Məhkəmə qərarları › İş №2(102)-6706/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6706/2019

21.10.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6706/2019 21.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı vəkili Məmmədov Emin Məmməd oğlunun, Cavabdeh və onun nümayəndəsi X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli, 2(103)7048/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim E.Ə.Mehdiyev) 27 fevral 2019-cu il tarixli q ətnaməsi ilə, iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 19.11.2015-ci il tarixli, 2(102)-4984/2015 saylı qərarı ilə müəyyən edilən alimentin məbləğinin artırılaraq Cavabdeh 27.10.2010-cu il təvəllüdlü X1 və 30.09.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) 27.05.2019-cu il tarixli, 2(103)-7 048/2018 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.11.2015-ci il tarixli, 2(102)-4984/2015 saylı qərarı ilə təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən 27.10.2010-cu il təvəllüdlü X1 və 30.09.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alime ntin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.11.2015-ci il tarixli, 2(102)-4984/2015 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 29.06.2015-ci il tarixli, 2(105)-1132/2105 nömrəli qətnaməsi alimentin məbləğinə aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilərək iddianın qismən təmin edilməsi, cavabdehdən 27.10.2010-cu il təvəllüdlü X2 və 30.09.2011-ci il təvəllüdlü X3 yetkilnlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İcra sənədi 05.01.2015-ci ildə Quba rayon İcra şöbəs inin icraatına daxil olmuş və cavabdehə borcun könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmişdir. Lakin cavabdeh heç bir üzrlü səbəb olmadan uzun müddət alimenti ödəməkdən yayınmış, nəticədə onun 6080 manat ödənilməmiş aliment borcu yaranmış və bu günə kimi hələ də ödənilməmişdir. Quba rayon İcra şöbəsinin təqdimatı əsasında Quba Rayon Məhkəməsinin 17.03.2017-ci il tarixli 8(027)-146/2017 saylı qərardadı ilə cavabdehin Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırıldıqdan sonra cavabdeh az da olsa alimenti ödəməyə başlamışdır. Lakin hələ də aliment borcunu ödəmir. Qeyd olunanlar bir daha onu təsdiq edir ki, cavabdeh valideyn kimi uşaqları ilə maraqlanmır, onlara qayğı göstərmək və maddi yardım etmək niyyəti yoxdur. Onun isə iki uşağa təkbaşına baxmağa maddi imkanı yoxdur, aylıq qazancı çox azdır və valideyninin köməkliyi ilə yaşayır. Onu da bildirir ki, cavabdeh ticarətlə məşgul olur və hər ay 1000 manata yaxın gəlir əldə edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Məmmədov Emin Məmməd oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin, apellyasiya instansiyası məhkəməs inin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi X6 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün AR MPM-nin 67-ci maddəsinə əsasən işə onların izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 27.05.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsini ləğv edib, iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbu l etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.11.2015-ci il tarixli, 2(102)-4984/2015 saylı qərarının surətinə əsasən, İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 29.06.2015-ci il tarixli, 2(105)-1132/2105 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə alimentin məbləğinə aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilərək iddianın qismən təmin edilməsi, Cavabdeh 27.10.2010-cu il təvəllüdlü X2 və 30.09.2011-ci il təvəllüdlü X3 yetkilnlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanı lması qərara alınmışdır. Cavabdeh Cavabdeh maddi vəziyyətində hər hansı bir dəyişiklik baş verməmişdir. Apellyasiya şikayətinə qoşma kimi əlavə edilmiş Dövlət Məşğulluq Xidmətinin Quba rayon Məşğulluq Mərkəzi tərəfindən təqdim edilmiş 18 mart 2019-cu il tarixli **********0 saylı məktubdan da göründüyü kimi Cavabdeh Quba rayon Məşğulluq Mərkəzində işaxtaran vətəndaş kimi qeydə alınmışdır və onun adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə Elektron informasiya sistemində əmək müqaviləsi qeydə alınmamışdır. Həmçinin Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş18.03.2019-cu il tarixli 341 saylı arayışdan görünür ki, Cavabdeh yüksək dərəcəli kəkələmədən əziyyət çəkir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir k i, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” 20.11.1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 20.11.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tər əfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. A pellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki iddianın hüquqi əsasını təşkil edən Ailə Məcəlləsinin 112.1-ci maddəsindən göründüyü kimi, alimentin məbləğinin artırılması barədə qərarın qəbul edilməsi üçün tərəflərin ailə və ya maddi vəziyyətində buna imkan verə biləcək dəyişikliklər baş verməlidir. Hazırki halda isə iddiaçı tərəf bu halın baş verməsini sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnor malarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükün ü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Buna baxmayaraq, iddiaçı tərəflərin maddi və ailə vəziyyətlərində alimentin tələb etdiyi həddə artırılmasını mümkün edən dəyişikliyin baş verməsi ilə bağlı istinad etdiyi hallar üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilmədiyindən kassasiya şikayəti rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il ta rixli, 2(103)-7048/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar