Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6716/2021 18.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddialar barədə iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas o ğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4952/2021 nömrəli iş üzrə 07 sentyabr 2021-ci il tarixli qərardadından ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı 15000 (on beş min) ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İsayev X1 Loğman Əli oğlu ilə aralarında formal olaraq bağlanmış (baqa bir əqdi pərdələmək məqsədi ilə) 07.01.2015-ci il tarixli uydurma, yalan kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli (hakim G.Abbasova, iş № 2(001)-7106/2019) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiasının təmin edilməsi, Cavabdeh 15.000 (on beş min) ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) pul məbləği tutularaq İddiaçı ödənilməsi, 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumu Cavabde h özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov, iş № 2(103)3523/2020) cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7106/2019 saylı iş üzrə 04 dekabr 2019-cu il tarixli qətnaməsinin qismən – ilkin iddia tələbinin təmin edilməsi (Cavabdeh 15.000 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) pul məbləğinin və 30 manat dövlət rüsumun un tutularaq İddiaçı ödənilməsi) hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 24.02.2021-ci il tarixli qərarı ilə (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), G.Quliyev və İ.Xələfov, iş № 2(102)-499/2021) ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiya sının 2(103)-3523/2020 nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)-4952/2021) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7106/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı Ape llyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən kassasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov, iş № 2(103)-4952/2021) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4952/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kassasiya şikayəti verilmə müddəti buraxılmışdır. Belə ki, ilkin iddia üzrə Cavabdeh qətnamənin surəti göndərilsə də, zərf geri qayıtmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 (103)-4952/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsinin surətini 29 iyun 2021-ci il tarixdə poçt xəbərnaməsinə imza etməklə rəsmi qaydada almış və 30 avqust 2021-ci il tarixdə kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət bitdikdən sonra, yəni 31 avqust 2021-ci il tarixdə poçt şöbəsinə təqdim etmişdir və göstərilən müddəti 1 gün ötürmüşdür. “Müddətin bərpa edilməsi barədə” vəsatət də verilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, ka ssasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət ötürülmədiyindən Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 2(103)4952/2021 saylı qərardadının ləğv edilməsi və kassasiya şikayətinin aidiyyatı üzrə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 405.0.1-ci maddəsinə əs asən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində şikayət verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi apelyasiya ins tansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulduğuna istinad edərək, əsasən bir neçə prosessual hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsini tətbiq etmişdir. Həmin normanın tələbinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə sübutların olmadığı təqdirdə müddətin bərpası istisna olunur. Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan proses sual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4952/2021 nömrəli iş üzrə 07 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6716/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6716/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver