X2 cəmi 258.963,85 manatın, 19 iyun 2014-cü il tarixli kredit razılaşması üzrə cəmi 225.820 manatın bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetləri olan Cavabdeh4 məxsus qeyri-yaşayış sahəsinə, X4 məxsus mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılaraq borcun ödənilməsi, həmin əmlakların satıldıqdan sonra 1 ay müddətində Cavabdeh4 və G.E.Quluzadənin oradan çıxarılması, əmlakların satışından qalan pul vəsaitinin onların mülkiyyətçilərinə qaytarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov, A.Q.H üseynov və V.N.Sadıqov) Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qətnaməsinin tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməklə hərraca çıxarılması hissəsində dəyişdirilib qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 409.000 manat, mənzilin ilkin satış qiymətinin 260.000 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: 25 yanvar 2013-cü il tarixdə İddiaçı ASC ilə “X6” MMC arasında kredit xətti müqaviləsi bağlanmış və həmin müqavilədə bank tərəfindən MMC-yə 800.000 manat məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Həmin müqaviləyə əsasən bank tərəfindən MMC-yə 25 yanvar 2013-cü il tarixli kredit razılaş ması üzrə 24 ay müddətinə illik istifadə dərəcəsi 17 faiz olmaqla 200.000 manat, 19 iyun 2014-cü il tarixli kredit razılaşması üzrə isə 12 ay müddətinə illik istifadə dərəcəsi 17 faiz olmaqla 175.000 manat məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi bankla X5 və X1 arasında 19 iyun 2014-cü il tarixli zaminlik müqaviləsi, Cavabdeh4 ilə ona məxsus qeyriyaşayış sahəsinə dair 25 yanvar 2013-cü il tarixli ipoteka müqaviləsi və X5 ilə ona məxsus mənzilə dair 19 iyun 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. 2016-cı ilin sentyabr ayında bank borcluya, zaminlərə və ipoteka qoyanlara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcludan və zaminlərdən kredit borcuna görə cəmi 240.218,09 manat məbləğində borcun tutulması və tutma nın ipoteka predmetlərinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən bankın nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək 22 noyabr 2017-ci il tarixədək olan müddətə pul öhdəliyinin gecikdirilməsinə görə illik 5% nəzərə alınmaqla borcun tutulmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh4 kassasiya şikayəti verərək ipoteka predmeti olan ona məxsus qeyri-yaşayış sahəsinin 409.000 manata qiymətləndirilməsinə dair hesabatın əsassız olmasını, iş üzrə yenidən ekspert qiymətləndirilməsinin aparılması barədə vəsatətinin əsassız olaraq təmin olunmamasını və s. əsas göstərməklə qətnamənin ona məxsus ipoteka predmetinin ilkin satış qiyməti nin 409.000 manat müəyyən olunmasına dair hissədə ləğv edilməsi və işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsindən eyni zamanda iş üzrə digər cavabdeh “X6” MMC kassasiya şikayəti verərək borcun məbləğinin heç bir araşdırma aparılmadan bankın təqdim etdiyi şişirdilmiş rəqəmlər əsasında müəyyən olunmasını, zəruri olduğu halda iş üzrə mühasibatlıq ekspertizasının keçirilməməsini, qəbul edilmiş məhkəmə qətnamələrindən xəbərsiz olmalarını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətləri ilə razılaşmayaraq rədd edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi işə yalnız ipoteka qoyan Cavabdeh4 apellyasiya şikayəti əsasında baxmış, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərək Cavabdeh4 və Gülər Quluzadəyə məxsus ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən etmiş, Cavabdeh4 münasibətdə qətnaməni qalan hissədə dəyişdirilmədən saxlamışdır. Kollegiya hesab edir ki, qətnamə prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. (9.1) Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak ed ən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. (9.2) Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. (9.3) İş materiallarından görünür ki, hazırkı işə istər birinci instansiya məhkəməsində və istərsə də apellyasiya instansiyası məhkəməsində baxılarkən cavabdehlər işin baxılma vaxtı və yeri barədə Azərbaycan Respublikası MPM-nin məhkəmə sənədlərinin çıxarılması və rəsmi qaydada verilməsi qaydalarını müəyyən edən 11-ci fəslinin müddəalarına uyğun xəbərdar edilməmiş və işə onların iştirakı olmadan baxılmaqla çəkişmə prinsipinin tələbləri pozulmuş və eləcə də cavabdehlər MPM-nin 47-ci maddəsində müəyyən olunmuş hüquq və vəzifələrini həyata keçirmək imkanından məhrum edilmişlər. İş materiallarından görünür ki, Səbail rayon məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi alındıqdan sonra iş üzrə icraat təzələnmiş və işin baxılması 14 dekabr 2017-ci il tarixə təyin olunmuşdur. İşin baxılma vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə dair işdə heç bir sübut yoxdur. 14 dekabr 2017-ci il tarixdə isə işə baxılarkən bank iddia tələbinin dəqiqləşdiriməsi barədə məhkəməyə ərizə təqdim etmiş və məhkəmə həmin ərizəni qəbul etməklə işə baxmışdır. Cavabdehlərin işdə iştirakının təmin olunmaması səbəbindən onlara dəqiqləşdirilmiş iddia ərizəsi təqdim olunmamış və nəticədə Azərbaycan Respublikası MPM-nin 134.1.1-ci maddəsinin tələbi pozulmuşdur. İşin 224-226-cı səhifələrində olan apellyasiya şikayətindən görünür ki, Səbail rayon məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qətnaməsindən cavabdeh “X6” MMC tərəfindən apellyasiya şikayəti verilmiş və həmin şikayət 26 aprel 2019-cu il tarixdə Səbail rayon məhkəməsi tərəfindən qəbul edilmişdir. Həmin şikayət işə apellyasiya qaydasında baxıldıqdan sonra verilsə də, onun taleyi barədə işdə heç bir məlumat yoxdur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin 12 dekabr 2018-ci il tarix li rəyi alındıqdan sonra işin apellyasiya baxışı 16 yanvar 2019-cu il tarixə təyin olunmuş və bu barədə tərəflərə 14 dekabr 2018-ci il tarixdə məktub göndərilmişdir. Lakin həmin məktubun işə baxılana qədər tərəflərə təqdim olunması barədə işdə heç bir sübut yoxdur. İşin 196-197-ci səhifələrində olan qəbzlər isə cavabdehlərə işin baxılma vaxtı və yeri barədə məlumatların rəsmi və qanunla müəyyən olunmuş qaydada çatdırılması qənaətinə gəlmək üçün əsas vermir. Yuxarıda qeyd olunduğu kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yalnız Cavabdeh4 şikayəti əsasında baxılmış və qətnamənin qanuniliyi yalnız ona münasibətdə yoxlanılmışdır. Cavabdeh “X6” MMC-yə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılmamasına baxmayaraq apellyasiya məhkəməsinin 19 iyul 2019-cu il tarixli qərardadı ilə MMC-nin məhkəmə kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti MPM-nin 407-409-cu maddələrinin tələblərinə uyğun hesab edilərək baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, Cavabdeh4 09 yanvar 2019-cu il tarixdə yazılı vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək ipoteka predmeti olan əmlakların təkrar qiymətləndirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası 16 yanvar 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında vəsatəti təmin etməmiş və iş üzrə məhkəmə tədqiqatının tamamlanmasını bildirməklə müşavirə otağına getmiş və mübahisələndirilən məhkəmə qətnaməsini qəbul etmişdir. 16 yanvar 2019-cu il tarixli məhkəmə iclası tərəflərin iştirakı olmadan keçirilmiş və əslində iş üzrə heç bir məhkəmə tə dqiqatı aparılmamışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə mülki prosessual hüquq normalarının pozulması ilə baxıldığından, kollegiya hesab edir ki, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 16 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6699/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6699/2019
30.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver