Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-672/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: LPO Kreditor Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Borclu1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-672/21 (Açar sözlər: kreditin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: LPO Kreditor Ləğvedicisi Əmantlərin Sığortalanması Fondunun vəkili Vəkil Məhəbbət oğlu, Cavabdeh: Borclu1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-546/2020 saylı qətnaməsindən iddiaçı LPO Kreditor Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 5.196,24 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 669,74 manat, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5 faiz hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 921,05 manat, cəmi 6.787,03 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi; tutmanın ipoteka predmetinə, yəni cavabdeh Borclu1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağa Nemətulla küçəsində yerləşən 11 saylı binanın 6 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh “X1 Təsərrüfatı” MMC-dən tutulması, satıldığı halda mənzilin bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim F.H.Qasımov) iddia qismən t əmin edilərək, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcuna görə 2.251,51 manat, illik 5 faiz olmaqla hesablanmış faiz borcuna görə 486 manat, cəmi 2.737,51 manat kredit borcunun cavabdeh “X1 Təsərrüfatı” MMC-dən tutulub iddiaçıya ödənilməsi; tutmanın ipoteka predmeti olan cavabdeh Borclu1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağa Nemətulla küçəsində yerləşən 11 saylı binanın 6 saylı mənzilinə yönəldilməsi; mənzilin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməklə açıq hərracdan satılması; satışdan əldə olunan vəsait hesabına “X1 Təsərrüfatı” MMC-nin iddiaçıya olan borcunun ödənilməsi; satıldığı halda mənzilin bir aydan gec olmayaraq boşaldılması və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkə məsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdeh “X1 Təsərrüfatı” MMC kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib və beləliklə də kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsaslar əmələ gəlib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 427.3, 442.1, 739-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin iddianın əsas və faiz borcunun tutulması hissəsində ləğv edilib, həmin hissədə iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Vəkil sədrlik edən və məruzəçi, Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilib və iddiaçı ilə cavabdeh “X1 Təsərrüfatı” MMC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcu 2.299,93 manat məbləğində müəyyən edilib. Apelyasiya baxışının predmeti olan digər hissədə, yəni əsas borca hesablanmış faiz borcunun tutulması barədə iddianın təmin edilməməsi hissəsində qətnamə dəyişdirlmədən saxlanılıb. Eyni zamanda, apelyasiya instansiyası məhkəməsi müəyyən edib ki, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5 faiz olmaqla hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 486 manat pulun cavabdeh “X1 Təsərrüfatı” MMC-dən tutulub iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi; mənzilin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməklə, açıq hərracdan satılması; satışdan əldə olunmuş vəsait hesabına “X1 Təsərrüfatı” MMC-nin iddiaçıya olan borcunun ödənilməsi; satıldıqdan sonra mənzilin bir ay ərzində boşaldılması hissələri hazırki apelyasiya baxışının predmeti olmayıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi əsas borcun məbləğini düzgün müəyyən etməyib, eyni zamanda apelyasiya baxışının predmeti olan digər hissədə, yəni əsas borca hesablanmış faiz borcunun tutulması hissəsində iddianı rədd etməklə düzgün nəticəyə gəlib. Apelyasiya insta nsiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 445.1, 448, 739cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı LPO Kreditor Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh Borclu1 məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh “X1 Təsərrüfatı” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərb aycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsin ə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şi kayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaç ı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı ilə cavabdeh “X1 Təsərrüfatı” MMC arasında xx xxxxxx 2012-ci il tarixdə bağlanmış kredit müqaviləsinə və digər sənədlərə əsasən, iddiaçı tərəfindən cavabdeh “X1 Təsərrüfatı” MMC-nə 36 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 22.500 manat kredit verilib və sonuncu həmin kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyib, aylıq ödənişləri razılaşdırılmış qrafik üzrə tam ödəməyib. Eyni zamanda iddiaçı tər əfindən təqdim edilmiş xx xxxx 2019-cu il tarixli maliyyə arayışına görə, cavabdeh “X1 Təsərrüfatı” MMC-nin sözügedən kredit müqaviləsinin müddətinin bitdiyi tarixə iddiaçıya ödənilməmiş 5.196,24 manat əsas, 669,74 manat faiz borcu vardır. Daha sonra işdən görünür ki, iddiaçı tərəfindən kredit borcunun ödənilməsi barədə cavabdeh “X1 Təsərrüfatı” MMC-nə xəbərdarlıq edilib, lakin bu günədək kredit borcu ödənilməmiş qalıb. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb, yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, sözügedən kredit müqaviləsi üzrə icranı gecikdirmiş borclu “X1 Təsərrüfatı” MMC gecikdirmə nəti cəsində vurduğu zərər üçün iddiaçı qarşısında məsuliyyət daşıyır və öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclu “X1 Təsərrüfatı” MMC-nin icranı gecikdirməsi sayılır. Eyni zamanda borclu “X1 Təsərrüfatı” MMC onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu “X1 Təsərrüfatı” MMC öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəyini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq edib müəyyən etmişdir ki, borclu “X1 Təsərrüfatı” MMC-nin xx xxxxxx 2015-ci il tarixə iddiaçıya olan əsas borcunun məbləği 3.244,30 manat, faiz borcu nun məbləği isə 7.21 manat təşkil edir. Həmin rəydə əlavə olaraq qeyd edilir ki, “X1 Təsərrüfatı” MMC tərəfindən xx xxxxxxxx 2015-ci ildən xx xxxx 2016-cı il tarixədək 1.000 manat ödəniş aparılıb. Lakin ekspert qarşısında borc məbləğinin yalnız xx xxxxxx 2015-ci il tarixə müəyyən edilməsi barədə sual qoyulduğuna görə, borcun hesablanması zaman həmin məbləğ nəzərə alınmayıb. Apelyasiya instansiyası məhkəməsi iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş ekspert rəyini əsas tutub haqlı olaraq qeyd etmişdir ki, hesabdan çıxarış məlumatları, habelə tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla borclu “X1 Təsərrüfatı” MMC-nin xx xxxx 2019-cu il tarixə (iddianın həcminin azaldılması barədə ərizənin verildiyi tarix) müqavilə müddətindən sonra illik 5 faiz hesablanmaqla) iddiaçıya olan borcu 2.645,87 manat, o cümlədən əsas borc üzrə 2.299,93 manat, faiz borcu üzrə 345,95 manat müəyyən olunur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən bu rəyin əsaslılığına dair hər hansı bir şübhə yaranmadığına, bununla bağlı iş üzrə tərəflər məhkəməyə heç bir sübut təqdim etmədiklərinə görə, həmin rəy mötəbər sübut kimi qəbul edilməli və borclu “X1 Təsərrüfatı” MMCnin iddiaçıya olan əsas borcu 2.299,93 manat müəyyən edilməlidir. Apelyasiya instansiyası məhkəməsi eyni zamanda haqlı olaraq qeyd etmişdir ki, borclu “X1 Təsərrüfatı” MMC-nin iddiaçıya faiz borcu yoxdur. Belə olan halda hesab edilməlidir ki, birinci instansiya məhkəməsi borclu “X1 Təsərrüfatı” MMC-nin iddiaçıya faiz borc unun olmaması barədə iş üzrə düzgün nəticəyə gəlsə də, borclu “X1 Təsərrüfatı” MMC-nin iddiaçıya olan əsas borcunun məbləğini düzgün müəyyən etməyib. xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə borclu “X1 Təsərrüfatı” MMC-dən iddiaçının xeyrinə tutulacaq əsas borc 2.251,51 manat deyil, 2.299,93 manat məbləğində müəyyən edilməli və borclu “X1 Təsərrüfatı” MMC-dən iddiaçının xeyrinə sözügedən kredit müqaviləsi üzrə əsas borca görə 2.299,93 manat pul tutulmalıdır. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara d üzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlillərin təkrar araşdırılmasına lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı LPO Kreditor Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)546/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-672/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-672/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver