Məhkəmə qərarları › İş №2(102)-6715/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6715/2019

30.10.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6715/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli 2(103)6025/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 02 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.V.Abdıyev, iş № 2(005)-2445/2018) İddiaçı cavabdeh Ələsgərova – X1 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehdən maddi zərərin əvəzi kimi 5762 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Mərdanova, E.M.Həsənov və F.F.Babayev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 02 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib cavabdehdən iddiaçının xeyrinə 5762 manat tutulmasına, iddianın qalan hissədə rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: Cavabdeh 21 mart 2018-ci il tarixdə mülkiyyətində olan “Nissan Tiida” markalı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun təl əblərini pozaraq iddiaçıya məxsus avtomobillə toqquşmuş və avtomobilin əzilməsi nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Həmin hərəkətinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunmuşdur. İddiaçı cavabdehin təqsiri üzündən ona 6850 manat məbləğində maddi zərər dəyməsini əsas göstərməklə həmin məbləğin cavabdehdən onun xeyrinə tutulması barədə məhkəmədə iddia qaldırmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh kassasiya şikayəti verərək dəymiş ziyanın miqdarının avtomobilin aşınmasının nəzərə alınmadan avtomobilə baxış keçirilmədən və ekspertizanın keçirilməsində iştirakının təmin olunmadan müəyyən olunmasını və s. ə sas göstərməklə qətnamənin ziyanın məbləğinin müəyyən olunmasına dair hissədə ləğv edilib işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MP M-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, avtomobilin əzilməsi nəticəsində iddiaçıya dəymiş ziyanın miqdarının müəyyən olunması məqsədi ilə ekspertiza keçirilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqatın nəticəsi barədə verilmiş rəylə müəyyən olunmuşdur ki, iddiaçıya dəymiş ziyanın məbləği 5.762 manat təşkil edir. Rəydən görünür ki, dəymiş ziyanın miqdarı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrin köhnəlmə faizi və s. nəzərə alınmaqla müəyyən olunmuşdur. Ekspertiza tədqiqatına təqdim olunmuş materiallar ziyanın miqdarı barədə nəticəyə gəlmək üçün əsas verdiyindən və müəyyən olunmuş ziyanın miqdarını şübhə altına almaq üçün əsaslar olmadığından kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiy ini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun göstərilən normalarına əsasən cavabdeh Ələsgərova – X3 iddiaçıya vurduğu ziyanı tam həcmdə ödəməyə borclu olduğundan, kollegiya hesab edir ki, ziyanın ödənilməsini onun üzərinə qoymaqda məhkəmə haqlı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 21 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar