Məhkəmə qərarları › İş №2(102)-673/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-673/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-673/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4307/2023 nömrəli iş üzrə 05 dekabr 2023-cü il tarixli qərardadından İddiaçı QSC BOKT tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı iddia qaldıraraq, sonuncudan əsas borc üzrə 4578,93 manat, faiz borcu üzrə 2890,97 manat olmaqla, ümumilikdə 7496,90 manat kredit borcunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan “**-BC-***” qeydiyyat nişanlı, “Nissan X Trail” minik markalı avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaiti kifayət etmədikdə qalan borcun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2023-cü tarixli, 2(001)1003/2023 nömrəli qətnaməsi ilə (hakim G.Abbaso va) iddia rədd olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2(103)- 4307/2023 nömrəli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Qətnamənin surəti 24 iyul 2023-cü il tarixdə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir.

5. İddiaçı (vəkili Vəkil) tərəfindən xx.xx.2023-cü il tarixdə qətnamədən kassasiya şikayəti və “kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bər pa edilməsi barədə” ərizə ilə apelyasiya instansiya məhkəməsinə müraciət edilmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə iddiaçı tərəfindən rəsmi qaydada xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə əldə edilmişdir. Qətnamənin portala yerləşdirilməsi barədə nəzərdə tutulmuş qaydada iddiaçıya heç bir məlumat verilməmişdir.

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə əlavə olaraq bildirmişdir ki, iş yükünün çox olması səbəbindən elektron kabinetə yerləşdirilən qətnamədən vaxtında şikayət verə bilmədiklərini bildirmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 dekabr 2023-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin olunmamış, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmı şdır.

9. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı qətnamənin iddiaçı tərəfindən alındığı 24 iyul 2023-cü il tarixdən başlamış və şikayət qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət üzrsüz səbəbdən ötürülməklə verilmişdir.

10. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 135.5, 135.6 405 və 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı (Vəkil) apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin olunmasını və qətnamədən verilmiş kassasiya şikayətin in mümkün hesab edilərək, icraata qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti prosessual müddətin bərpası barədə ərizə ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin həm elektron kabinetdə yerləşdirilməsi barədə iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməməsi səbəbindən, həm də, iddiaçıya məxsus olan asan imzada (elektron imzada) yaranmış texniki problemlərə görə elektron sistemdən istifadə edilməsində çətinliklər yaranmışdır, bu səbəbdən də iddiaçı vaxtında həmin qətnamə elektron məhkəmə sisteminin şəxsi kabinetindən qətnaməni əldə edə bilməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən həmin qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə məlumatın oxunma vaxtı barədə tarix qeyd edilir. Həmin qətnamə elektron kabinetində iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə oxunmuşdur. Belə olan halda iddiaçıya həmin qətnamə 18 iyul 2023-cü il tarixdə yox, 24 oktyabr 2023-cü il tarixdə təqdim edilməsi kimi qeyd edilir. Bütün qeydlər elektron məhkəmədə aparıldığı üçün əlavə sübutların təqdim edilməsini zəruri hesab etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sə nədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

15. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

16. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

17. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

18. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt h aqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

19. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

20. Maddə 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektr on kabinetlərində yerləşdirilməsini təmin edir.

21. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

22. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tu tulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad dilməsikassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanı ldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

27. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

28. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğunu, buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi iddiaçının bu də lilləri ilə razılaşmır.

29. Belə ki, Azərbaycan Respublikası MPM-in 405-ci maddəsinə görə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan normanın tələblərinin əsas tutub qeyd etmişdir ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 iyul 2023-cü il tarixli qətnaməsinin surəti iddiaçının “Elektron məhkəmə informasiya sistemində” yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir.

31. MPM-nin 135.5-ci maddəsinə görə Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

32. Həmin Məcəlləni n 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

33. Qeyd olunanlara əsasən MPM-in 405-ci maddəsinin tələbinə görə bu qətnamədən kassasiya şikayətinin verilməsi üçün müddətin axımı, qətnamənin təqdim edildiyi tarixdən başlanmışdır.

34. Göründüyü kimi iddiaçı tərəfdən kassasiya şikayəti prosessual müddət bitdikdən sonra verilmişdir.

35. Prosessual müddətin üzrlü səbəbdən buraxılması müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizə təmin edilə bilməz və iddiaçı tərəfdən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.

36. Belə ki, MPM-nin 408.1.4-cü maddəsinin mənasına görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddət bərpa edilməmişsə kassasiya şikayəti qaytarılmalıdır.

37. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan prosessual müddətin bərpası barədə ərizəsinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə g əlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı İddiaçı QSC BOKT-ın kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 dekabr 2023-cü il tarixli, 2(103)-4307/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar