Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6710/2022 30.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh, X11, 22 saylı Dövlət Notariat Kontoru və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsi və yeni qeydiyyat vəsiqəsinin verilməsi tələbinə və Cavabdeh İddiaçı qarşı real və mənəvi zərərin tutulması tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: qərardaddan kassasiya şikayəti verilməsinin nəzərdə tutulmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2(103)-2144/2011 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh, X9, 22 saylı Dövlət Notariat Kontoruna, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4-Ə-1/169 saylı xx.xx.2004-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş 357 “a” saylı 10 avqust 2004-cü il tarixli qeydiyyat vəsiqə sinin qismən - tikilinin ½ hissəsinin Cavabdeh adına qeydiyyata alındığı hissədə ləğv edilərək Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən, ümumi sahəsi - A tikilisinin 945,5 kv.m, B tikilisinin 44,0 kv.m olan qeyri-yaşayış binasının tam mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Eyni zamanda iş üzrə Cavabdeh qarşılıqlı iddia verərək, dəymiş 450000 manat məbləğində real zərərin və 50000 manat məbləğində mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli, 2(010)67/2010 saylı qətnaməsi ilə ilkin iddia təmin edil miş, qarşılıqlı iddia rədd edilmişdir.
4. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, ilkin iddia tələbinin rədd edilməsi, dəymiş 450000 manat məbləğində real zərərin və 50000 manat məbləğində mənəvi zərərin İddiaçı onun xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli qətnaməsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli, 2(010)-67/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. c) Azərbaycan Respublikası Ali Məhkəməsində ic raat
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2011-ci il tarixli, 2(102)-268/11 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş və hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli qətnaməsi qismən - İddiaçı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsi və yeni qeydiyyat vəsiqəsinin verilməsinə dair iddiasının təmin edilməsinə dair hissəsində ləğv edilmiş, həmin hissədə işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qərardadı ilə tərəflər iddiadan imtina etdikləri üçün Bakı Ş əhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli, 2(010)-67/2010 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2011-ci il tarixli qərardadın izah edilməsinə dair Cavabdeh ərizəsi təmin edilməmişdir.
10. Cavabdeh bundan sonra Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək, məhkəmənin xx.xx.2011-ci il tarixli qərardadı üzrə icraya dönüş edilməsini xahiş etmişdir.
11. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə icraata xitam verildikdən sonra, həmin əmlakın 50 faizinin onun adına keçirilməklə mülkiyyət hüququnun yenidən qeydiyyata alınmasına edilən çoxsaylı cəhdləri heç bir nəticə verməmişdir. xx.xx.2014- cü il tarixdə həbs olunmuş, xx.xx.2019-cu il tarixdə həbsdən çıxmış, uzun müddət müalicə və ağır əməliyyatdan sonra da Daşınmaz Əmlakın Dövlət Reyestrinə etdiyi müraciəti nəticəsiz qalmışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qərardadına əsasən icrada dönüş edilərək, Azərbaycan Respublikası MPM-nin 236-1-ci maddəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi - A tikilisinin 945,5 kv.m, B tikilisinin 44,0 kv.m olan qeyri-yaşayış binasının 50 faizi üzrə tam mülkiyyət hüququnun onun adına yenidən qeydiyyata alınması və bu barədə çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərardad qəbul ed ilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(103)-2144/2011 saylı qərardadı ilə cavabdehin ərizəsi təmin edilməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarına əsasən mübahisəli daşınmaz əmlakın X7 tərəfindən xx.xx.2012-ci il tarixli, 4Ə/726 reyester nömrəli alqı-satqı müqaviləsinə əsasən X5 özgəninkiləşdirildiyini, xx.xx.2013-cü il tarixdə həmin əmlakın X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyini, sonradan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(001)-699/2016 saylı qiyabi qətnaməsi ilə X1 X5 və X6 qarşı müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi, qeyri-yaşayış sahəsinin əldə edilməsində üstünlük hüququnun tanınması ba rədə iddiasının təmin edilərək həmin daşınmaz əmlak üzərində X3 və X4 mülkiyyət hüquqlarına xitam verildiyini nəzərə alınmalı və hazırki vəziyyətdə X2 icrada dönüş haqqında ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə əsasən təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, 27 sentyabr 2022-ci il tarixli, 2(103)-2144/2011 saylı qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ 403.1 Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə. 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Maddə
409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh tərəfin dən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilməli və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.
16. Belə ki, Azərbaycan Respublikası MPM-in 402.2-ci maddəsində kassasiya şikayəti verilməsi mümkün olan qərardad növləri dəqiq göstərilmişdir.
17. Həmin normada icrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadları, kassasiya şikayəti verilməsi mümkün olan qərardadlara aid edilməmişdir.
18. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən s onra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
19. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qərardadın MPM-nin 402.2-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qərardadlar kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
20. Lakin hazırk i iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilmiş qərardadın MPM-nin 402.2-ci maddəsində kassasiya şikayəti verilməsi istisna olunan qərardadlara aid olub-olmamasını araşdırmalı idi.
21. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
22. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408 və 411-ci maddələrini rəhbər tuta raq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2(103)-2144/2011 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdeh kassasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.