Məhkəmə qərarları › İş №2(102)-6714/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6714/2019

28.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6714/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1, Digər Cavabdeh3 və onun vəkili X1 iştirakı ilə, İddiaçı İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3149/2019 nömrəli iş üzrə 10 may 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami rayon məhkəməsinin 19 sentyabr 2018-ci il t arixli, 2(007)3220/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı X2 ASC-nin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8020,5 ABş dolları əsas borc, kredit müqaviləsinin müddəti bitən tarixədək hesablanmış 1394,15 ABŞ dolları faiz borcu, kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra 5%-lə hesablanmış 720,45 ABŞ dolları əldən çıxmış fayda, 500 ABŞ dolları cərimə borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 10635,10 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 26,70 manat məbləğində pul vəsaitinin tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Şərafət Məəmmədova sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Namiq Cəfəro v) 10 may 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(007)-3220/2018 saylı qətnaməsi İddiaçı X2 ASCnin xeyrinə 8020,5 ABŞ dolları əsas borc, kredit müqaviləsinin müddəti bitən tarixədək hesablanmış 1394,15 ABŞ dolları faiz borcu, kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra 5%-lə hesablanmış 720,45 ABŞ dolları əldən çıxmış fayda, 500 ABŞ dolları cərimə borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 10635,10 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 26,70 manat məbləğində pul vəsaitinin müştərək qaydada həmçinin Cavabdeh3 tutulması hissəsində ləğv edilmiş, -nin iddia tələbləri Cavabdeh3 aid hissədə rədd edilmiş, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə Cavabdeh1 münasibətdə və onun mübahisələndirdiyi hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı X2 ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində İddiaçı X2 ASC-nin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 05 sentyabr 2014-cli il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 23 faizlə 24 ay müddətinə 12750 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 05 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 09 iyul 2018-dək Cavabdeh1 bank a 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8020,5 ABŞ dolları əsas borc, 2295,11 ABŞ dolları faiz borcu və 1848,42 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 12164,03 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı İKB Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Müqavilə şərtlərinin dəyişdirilməsi zaminin məsuliyyətinin a ğırlaşdıran hal sayıla bilməz. Əksinə kredit müddətinin vaxtının artırılması zaminə daha əlverişli müddətdə öhdəliyin icra etmək üçün şərait yaratmışdır. Məhkəmə bu hala düzgün qiymət verməyərək Cavabdeh3 aid hissədə iddia tələbini rədd etməklə səhv nəticəyə gəlmişdir. Cavabdeh3 və onun vəkili X3 məhkəmənin ünvanına kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tərəflərin izahatları: Cavabdeh3 və onun vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsi z iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı bankın nümayəndəsi və digər Cavabdeh2 Əlibala oğlu gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh3 və onun vəkili X1 izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 may 2019-cu il tarixli qətnaməsi iddiaçının kas sasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki kassasiya baxışının həddlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin Cavabdeh3 münasibətdə rədd edilməsi hissəsinin qanuniliyinin yoxlanılması təşkil edir. Çünki iddiaçı bank verdiyi kassasiya şikayətində yalnız həmin hissəni mübahisələndirir, cavabdehlər isə qətnamədən kassasiya şikayəti verməmişlər. Ona görə də, qətnamənin mübahisələndirilməyən hissələri kassasiya baxışının həddlərin təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı X2 ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə ə sasən bank tərəfindən Cavabdeh1 illik 23 faizlə 24 ay müddətinə 23860 ABŞ dolları kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Adı çəkilən şəxslər Cavabdeh1 bank qarşısında kredit müqavilələri üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etməyəcəyi təqdirdə onunla birgə məsuliyyət daşımaları barədə üzərlərinə öhdəliklər götürmüşlər. Bankla ilə Cavabdeh1 arasında bağlanmış 14 noyabr 2014-cü il tarixli kredit və zamilik müqaviləsinə Əlavədən görünür ki, tərəflər qeyd olunan müqaviləyə dəyişiklik aparılması ilə bağlı razılığa gələrək, kreditin müddəti 24 ay 0 gün, bağlanma tarixi 14.11.2016-cı il, illik faiz dərəcəsi 23% hesab edilir, müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. İddia tələbini Cavabdeh3 münasibətdə rədd edən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında həmin məhkəmə belə nəticəyə gəlmişdir ki, “zamin lik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini a şağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasım təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir; hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarım qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirifməlidir”. İşin hallarından aydın olur ki, iddiaçı bankın istinad etdiyi kredit və zaminlik müqaviləsinə əlavə razılaşma bağlanarkən zamin Cavabdeh3 razılığı alınmamışdır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qəranndakı hüquqi mövqeyə əsaslanmaqla apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh3 həmin müqaviləyə görə zamin qismində məsuliyyət daşıya bilməz, ona görə də, ona münasibətdə iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Proses sual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Hazırki işdə zaminin ra zılığı olmadan kredit müqaviləsinin müddəti artırılmış və bu hal yuxarıda qeyd edilən qərara əsasən zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hal hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 may 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutara q, məhkəmə kollegiyası Qərara alır: İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3149/2019 nömrəli iş üzrə 10 may 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar