Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-671/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC BOKT-un Cavabdeh “qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kasasiya baxışından çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6733/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh “əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 4959,32 manat məbləğində dəymiş zərər və əldən çıxmış faydanın, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 mart 2021-ci il tarixli 2(011)-574/2021 nömrəli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Vəfaddin İbayev) 08.09.2021-ci il tarixli, 2(103)673 3/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(011)-574/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı QSC BOKT Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.09.2021-ci il tarixli, 2(103)-6733/2021 nömrəli qətnaməsindən kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakim M.Əhmədova) 17.12.2021-ci il tarixli, 2(102)-7474/2021 saylı qərardadı ilə kasasiya şikayəti icraata qəbul edilərək, işə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən, İddiaçı QSC BOKT tərəfindən verilmiş kasasiya şikayəti kasasiya baxışından çıxarılmaqla apelyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinə 09 iyul 2021-ci il tarixli Qanunla dəyişiklik edilmiş, həmin dəyişikliyə uyğun olaraq Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti 16.11.2021-ci il tarixdə tərtib edilmiş və apelyasiya məhkəməsinə ünvanlanmışdır. İşə baxmış apelyasiya kollegiya sı isə MPM-nin 402-ci maddəsinin tələblərini nəzərə almadan (qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır) kasasiya şikayətini baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1. kasasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kasasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Hazırda iddiaçının kasasiya şikayəti Mülki Prosessual Məcəlləyə zidd olaraq icraata qəbul edilmiş hesab edilməli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.12.2021-ci il tari xli “işin icraata qəbul edilməsi” barədə qərardadı ləğv edilməli və iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti kasasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən, kasasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kasasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.12.2021-ci il tarixli “işin icraata qəbul edilməsi” barədə qərardadı ləğv edilməli və iddiaçının vermiş olduğu kasasiya şikayəti kasasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və A zərbaycan Respublikası MPM-in 263-264, 404-409, 417ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.12.2021-ci il tarixli “işin icraata qəbul edilməsi” barədə qərardadı ləğv edilsin və iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti kasasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-671/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-671/2022
25.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver