Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-671/2020 30.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh4 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(074)573/2018, hakim E.Z.Hümbətov) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə xx xxxx 2015-ci il tarixli, kredit müqaviləsi üzrə 18.326 ABŞ dolları əsas borc, 5.332 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 23.709 ABŞ dolları borcun (ödəniş gününə olan manatın məzənnəsi ilə) tutulması, tutmanın Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 52.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına banka olan borcun ödənilməsi, ipoteka predmetinin satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması, ipotekaya qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda cavabdehlərin həmin yaşayış sahə sini ən geci bir ay ərzində tərk etmədikdə evin boşaldılması, həmin evə istifadə hüquqlarının itirilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-1673/2019, hakimlər T.O.Quliyev, G.F.Tağıyeva və E.G.Rəhimov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 5.332 ABŞ dolları faiz borcu tutulması hissəsində dəyişdirilmiş, faiz borcu 2832 ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh4 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2015-ci il tarixli kredi t müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 20 faizlə, 36 ay müddətinə 19.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış, eyni zamanda həmin tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx xxxx 2018-ci il tarixdə İddiaçı ASC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun borclu və zamindən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məh kəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, bankın ipoteka predmeti olan mənzilə dair cavabdehlərin istifadə hüquqlarının itirilməsi və əmlakın təhvil verilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamasına hüquqi qiymət verilməmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun tələblərinə görə ipoteka predmeti olan əmlakla bağlı münasibətlər yeni mülkiyyətçiyə aid edilmişdir. Bu baxımdan iddiaçı müvafiq subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab ed ir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimənin borclu və zamindən müştərək qaydada tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. İş üzrə alınmış xx xxxx 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh1 İddiaçı ASC-yə xx xxxx xxxx 2017-ci il tarixə olan cəmi borcu 21625 ABŞ dolları məbləğində, o cümlədən əsas borc üzrə 18792 ABŞ dolları və faiz borcu üzrə 2832 ABŞ dolları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 741, 462, 472.1, 472.2-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, ekspertin müəyyən etdiyi əsas borc məbləği iddiaçının tələb etdiyi əsas borc məbləğindən yüksək olduğu üçün əsas borc iddiaçının tələb etdiyi məbləğdə, yəni 18326 ABŞ dolları məbləğində, o cümlədən faiz borcu 2832 ABŞ dolları müəyyən edilməlidir. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən tələb edilən 1.283 ABŞ dolları məbləğində dəbbə pulunu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbləri baxımından tənasübsüz yüksək hesab edərək birinci instansiya məhkəməsi tərəfin dən ödənilməsi qət edilən 50 ABŞ dolları məbləğində cərimənin tutulması barədə gəlinən nəticə ilə razılaşmışdır. Eyni zamanda apellyasiya məhkəməsi ipoteka müqaviləsinin şərtlərini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 270, 317, 319-cu maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 39, 47-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan mənzilə yönəldilməsini tələb etməkdə haqlıdır. Kassasiya şikayətində iddiaçının ipoteka predmeti olan mənzildən cavabdehlərin çıxarılması və istifadə hüququnun itirilməsi barədə iddia qaldırmağa subyektiv hüququ olmaması barədə dəlillər irəli sürülmüşdür. “İpot eka haqqında” Azərbaycan Respublikasının 59-cu maddəsi ilə ipoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka m üqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin normanın məzmunundan göründüyü kimi ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ipoteka qoyan və ailə üzvlərinin mənzilin təhvil verməsi üçün 1 ay müddət müəyyən edilmişdir. Bununla bərabər mənzilin ipoteka qoyan və ailə üzvlərinin mənzili tərk etmələri mütləq şəkildə onların bu barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri ilə şərtləndirilmişdir. Həmin Qanunun 59.4-cü maddəsində isə ipoteka predmeti olan mənzili tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş şəxslərin bu öhdəliyini icra etməməsinin nəticələri müəyyən edilmişdir. Deməli, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə notariusun icra qeydi ninvə ya məhkəmə qərarının olması tutma yönəlməklə satılan əmlakdan 1 ay ərzində könüllü şəkildə çıxmayan ipoteka qoyanın məcburi qaydada çıxarılması üçün əsasdır. Göründüyü kimi, ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi əsaslarını müəyyən edən qanunvericilikdə tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında tutma yönələn və satılan əmlakı 1 ay ərzində tərk etməyən ipoteka qoyan və digər şəxslərin məcburi qaydada çıxarılmasına dair göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və o nlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-671/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-671/2020
30.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver