Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6735/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: ziyanın ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7212/2021 nömrəli iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul et di. İşin halları: İddiaçı ilə Cavabdeh arasında avtomobilin alqı-satqısına dair 20 iyul 2017-ci il tarixdə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 2014-cü il buraxılışı “X2” markalı avtomobil Cavabdeh tərəfindən 19.500 ABŞ dollarına İddiaçı satılmışdır. İddiaçı 09 avqust 2019-cu il tarixdə həmin avtomobillə Gürcüstan Respublikasının Bolnisi rayonuna gedərkən X3 X1 Respublikasına aid hissəsində polis əməkdaşları tərəfindən saxlanılmış və avtomobilin 2014-cü ildə Rusiya Federasiyasının İrkutsk şəhərində oğurlanmaqla 2015-ci ildən Rusiya Federasiyasının hüquq mühafizə orqanları tərəfindən axtarışa verildiyi bildirilməklə avtomobil ondan alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin noyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh bilə-bilə axtarışda olan avtomobili satmaqla ona maddi və mənəvi ziyan vurmasını əsas göstərməklə Cavabdeh onun xeyrinə maddi ziyana görə 19.500 ABŞ dolları, mənəvi ziyana görə isə 5000 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-593/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim: İ.N.Abbasova) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5421/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qətnaməsi i lə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-593/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 19.500 ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə Cavabdeh avtomobili qanuni əsaslarla bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etməklə onun oğurluq olmaqla axtarışda olması barədə heç bir məlumatının olmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi, iddianın rədd edilmə si və yaxud işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2335/2021 saylı, 25 may 2021-ci il tarixli qərarı ilə (hakimlər – Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi), Ə.G.Nurməmmədov və V.T.Həsənov) kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli, 2(103)-5421/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7212/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə. Kərimli və E.C.Kazımov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmi n edilməsini xahiş etmişlər. Cavabdehin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2) Maddə 572.1 Alıcının üçüncü şəxslərin hüquqlar ı ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Maddə 573.1 Alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaf iq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin olunmasına dair qərar qəbul edilməsi tələb olunduğundan, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 avqust 2021-ci il tarixli qə tnaməsinin ləğv edilib iddianın qismən təmin olunmasına dair qərar qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsini əsaslı sayarkən avtomobilin alqı-satqısına dair müqavilənin bağlanması zamanı cavabdehin hərəkətlərində hər hansı qanun pozuntusuna yol verilməməsini, müqaviləyə əsasən üzərinə düşən vəzifəni yerinə yetirərək avtomobili iddiaçıya təhvil verməsini, avtomobilin üzərinə həbs qoyulması və axtarışda olması barədə məhkəməyə hər hansı bir sübutun təqdim olunmamasını əsas göstərmişdir. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi əsaslar iddianın rədd edilməsi üçün əsas verməmişdir. İş üzrə mübahisəsiz müəyyən olunmuşdur k i, cavabdeh tərəfindən iddiaçıya satılmış avtomobil axtarışda olduğu üçün iddiaçıdan alınmış, nəticədə iddiaçıya avtomobilə görə ödədiyi məbləğ həcmində maddi ziyan dəymişdir. İşdən görünür ki, cavabdehin özü də həmin halların mövcudluğunu inkar etmir və yalnız həmin hallardan xəbərsiz olmasını əsas göstərərək dəymiş ziyanın ondan tələb edilməsi ilə razılaşmır. Belə olduqda avtomobilin üzərinə həbs qoyulması və axtarışda olması barədə iddiaçı tərəfindən sübutların təqdim olunmamasına dair apellyasiya instansiyası məhkəməsinin dəlili əsaslı sayıla bilməz. Tərəflər arasında mübahisə yaradan məsələ dəymiş ziyana görə məsuliyyətin kimin üzərinə qoyulması ilə bağlıdır. Müəyyən olunmuşdur ki, avtomobilin cavabdehə satılması qanunsuz olmuşdur. Çünki avtomobil ona satılarkən artıq axtarışda olmuşd ur. Avtomobil cavabdeh tərəfindən Gürcüstan Respublikasında alınarkən avtomobilin həqiqətən də onu cavabdehə satmış şəxsə məxsus olması və avtomobilin satışı üçün zəruri olan digər məlumatlar aydınlaşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxm ış fayda) başa düşülür. (21.2) Kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya avtomobilin satılması ilə əlaqədar avtomobilə görə ödədiyi pul vəsaiti həcmində ziyan dəymişdir. Avtomobilin axtarışda olmasından xəbərsiz olması barədə cavabdehin göstərdikləri, kollegiyaya görə, onu maddi məsuliyyətdən azad etmir. İddiaçı ona dəymiş ziyanı avtomobili satan şəxs olaraq ondan tələb etdiyi kimi, cavabdeh də avtomobili qanunsuz yolla ona satan şəxsdən dəymiş ziyanın ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Müəyyən olunduğu kimi cavabdeh iddiaçıya başqası nın hüquqlarından azad əşya verməmişdir. Göstərilən vəziyyətdə iddiaçı aldığı avtomobildən məhrum olmaqla ona maddi ziyan dəydiyindən o, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya iddianı maddi ziyanın ödənilməsi tələbinə dair hissədə əsaslı sayır və hesab edir ki, iddia həmin hissədə təmin olunmalıdır. Mənəvi ziyanın ödənilməsi tələbinə dair hissədə iddiaçı tələbinin əsaslı olmasını sübuta yetirə bilmədiyindən, kollegiya hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7212/2021 nömrəli iş üzrə 1 1 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən - maddi ziyanın ödənilməsi tələbinə dair hissədə təmin edilsin. Cavabdeh dəymiş ziyanın əvəzi olaraq İddiaçı xeyrinə 19.500 ABŞ dolları ödəniş gününə müəyyən olunmuş rəsmi məzənnəyə uyğun olaraq manatla və 30 manat dövlət rüsumu tutulsun. Mənəvi ziyanın ödənilməsi tələbinə dair hissədə iddia təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6735/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6735/2021
24.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver