Məhkəmə qərarları › İş №2(102)-6705/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6705/2021

20.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6705/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasının göstərilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili Məmədzadə ƏKbər Yusif oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2550/ 2021 nömrəli iş üzrə 07 sentyabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hesabından onun nəfinə bu ilin yanvar ayından başlayaraq oğlu Muradın və Qızı Nərminin xəstəliyi ilə bağlı olaraq uşaqlar sağalanadək hər ay hər bir uşağa 400 manat (müalicə, nəqliyyat, ortopedik geyimlər, masaj, üzgüçülük, fizioterapiya və müalicəvi yemək xərclərinin ödənilməsinə görə) və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin (hakim M.Mustafayev) 12 fevral 2021-ci il tarixli, 2(076)-173/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 21 iyul 2016-cı ildə doğulmuş X1 və 13 aprel 2018-ci ildə doğulmuş X2 adlı uşaqların müalicəsi üçün Cavabdeh hər ay 150 manat vəsait tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Loğman Süleymanov - sədrlik edən və məruzəçi, Afiq Hüseynzadə, Rəhman Muradov) 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qətnamədən kassasiy a şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Loğman Süleymanov - sədrlik edən və məruzəçi, Şamil Rzaquliyev, Fikrət Mehtiyev) 07 sentyabr 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh verdiyi şikayətdə maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh və vəkili işin faktiki hallarına istinad etməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Lakin kassator qeyd olunan iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını, hazırki mübahisəyə aidiyyatını göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4-cü maddəsinin tələblərini pozmuşdur. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası apellyasiya şikayətində qeyd olunan xüsusatlarla bağlı lazımi araşdırma aparmamış, xəstəliyin nə ilə bağlı olmasını, onun müalicəsinə dövlət dəstəyinin olub-olmamasını, yəni əlillik dərəcəsi olubolmaması, faktiki olaraq qeyd olunan xərclərdən məsələn üzgüçülüklə bağlı hissədə apellyasiya şikayətində qeyd etdiyimiz nüansları araşdırmamışdır. Daha sonra nəqliyyat vasitəsinə çəkilən xərclərlə bağlı hissədə heç bir ar aşdırılma aparılmaması, eyni zamanda ortopedik geyimlər deyəndə nəyin nəzərdə tutulduğunun və onun hansı dərəcədə xərc tələb etməsinin aydınlaşdırılmaması, bundan əlavə masajın hansı şəraitdə aparılması, bədənin hansl hissələrinin masaj edilməsinə zərurət olması, buna müvafıq xərclərin nədən ibarət olmasının araşdırılmaması, fizioterpaiyanın hansı həkim tərəfindən aparılması, neçə gün neçə saat olması, hansı formada aparılmalı olması işə əlavə edilməməsinə baxmayaraq məhkəmə bütün bunları araşdırmamışdır. Bu hallar maddi və prosessual normaların pozuntusuna dəlalət edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmu nuna uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qər ardaddan kassasiya şikayəti verən cavabdeh qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: Maddə 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: Maddə 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüqu q normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya b ilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə qeyd edilənlər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçü n əsas deyildir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin mübahisələndirdiyi qərardadı qəbul edərkən hansı maddi və ya prosessual hüquq normalarının pozulduğunu göstərmək əvəzinə yenə də şikayətdə işin gaktiki hallarına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2550/2021 nömrəli iş üzrə 07 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar