Məhkəmə qərarları › İş №2(102)-6730/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6730/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6730/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-6730/21 Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X1, Cavabdeh3 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı kredit borcun un tutulması barədə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5544/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 16 dekabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən (bundan sonra – iddiaçı və ya Bank, hal-hazırda ləğv prosesindədir) tərəfindən Cavabdeh3 (bundan sonra – borcalan) illik 20 %-lə 48 ay müddətinə 17100 ABŞ dolları məbləğində kredit verilmişdir. 16 dekabr 2014-cü il tarixli 280009834/ZM saylı zaminlik müqaviləsinə əsasən borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – zaminlər) ilə bank ar asında zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı borcalan və zaminlərə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcalan və zaminlərdən müştərək qaydada bankın xeyrinə 12938,50 ABŞ dolları əsas, 5034,84 ABŞ dolları faiz, 3191,50 ABŞ dolları məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 29 iyul 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 401,40 ABŞ dolları borc olmaqla, cəmi 21566,24 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. Xəbərdarlıq edilməsinə baxmayaraq b orcalan və zaminlər borcu ödəməkdən boyun qaçırırlar. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən borcalan izahatında bildirmişdir ki, o həqiqətən də bankdan 17100 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcunu vaxtlı vaxtında ödəyib. Sonradan bank bağlanıb və o ödənişləri edə bilməyib. Beləliklə də, borcun cərimə və faiz hissəsi artıb. O, bu günə kimi 18000 ABŞ dollarına yaxın pul ödənişi etmişdir. Borc onun günahından şişməyib, bu baxımdan ona köməklik göstərilməsini xahiş edir. X2 veteranıdır. İddianın qismən təmin edilməsini xahiş edir. Zamin – Cavabdeh1 izahatında bildirmişdir ki, ödənilən vəsait borcdan çıxılmalıdır və qalan hissə borcalan tərəfindən ödənilməlidir. Məhkəmə tərəfindən tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkə zinin 11.03.2020-ci il tarixli 1493 nömrəli rəyinə əsasən iş materiallarında olan ödəniş özündə əks etdirən hesabdan çıxarış məlumatları, 16.12.2014cü il tarixli ********* nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, borcalannın 16.12.2018-ci il tarixə Banka cəmi 18390,94 ABŞ dolları borcu vardır. Bundan 13776,81 ABŞ dolları əsas borc, 4614,13 ABŞ dolları faiz borcudur. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-116/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, əsas borc kimi 12938,50 ABŞ dollarının, faiz borcu kimi 4614 ABŞ dolları, cərimə borcu kimi 100 ABŞ dollarının, kredit müqaviləsinin müddəti bitdiyi tarixdən 29.07.2019-cu il tarixədək borcun qaytarılmasının gecikdirilmə sinə görə illik 5 faizlə hesablanmış borc kimi 401,40 ABŞ dollarının, cəmi 18054,03 ABŞ dolları məbləğində pulun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın borcalan və zaminlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Digər cavabdehlər də zaminlik vəzifələrini yerinə yetirməmişlər. Ona görə də, əsas borc və faiz borcu hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə əsas borcu iddiaçının tələb etdiyi məbləğdə tutmuş, faiz borcu hissədə ekspert rəyini nəzərə almışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mül ki Məcəllə) 467-ci maddəsinə istinad edərək tələb edilən 3191.50 ABŞ dolları dəbbə pulunu tənasübsüz surətdə yüksək hesab edərək 100 ABŞ dolları məbləğində müəyyən etmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 448.1, 467, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin faiz və cərimə borcuna aid hissədə ləğv edilməsini və bankın iddiasının tam təmin olunmasını xahiş etmişdir. Borcalan apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul olunaraq əsas borc kimi 12938,50 ABŞ dolları tutulmasını, iddianın qalan hissədə rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məh kəməsi) 2(103)-5544/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), X.Sarıyev və E.Mehdiyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, borcalanın apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsinin müddəti bitdikdən sonra illik beş faizlə hesablanmış borc kimi 401,40 ABŞ dolları məbləğində pulun tutulması hissəsində ləğv edilmiş, həmin tələb rədd edilmiş, qətnamə tutulmalı olan ümumi borcun məbləğinə aid hissədə dəyişdirilmiş, ümumi borcun məbləği 17652,63 ABŞ dolları müəyyən edilmiş, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim edilmiş sübutlardan, o cümlədən mühasibat ekspertiza sının rəyindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə borcalanın bankın qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş əsas, faiz və cərimə borcu vardır. Məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi əsas, faiz və cərimə borcu kimi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, bu hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Eyni zamanda məhkəmə hesab etmişdir ki, kredit müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış faiz borcu kimi 401,40 ABŞ dolları məbləğində pulun tutulması barədə tələbə aid hissədə qətnamə ləğv edilməli və həmin tələb rədd olunmalıdır. Məhkəmə qeyd etmişdir ki, kredit müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələb rədd edildiyinə görə qətnamə tutulmalı olan ümumi borcun məbləğinə aid hissədə dəyişdirilməlidir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 425, 427, 439, 445.7, 448, 462.1, 464.1, 739-cu maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh3 (Vəkil) qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinə görə, bank ABŞ dolları ilə krediti çox yüksək faizlə verməklə 1 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllə nin 16-cı və 560-cı maddələrini kobud surətdə pozaraq hüquqdan sui-istifadə etmişdir. O, X2 veteranıdır və maddi vəziyyəti çətin olduğuna görə borcu ödəməkdə çətinlik çəkmişdir. Lakin bu faktlar məhkəmə tərəfindən lazımınca araşdırılıb qiymətləndirilməmişdir. Halbuki, Mülki Məcəllənin 556-cı maddəsinə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Borcalan məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə zaminlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə zaminlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası mə hkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız borcalan kassasiya şikayəti verdiyindən, habelə apellyasiya instansiyası məhkəməsi borcalanın şikayəti əsasında birinci instansiyası məhkəməsinin qətnaməsini faizlər və cərimə borcunun təmin edilmiş hissəsində yoxladığından hazırkı kassasiya şikayəti əsasın da apellyasiya instansiyası məhkəməsinin qətnaməsi faiz və cərimə borcunun Cavabdeh3 tutulması hissəsində yoxlanılmır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (m addə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri açıq-aşkar əsaslandırılmamışdır, iddiaya etirazda və apellyasiya şikayətində onlara istinad olunmamışdır. Həmin dəlillər əsasən işin faktiki hallarının aydınlaşdırılması ilə bağlı olduğundan hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma ap arılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5544/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh3 qarşı faiz və cərimə tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar