Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6712/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili Qanuni nümayəndə və cavabdehin vəkili HHnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 oktyabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Qəhrəmanov, iş № 2(003)-3842/ 2018 saylı mülki iş) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu il qətnaməsi ilə (hakimlər F.Talışınski (sədrlik edən, məruzəçi), R.Eyvazov və Z.Əliyev, 2(103)6333/2019 saylı mülki iş) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1700.170 manat məbləğində vurulmuş ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin l əğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Qanuni nümayəndə kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili HH kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh nümayəndəsi vəkil X3 izahatına əsasən 01.04.2011-ci ildə tərəflər arası nda barışıq razılaşması bağlandıqdan sonra Cavabdeh mülkiyyətində olan Bakı şəhər, ÜNVANndə yerləşən 0.06314 ha torpaq sahəsində inşa edilmiş sahəsi 928.5 kvadrat metr olan qeyriyaşayış sahəsini 177968 manata satmışdır. Barışıq razılaşmasını uydurma əqd hesab etmişlər, cünki, obyektin dəyəri 1.700.170 manat olmuşdur. Cavabdeh xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsini satdıqdan sonra İddiaçı narazılıqlar etməyə başlamışdır. Tərəflər aralarındakı narazılığı 06.12.2014-cü ildə bağlanan barışıq sazişi ilə həll etmişlər. Barışıq sazişinə əsasən Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nizamnamə fondundakı anası Afət Əliyevanın paymı İddiaçı vermişdir. Bu barışıq sazişinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin fondundakı 10 ha torpağı İddiaçı 160000 ABŞ dollarına X1. 06.12.2014- cü il tarixli barışıq sazişinə əsasən hər hansı bir iddia tələbi olmayacağı və şikayət etməyəcəyini öhdəsinə götürmüşdür. Yəni iddiaçının istinad etdiyi 01.04.2011-ci il tarixli müqavilə əhəmiyyətini itirmişdir. İddiaçı analoji iddialarla Binəqədi və Nəsimi rayon məhkəmələrində iddia qaldırmışdır və hər iki halda iddiları təmin edilməmişdir. Həmin məhkəmələrdə baxılan iddia tələbində də Cavabdeh mülkiyyətində olan Bakı şəhər, ÜNVANndə yerləşən 0.06314 ha torpaq sahəsində inşa edilmiş sahəsi 928.5 kvadrat metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısı nübahisələndirilmişdir. Alqı-satqı müqaviləsinin mübahisələndirilməsinin əsasını 31.04.2011-ci il tarixli barışıq sazişinin pozulması göstərilmişdir. İddia tələbi təmin edilməmişdir. Qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur ki, alqısatqının etibarsız hesab edilməsi zamanı qanun pozuntusuna yol verilməmişdir. Müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətində olduğundan onun özgəninkiləşdirilməsi Cavabdeh hüququ olduğundan, mülkiyyətində olan əmlakı neçəyə satmaq və ya onu bağışlamaq onun səlahiyyətidir. Cavabdeh mülkiyyətində olan əmlakı satması nəticəsində İddiaçı ziyan dəyməsini iddia etmək absurddur. Nə qədər ki, məhkəmə qətnamələri ilə alqı-satqının etibarsız hesab edilməsi təmin edilməyib-deməli ona alqı-satqı nəticəsində ziyan dəyməsi mümkün deyil. İddiaçının məhkəməyə təqdim etdiyi cinayət işinin ayrılması haqqında 25.11.2014cü il tarixli qərarda göstərilir ki, göstərilən əmlak kompleksinin alqı-satqısı 2013-cü ildə Poladxan Kərimova məlum olub. Göründüyü kimi iddia müddəti burax ılması işin mübahisəsiz halıdır İddiaçı ona ******* manat ziyan dəydini iddia etsə də bunu əsaslandıra bilməmişdir. Barışıq razılaşmasında ******* manat məbləğə dair müddəa yoxdur. Tərəflər arasında mübahisəyə Binəqədi rayon məhkəməsində baxılarkən məhkəmə obyektin qiymətləndirilməsi barədə ekspertiza təyin etsədə Poladxan Məmməkərimov eksperetlər qarşısmda qanunsuz tələblər irəli sürməsi səbəbindən qiymətləndirməni həyata keçirmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası MM-in 21, 540, 881, 1096, 1097.1; MPM- in 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.14, 220.5, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmı ş, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Məmmədkərimov Poalxan Almas oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6712/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6712/2019
30.10.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver