Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6711/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Müabriz qızının katibliyi ilə, İddiaçı vəkili Vəkil, Cavabdeh2 vəkili Yadigarov Vüsal Alxan oğlunun və Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.05.2019-cu il tarixli, 2(103)-5813/2019 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc un tutulması və borcun ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı xeyrinə 70.000 ABŞ dolları kredit borcu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci Məhəllə, 78 saylı mənzilə tutmanın yönəldilərək açıq hərracda satılması, mənzilin açıq hərracda satışından əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı olan borcunun ödənilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci Məhəllə, 78 saylı mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabde h1 arasında bağlanmış 25 may 2017-ci il tarixli kredit müqaviləsinə əsasən bir il müddətinə 70.000 ABŞ dolları məbləğində borc verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı ilə Cavabdeh2 arasında 25 may 2017-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci Məhəllə, 78 saylı mənzilini ipoteka qoymuşdur. Kredit müqaviləsinə əsasən Cavabdeh1 25 may 2018-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Bununla bağlı cavabdehlərə şifahi olaraq və 27 iyun 2018-ci il tarixdə və 06 iyul 2018-ci il tarixlərdə yazılı bildirişlər göndərilməsinə baxmayaraq Cavabdeh1 müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmişdir. İddiaçı tərəfindən cavabdehlərə y azılı şəkildə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən bildirişə münasibət bildirilməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim V.İ.Həsənov) 22 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 70.000 (yetmiş min) ABŞ dolları məbləğində borcun ödəniş günü Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi hissəsində iddianın təmin edilməsi, iddianın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Ş ərifzadə küçəsi, 571-ci Məhəllə, 78 saylı mənzilə tutmanın yönəldilərək açıq hərracda satılması, mənzilin açıq hərracda satışından əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı olan borcunun tutulması, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci Məhəllə, 78 saylı mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılmasına dair hissəsinin təmin edilməməsi qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.K.Xəlilov, X.A.Cəmilova və İ.Ə.Kərimli) 13 may 2019-cu il tarixli, 2(103)-5813/2019 saylı qətnaməsi ilə iddiaçının apelyasiyaşikayətitəminedilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsi iddianın rədd edilmiş hissəsində ləğv edilmiş, ipoteka predmetinin ilk in satış qiyməti 138.000 manat müəyyən edilməklə 25 may 2017-ci il tarixli kredit müqaviləsindən irəli gələn 70.000 ABŞ dolları məbləğində tutma cavabdehə məxsus Baklı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllə, 78 saylı mənzilə yönəldilmiş, həmin mənzilin açıq hərracda satılması, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması qət edilmişdir. Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırı lmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2013cü il tarixli qərarında formalaşmış hüquqi mövqeyinə əsasən, ilk əvvəl təmsil edilən şəxsin (Cavabdeh2) təmsilçiyə (R.Əliyev) belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Əgər təmsil edilən şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər ə ks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil edilən şəxsin özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Lakin təmsil edilən şəxs- Cavabdeh2 tərəfindən təmsilçi-cavabdeh R.Əliyevə verilmiş etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmamışdır. Həmin etibarnamədə və bu etibarnamə əsasında baş tutmuş hüqııq münasibətində (ipoteka müqaviləsinin bağlanmasında) təmsil edilən şəxs-iddiaçı Cavabdeh2 iradə və maraqları müəyyən şəkildə ifadə olunmamışdır. Ümumiyyətlə, ünvan 1 ünvanda yerləşən mənzilə dair etibarnamə verilən zaman təmsil edilən şəxs Cavabdeh2 təmsilçi R.Əliyevə bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və R.Əliy evin özünün maraqları daxilində deyil, Cavabdeh2nm maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Yadigarov Vüsal Alxan oğlu kassasiya şikayətini müdafiə etmiş, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kassasiya şikayətinə etiraz etmiş, onun rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbu l etdiyi 13.05.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsini borcun ipotekaya yönəldilməsi hissəsində ləğv edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 25 may 2017-ci il tarixli kredit müqaviləsinin surətinə əsasən, İddiaçı Cavabdeh1 25 may 2018-ci il tarixədək 70000 ABŞ dolları kredit verməsi barədə müqavilə bağlanmışdır. Kredit müqaviləsinin 3-cü bəndindən görünür ki, tərəflər kreditin faizsiz verilməsini şərtləşmişlər. Kreditin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllə, 78 saylı mənzil İddiaçı ipote ka qoyulmuşdur. Cavabdeh1 məhkəmə baxışı zamanı ərizə yazaraq aldığı 70.000 ABŞ dolları borcu qaytarmadığını etiraf etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin öz təşəbbüsü ilə ipoteka müqaviləsinin etibarsızlığına qiymət verməsinin hüquqi əsası yoxdur və bu hal iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Apellyasiya instanisyası məhkəməsi istinad edilən maddi hüquq norması baxımından qeyd etmişdir ki, əqd mübahisələndirildiyi halda etibarsız hesab oluna bilər. Hazırki işdə heç kim ipoteka müqaviləsinin etibarsızlığını mübahisələndirməmiş, həmin müqavilənin et ibarsızlığı hazırkı işdə araşdırma predmetini təşkil etmir. Nə qədər ki, həmin ipoteka müqaviləsinin etibarsızlığı mübahisələndirilməmiş və bu fakt öz təsdiqini tapmamışdır, buna görə də iddiaçı ipoteka müqaviləsindən irəli gələn tələbləri irəli sürməkdə haqlı olmuşdur. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin mənzilin ipoteka qoyulmasına iradə ifadəsinin olmaması barədə işə baxan məhkəmənin gəldiyi nəticə mübahisəli və hazırkı işdə heç bir sübutla təsdiq olunmadığı halda məhkəmə həmin halı işin mübahisələndirilməyən halı kimi qeyd etməklə sübutetmə ilə bağlı prosessual qaydaları pozmuşdur. Məhkəmə özünün gəldiyi nəticəni şübhə altına qoymuşdur. Belə ki, məhkəmə 70.000 ABŞ dolları pulu borc alandan tutub iddiaçıya qaytarılmasını qət etdiyi halda, ipo tekaya yönəltmə tələbində həmin vəsaitin əslində X2 verilməsi qənaətinə gəlmişdir ki, bu da iddianın təmin olunan hissəsi ilə ziddiyyət təşkil edir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 295, 319.1-ci maddələrinə, habelə «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 39.3.3 və 59.3-cü maddələrinə istinad etməklə borcun ipotekaya yönəldilməsi, əmlakın hərracdan satılması və mənzildə yşayan cavabdehin mənzildən çıxarılması tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Kassasiya kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işə Cavabdeh2 iştirakı olmadan bir məhkəmə iclasında baxmaqla iş üzrə yekun qərar qəbul etmişdir. Bu səbəbdən də qətnamənin q əbulu zamanı mühüm əhəmiyyət kəsb edə biləcək hallar, yəni hazırki işlə bağlı apellyasiya məhkəməsinin icraatı dövründə həmin ipoteka müqaviləsinin etibarsızlığına dair Sabunçu Rayon Məhkəməsində iddianın olmasından və Cavabdeh2 şikayəti üzrə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırmanın aparılması barədə xəbərsiz olmuşdur. Halbuki, N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarına əsa sən məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Eyni zamanda qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparma qla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Məcəllənin 385.1.1-ci maddəsində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. MPM-in 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 81-ci madd əsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin hazırkı işə səlahiyyəti çərçivəsində baxmış apellyasiya instansiyası məhkəməsi digər məhkəməsnin icraatında hazırki iş üzrə icraatın dayandırılmasına səbəb ola biləcək ipoteka müqaviləsinin etibarsızlığı tələbinə dair iddianın olmasından, habelə hazırki iş üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi baxımından əhəmiyyətli ola biləcək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cavabdeh2 və digər şəxslərin şikayəti üzrə araşdırmanın nəticələrindən xəbərsiz olmaqla yekun qənaətə gəlməklə MPM-in 76.1 və 81-ci maddələrinin tələbləri ilə uzlaşmayan qətnamə qəbul etmişdir. Beləli klə qeyd edilənlər baxımından, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə qənaətə gələrkən, hazırkı işin faktiki hallarını qanunla müəyyən edilmiş qaydada tam, hərtərəfli və obyektiv araşdırmamış və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman prosessual qanunvericiliyin istinad edilən tələbinə riayət olunmaqla mübahisənin düzgün həllinə dair yuxarıda qeyd edilən hallar aydınlaşdırılmaqla qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.05.2019-cu il tarixli, 2(103)5813/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6711/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6711/2019
28.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver