Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6708/2019 21.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun, kredit üzrə yığılmış faizlərin, dəbbə pulunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli 2(103)-6161/2019 s aylı qətnaməsindən iddiaçı “xxxx” ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC-nin Ləğvedicisi “X1 Company” MMC (sonradan ləğvedici dəyişərək Əmanətlərin Sığortalanması Fondu olmuşdur) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kredit borcuna görə 5.043,27 manat, faiz borcuna görə 6.342,51 manat və cəriməyə görə 4.000 manat, cəmi 15.385,78 manat məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və borcun təminatı kimi, 03 oktyabr 2008-ci il tarixli F18 45A saylı ipoteka müqaviləsinə əsasən girov qoyulmuş və borclu Cavabdeh məxsus “Mitsubishi Pajero” minik markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi DORV450TJ00210 o lan, 1996-cı il buraxılışlı, tünd yaşıl rəngli avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə edilmiş məbləğin borcun təminatı kimi “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bankla Cavabdeh arasında bağlanmış 03 oktyabr 2008-ci il tarixli F18 45A saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 28 % hesablanmaqla 24 ay müddətinə 7.750 manat məbləğində kredit verilmişdir. Kreditin qaytarılmasının təminatı kimi “xxxx” ASC ilə Cavabdeh arasında 03.10.2008-ci il tarixli F18 45A saylı İpoteka müqaviləsi bağlanmışdır. Lakin cavabdeh borcunu ödəməkdən yayınmış və nəticədə iddiaçıya əsas borca görə 5.043,27 manat, faiz borcuna görə 6.342,51 manat, dəbbəyə görə 4.000 manat, cəmi 15.385,78 manat kredit borcu yaranmışdır. Həmin borcun könüllü şəkildə ödənilməsi üçün cavabdehə xəbərdarlıq edilsə də, cavabdeh borcunu ödəməmişdir. Cavabdeh borcun könüllü şəkildə ödənişini təmin etmədiyi üçün hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Z.Şirinov) 22 aprel 2014-cü il tarixli 2(008)-3111/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh əsas borca görə görə 5.043,27 manat, faiz borcuna görə 6.342,51 manat, cəriməyə görə 50 manat, cəmi 11.435,78 manat, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq “xxxx” ASC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş 1996-cı il buraxılışlı, “Mitsubishi Pajero” minik markalı, ** GK *** dövlət qeydiyyat nişanlı, ban nömrəsi DORV450TJ00210 olan, tünd yaşıl rəngli avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Sadıqov sədrlik edən və məruzəçi, A.Hüseynov, A.İmanov) 29.05.2019-cu il tarixli 2(103)-6161/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)3111/2014 saylı iş üzrə 22 aprel 2014-cü il tarixli qətnaməsi ləğv edilərək iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun, kredit üzrə yığılmış faizlərin, dəbbə pulunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid e dilməsi barədə yeni qətnamə çıxarılmışdır. İddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.05.2019-cu il tarixli 2(103)-6161/2019 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin 29.05.2019-cu il tarixli, 2(103)-6161/2019 nömrəli qətnaməsində iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi barədə gəldiyi nəticə tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə, həmçinin Mülki Məcəlləsinin 399-cü maddəsinin və aşağıda istina d edilən hüquq normalarının tələblərinə tamamilə ziddir. Tərəflər arasında bağlanmış kredit müqaviləsində müqavilənin qüvvədə olması ilə bağlı hal nəzərdə tutulmadığı təqdirdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələrinin tələbləri çərçivəsində iddia müddəti tətbiq edilir. Həmin maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin həmin müqavilə üzrə öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlaması ilə şərtləndirildiyindən, məhkəmə kollegiyası tərəfindən hazırki iş üzrə iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddətinin ötür ülməsi qənaətinə gələrək iddia müddətinin tətbiqinə dair qətnamə çıxarılması səhv nəticə kimi qiymətləndirilməli və bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli, 2(103)-6161/2019 nömrəli qətnaməsi ləğv edilməlidir. Prosessual məsələlər: İddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPMin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış 03.10.2008-ci il tarixli F18 45A saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 28% ödəmək şərti ilə 7.700 manat məbləğində kredit verilmişdir. Kreditin ödənilməsinin təminatı kimi tərəflər arasında 03.10.2008-ci il tarixli F18 45A saylı ipoteka müqaviləsi bağlanmış və cavabdehə məxsus “Mitsubişi Pajero” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit borcunun qaytarılmasını təmin etməmişdir. Hazırda cavabdehin əsas borca görə 5.043,27 manat, faiz borcuna görə 6.342,51 manat, cəriməyə görə 4.000 manat, cəmi 15.385,78 manat kredit borcu yaranmışdır. İddiaçı həmin borc un könüllü ödənişini tələb etsə də, cavabdeh borcun könüllü ödənişini təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh 03.10.2008-cu il tarixdə“xxxx” ASC-dən 7.700 manat məbləğində kredit alıb, həmin krediti ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətində qaytarmağı öhdəsinə götürdüyü halda, öhdəliyini lazımınca yerinə yetirməmişdir. İddiaçının nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi cavabdehin adına olan hesabdan çıxarışdan görünür ki, kredit borcundan sonuncu dəfə 17.01.2012-ci ildə 400 manat ödəniş edilmişdir. 17.01.2012-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, həmin tarixli ödəniş X1adlı şəxs tərəfindən edilmişdir. Cavabdeh isə həmin şəxsi tanımadığını göstərməklə, sonuncu dəfə 2009-cu ildə ödəniş etdiyini bildirmişdir. İş materialla rında olan hesabdan çıxarışdan da görünür ki, sonuncu ödəniş 10.12.2009-cu ildə olmuş, ödənişin məbləği isə 266,50 manat təşkil etmişdir. Ona görə də məhkəmə kollegiyası 17.12.2012-ci ildə aparılmış 400 manat ödənişi cavabdeh tərəfindən edilmiş ödəniş kimi qəbul etməmiş və sonuncu ödəniş 10.12.2009-cu ildə aparıldığından, iddia müddətinin axımının kredit müqaviləsinin müddətinin bitdiyi vaxtdan, yəni 03.10.2010-cu il tarixdən hesablanmalı olduğu qənaətinə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə kredit müqaviləsinin müddəti 03.10.2010-cu il tarixdə bitdiyi halda iddiaçı tərəfindən üç il müddətində kreditin qaytarılması istiqamətində heç bir addım atılmamış, vaxtında məhkəmədə iddia qaldırılmamışdır. İddiaçı yalnız 13.03.2014-cü il tarixdə hazırki iddia tələb i ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələ bləri üzrə iddia müddəti isə altı ildir. Həmin məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, iş üzrə kredit müqaviləsi üzrə öhdəliklərin icrasının son müddəti 03.10.2010-cu il tarixdə müəyyən edilmişdir. İddiaçı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlı olsa da, tələb üzrə iddia müddəti buraxılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz poz ulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə d air” 03.06.2013-cü il tarixli Qərarında gəldiyi nəticələrə əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini r əhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli 2(103)6161/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6708/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6708/2019
21.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver