Məhkəmə qərarları › İş №2(102)-6713/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6713/2022

21.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6713/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət qarışıq tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 2(103)-7076/2022 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh Əlihəsən oğluna qarşı iddia ərizəsi və daha sonra iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək ü nvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki iddiaçının mülkiyyətində olan dəyəri 36429,45 manat məbləğində olan əmlakların cavabdehin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya təhvil verilməsi, əmlaklar iddiaçının qanunsuz sahibliyində saxlandığı müddət üçün əldən çıxmış fayda olaraq xx.xx.2021-ci il tarixdən hesablanmaqla, yekun məhkəmə qərarı çıxarıldığı günə qədər hər gün üçün 100 manat pul vəsaiti hesabalanaraq, yekun hesablanmış məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən xx.xx.2020-ci il tairxdən xx.xx.2020-ci il tarixədək obyektin təhvil verilməsinin gecikdirildiyi müddət üçün gündəlik 200 (iki yüz) manat olmaqla, cəmi 12600 (on iki min altı yüz) manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh Əlihəsən oğlu İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən ona vurulmuş maddi ziyana görə 26400 manat, mətbəx mebelinin yararsız vəziyyətə salınmasına görə 1500, onunla "X2" MMC arasında 02 iyun 2020-ci il tarixli icarə müqaviləsi 10 il müddətinə bağlandığı halda, 8 aydan sonra xitam verilməsi nəticəsində əldən çıxmış fayda olaraq 10000 manat, dəymiş mənəvi ziyanın əvəzi olaraq 10000 manat, ödənilmiş 31 manat dövlət rüsumunun əvəzi, onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 200 kv. metr olan fərdi yaşayış evinin ½ hissəsi əvvəlki vəziyyətə gətirilərək istifadəyə yararlı vəziyyətə düşənədək və cavabdehin əşyalarının onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılanadək hər ay 940 manat icarə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki iddiaçının (İddiaçı MMC) mülkiyyətində olan dəyəri 36429,45 manat məbləğində olan əmlakın cavabdehin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya təhvil verilməsi, ilk iddia üzrə İddiaçı MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun ilk iddia üzrə İddiaçı MMC-nin özünə aid edilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində mövcu d olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir xərclərinin dəyəri olaraq 5645 manat və mətbəx mebelinin yararsız vəziyyətə salınmasına görə 1500 manat pul ilk iddia üzrə İddiaçı MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə İddiaçı MMC və ilkin iddia üzrə Cavabdeh Əlihəsən oğlu apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7076/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-59/2022 saylı qətnaməsi ləğv edilmiş və iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Ap ellyasiya instansiya məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, hazırki iş üzrə hər iki tərəf sahibkarlıq fəaliyyəti ilə məşğuldur və mülki mübahisə da onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. İddiaçı MMC qərardaddan şikayət verərək Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(103)-7076/2022 nömrəli qərardadının ləğv olunmasını və işin mahiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsində baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tərəflər arasında yaranmış mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini düzgün müəyyən edə bilməmiş, baş vermiş hadisənin (icarə münasibətlərindən yaranan) tərəflərin həyata keçirdikləri sahibkarlı q fəaliyyəti ilə əlaqədar olub-olmaması məsələsinə düzgün hüquqi qiymət verə bilməmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)7076/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonraMPM) 1-ci maddəsinin “Qeyd” hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlər inin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilm işdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılmas ı üçün yetərli deyildir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilən Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tə rəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Bundan əlavə, həmin Qərarın 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə alma lıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. MPM-in 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Hazırkı işin müəyyən olunmuş və mübahisələndirilməyən halına görə tərəflər arasında Bakı şəhəri 19 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-703 nömrəli icarə müqaviləsi ilə ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh Əlihəsən oğlu tərəfindən İddiaçı MMC-yə icarəyə verilmişdir və tərəflər arasındakı ha zırkı iş üzrə mübahisə də qeyd edilən icarə müqaviləsinin şərtlərinin pozulmasından yaranmışdır. MPM-in 403-1.2-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. MPM-in 403-1.6-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. MPM-in 403-1.8.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işin məhkəmə ai diyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin edilmədən saxlaya bilər. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(103)-7076/2022 saylı qərardadı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Şərh edilənləri və MPM-in 403-1.6, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 2(103)-7076/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar