Məhkəmə qərarları › İş №2(102)-67/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-67/2021

04.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-67/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Alimentin miqdarının artırılması 04.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X6 ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3176/2020 nömrəli iş üzrə 16 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin ha lları

1. Ucar rayon İHB-nın Qarabörk kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 13.04.2010-cu il tarixli AZ-İİ № 425037 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 02.10.2009-cu il tarixdə Ucar şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 31 nömrəsi ilə qeyd edilmiş, atası Cavabdeh, anası X3r.

2. Ucar rayon İHB-nın Qarabörk kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 03.09.2012-ci il tarixli AZ-İİ № 930562 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 07.08.2012-ci il tarixdə Ucar şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 39 nömrəsi ilə qeyd edilmiş, atası Cavabdeh, anası X3r.

3. Ucar Rayon Məhkəməsinin 2(063)-740/2014 saylı 14.11.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə X7 arasında Uc ar rayon qeydiyyat şöbəsində 30 nömrə ilə qeyd edilmiş 30.01.2014-cü il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından olan uşaqları X və X anası E.Qasımovanın himayəsinə verilməsi, Cavabdeh 14.11.2014-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 80 manat olmaqla cəmi 160 manat alimentin X4 verilməsi qət edilmişdir.

4. İş materiallarında olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.01.2015-ci il tarixli AZ-İ № 195419 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X7 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 05 nömrəsi ilə qeyd edilmiş və nikah ləğv olunandan sonra qadına X soyadı verilmişdir.

5. Ucar Rayon Məhkəməsinin 2(063)-740/2014 saylı 14.11.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh 14.11.2014-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 80 manat olmaqla cəmi 160 manat alimentin X4 verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından 02.10.2009-cu il təvəllüdlü X9 və 07.08.2012- ci il təvəllüdlü X10 anadan olmuşdur. Ucar Rayon Məhkəməsinin 2(063)-740/2014 saylı 14.11.2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından olan uşaqlar onun himayəsində saxlanılmış və uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə aylıq 80 manat olmaqla 160 manat alimentin onun xeyrinə tutulması qət ed ilmişdir. Hal-hazırda yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu dəyişdirilmiş və 2019-cu ildən hər uşaq üçün 160 manat müəyyən edilmişdir. Cavabdeh fərdi qaydada işləməklə aylıq qazancı təxminən 700 manat təşkil edir. Bundan başqa cavabdeh özünə fərdi qaydada ev inşa etmişdir. Bütün bunlar cavabdehin maddi imkanının olmasını təsdiq edir. Ona görə də Ucar Rayon Məhkəməsinin 2(063)-740/2014 saylı 14.11.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin məbləğinin dəyişdirilərək 02.10.2009-cu il təvəllüdlü X5 və 07.08.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin olunan alimentin miqdarının artırılaraq cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia təmin edilərək, Ucar Rayon Məhkəməsinin 2(063)740/2014 saylı 14.11.2014-cü saylı qətnaməsi ilə 02.10.2009-cu il təvəllüdlü X5 və 07.08.2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla 02.10.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 160 manat alimentin İddiaçı xeyrinə tutulması, hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla 07.08.2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 160 manat alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni “Uşaq Hüquqları haqq ında” Azərbaycan Respublikasının Qanununun 5, 6-cı, Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 78.1, 112.1-ci və Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişlər.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3176/2020 nömrəli iş üzrə 16 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslan dırmışdır ki, cavabdehin 02.10.2009-cu il təvəllüdlü X5 və 07.08.2012-ci il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatmayanların saxlanması üçün müəyyən olunan yaşayış minimumundan aşağı həddə aliment ödəməsi müəyyən olunduğundan alimentin miqdarının azaldılması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasi ya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İş üzrə cavabdeh məhkəmə iclasına vəkilsiz gəldiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. 17 Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı tərəf hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri 18 MPM-in 407.2-ci maddəsinə əsasən kassasi ya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 19 MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəti cələnsin və ya nəticələnə bilsin (maddə 418.3). 20 Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 21 Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “Uşaq hüquqları haqqında” Azər baycan Respublikasının Qanunu 22 Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının tə min edilməsinə yönəldilir. (maddə 3) 23 Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. (maddə 5) 24 Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. (maddə 8) 25 Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyü tməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. (maddə 19) Ailə Məcəlləsi 26 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. (maddə 75.1) 27 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. (maddə 75.4) 28 Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərə flərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. (maddə 112.1) “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu 29 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilsin. (maddə 1) Mülki Prossesual Məcəllə 30 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2) 31 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1) 32 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88) 33 K assasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2) 34 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416) 35 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi 36 Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 37 Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 38 Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunm amalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 39 Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3176/2020 nömrəli iş üzrə 16 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar