Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6715/2021 18.11.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Yusifova (Abdullayeva) Təyminə Şamil qızına qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 300.000 ABŞ dolları borcun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli 2(009)-818/20 nömrəli qətnaməsi ilə iddia q ismən təmin edilmiş, İddiaçı ilə Yusifova (Abdullayeva) Təyminə Şamil qızı arasında bağlanmış 16.02.2017-ci il və 18.04.2017-ci il tarixli Kredit Müqavilələrinə əsasən 295.000 ABŞ dolları məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi Yusifova (Abdullayeva) Təyminə Şamil qızından tutulub İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Maraqlı şəxs maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7168/2021 nömrəli 28.07.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 mart 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs həmi n qətnaməsindən kassasiya şikayəti vermişdir. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi qeyd edilsə də, həmin pozuntuların nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi,məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi,maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halların a uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin402, 405 və 407-ci maddələrinintələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin402, 405 və 407-ci maddələrinintələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsin i qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamadan, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.5-ci maddəsinin tələbinə əsasən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.5, 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Maraqlı şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7168/2021 nömrəli 28.07.2021-ci il tarixli qətn aməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.