Məhkəmə qərarları › İş №2(102)-674/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-674/2020

07.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-674/2020 07.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməklə DƏDRX tərəfindən verilmiş mülkiyyət hüququnu təsdiqinə dair çıxarışların ləğv edilməsi, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə istifadə hüquq unun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.M əмmədov ) İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı və onun azyaşlı qızı xx.xx.2017-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə istifadə hüquqları tanınmış və onların həmin mənzilə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Abbasov, hakimlər A.Abbasov və T.Məmmədov) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, cavabde hlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mirzəməmməd oğlunun və Cavabdeh5 apellyasiya şikayətlərinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin qismən, İddiaçı və onun azyaşlı qızı xx.xx.2017-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülməsi hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instans iyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 2 saylı Ərazi İdarəsindən Cavabdeh1 adına xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmiş çıxarışın ləğv edilməsi, Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-4239 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında cavabdehlərdən Cavabdeh2 adına xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmiş çıxarışın ləğv edilməsi, onun və azyaşlı qızı xx.xx.2017-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə istifadə hüquqlarının tanınması və onun və azyaşlı qızı xx.xx.2017-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə İddiaçı xx.xx.2015-ci ildə cavabdehlərdən Cavabdeh5 Mirzəməmməd oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından xx. xx.2017-ci il təvəllüdlü X4 adlı bir övladları doğulmuşdur. O, ailə həyatı qurduqdan sonra, yəni xx.xx.2015-ci ildə ünvan 1 ünvanında yerləşən dövlət mənzil fonduna aid 34 saylı mənzilə gəlin köçmüş və bütün cehiz əmlaklarını da həmin mənzilə yerləşdirmişdir. Həmin mənzil xx.xx.2015-ci il tarixində Cavabdeh1 mülkiyyətinə keçmiş və ona dövlət reyestrindən çıxarış verilmişdir. Özəlləşdirmə zamanı iddiaçı mənzildə qeydiyyatda olmadığından onun razılığı alınmamışdır. xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə həmin mənzili bacısı Cavabdeh2 bağışlamış və mənzil üzərində sonuncunun mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Hal-hazırda mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. Həmçinin o da mübah isə olunmur ki, 2019-cu ildə Cavabdeh5 İddiaçı qarşı nikahın pozulması tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmə qətnaməsi ilə aralarında olan rəsmi nikah pozulmuşdur. Eyni zamanda işin mübahisə olunmayan hallarından görünür ki, cavabdehlər ünvan 1 ünvanında yerləşən 34 saylı mənzildə qeydiyyatdadırlar. İddiaçı bildirir ki, o, xx.xx.2015-ci ildə cavabdehlərdən Cavabdeh5 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X4 adlı bir övladları doğulmuşdur. O, ailə həyatı qurduqdan sonra yəni, xx.xx.2015-ci ildə ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə gəlin köçmüş və bütün cehiz əmlaklarını da həmin mənzilə yerləşdirmişdir. O, həmin mənzilə gəlin köçərkən mənzil dövlət mənzil fonduna aid olmuş və özəlləşdirilməmişdir. xx.xx.2015-ci ildə cavabdehlərdən Cavabdeh1 həmin mənzili öz adına özəlləşdirmiş və sonrada onu hazırkı iş üzrə Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 Cavabdeh1 doğma bacısıdır. 2018-ci ildə ailələrində söz-söhbət olduğundan Cavabdeh1 mənzili bacısına bağışlamışdır ki, onun həmin mənzilə dair hüquqarına maneəçilik törətsin. Belə ki, o, 2018-ci ildə aliment tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. Bundan sonra cavabdehlərdən Cavabdeh1 belə bir yola əl ataraq mənzili bacısına bağışlamışdır. Həmçinin 2019- cu ildə həyat yoldaşı ona qarşı nikahın pozulması tələbin dair Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmə qətnaməsi ilə aralarında olan rəsmi nikah pozulmuşdur. Cavabdehlər onu ailə üzvü kimi qəbul etmiş və o, mənzilə onların razılığı əsa sında köçürülməklə birgə təsərrüfat idarə etmiş, hal-hazırda da bütün cehiz əmlakları da həmin mənzildə olmuşdur. Cavabdeh1 mənzili formal olaraq bacısına bağışlamışdır. Hal-hazırda həmin mənzildə Cavabdeh1 ailə üzvləri yaşayır. Cavabdeh1 qız bildirir ki, iddiaçı onun keçmiş gəlinidir. Xasiyyətləri uyğun gəlməsə də onu evdən qovmamışlar. 2 ayın gəlini olmuş, özü evi tərk edib getmişdir. Mənzili isə bacısı ilə birgə Kimya Zavodunda işləyərkən birgə almışlar. Hazırda İddiaçı onlarla yaşaması qeyri mümkündür. Mənzildə özü, bacısı, 3 oğlu yaşayır. Otaqlar kicik, darısqaldır. İddiaçı onlarla bir ailə olduğu vaxt (baxmayaraq bu çox az müddət, cəmi 2 ay olub) çox çətinliklə də olsa birtəhər yaşamışlar, lakin hazırda o ailənin üzvü deyil, hansı otaqda, kiminlə yaşayacaq, Elvindən boşanıb, digər 2 oğlu var, evlidirlər, onun onlarla bir yerdə yaşaması sanitar-texniki baxımdan da qeyr-mümkündür. Cavabdeh5 bildirir ki, iddiaçı onun keçmiş həyat yoldaşıdır. İlk vaxtlardan xasiyyətləri uyğun gəlməsə də o evdən qovulmamışdır. Onunla bir evdə yaşamaq isə cöx təhlükəli olub. İddiaçının psixoloji problemi var. Əgər ailəsinin təhlükəsiz yaşamasına təminat verəcəksə gəlib yaşasın. Lakin 3 darısqal otaqdan ibarət mənzildə onların bir yerdə yaşaması mümkünsüzdür. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı himayəsində olan xx xxxx 200 7-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsinin, xx.xx.2015-ci il tarixli çıxarışın ləğv edilməsinin, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməməsi hissəsində qanuni və əsaslı olsa da İddiaçı himayəsində olan xx xxxx 2007-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə köçürülməsinin rədd edilməsi hissəsində qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı o lmalıdır. “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” xx xxxxxx 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin qanunun 3-cü maddəsinə əsasən, Dövlət Mənzil Fonduna məxsus mənzillərin özəlləşdirilməsi tam könüllülüyə əsaslanır. Həmin qanunun 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu mad dəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İstinad olunan qanunun 9-cü maddəsinə görə isə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi əsasında həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir. Həmin qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Yuxarıda qeyd olunan hüquq normalarından da görünür ki, Dövlət Mənzil Fonduna məxsus mə nzillərin özəlləşdirilməsi həmin mənzilin kirayəçisinin könüllü olaraq təşəbbüsü əsasında onun və ya onunla birlikdə həmin mənzildə faktiki yaşayan və kirayə müqaviləsində göstərilmiş ailə üzvlərinin birinin və ya bir neçəsinin və yaxud hamısının mülkiyyətinə verilə bilər. İş materiallarından göründüyü kimi iddiaçı özəlləşdirmə zamanı mübahisəli mənzildə yaşasa da, adı kirayə müqaviləsində göstərilmədiyindən mənzilin özəlləşdirilməsində iştirak hüququna malik şəxs olmamışdır. Bu səbəbdən mənzil özəlləşdirilərkən onun razılığının alınması tələb olunmur. Belə olan halda isə, məhkəmə kollegiyası hesab edir ki, istinad olunan maddi hüquq normalarının tələbləri pozulmadığından mübahisəli mənzilin onun əsas kirayəçisi tərəfindən özəlləşdirilməsinin etibarsızlığından söhbət gedə bilməz. Cavabde h1 yaşadığı mənzili özəlləşdirmək hüququnu daha öncə qeyd olunan qanun əsasında əldə etmiş və bu hüququndan istifadə edərək həmin mənzili mülkiyyətinə keçirmişdir. İşdən həmçinin göründüyü kimi iddiaçı mübahisə predmeti olan mənzilin bağışlanmasının etibarsızlığını da tələb edir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbu l edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Yuxarıdakı normaların tələblərindən görünür ki, mülkiyyətçi özgəninkiləşdirilməsi məhdudlaşdırılmayan daşınmaz əmlakını notariat qaydasında təsdiqlənən müqavilə bağlamaqla digər şəxsə bağışlaya bilər və onun tərəfindən əmlakın qəbul edilməsi ilə bağışlama müqaviləsi bağlanmış sayılır. Eyni zamanda bağışlama hədiyyə alan tərəfindən heç bir cavab x idməti ilə şərtləndirilmir. İstinad olunan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən bağışlama müqaviləsi bağışlayanın mülkiyyət hüququ əsasında ona məxsus mövcud olmuş əmlak barəsində müstəqil iradə ifadəsi əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır və hər hansı hüquq pozucu hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin raz ılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə s əbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İşin tədqiq olunan faktiki hallarından görünür ki, tərəflər arasında mübahisələndirilən bağışlanma müqaviləsi bağlanarkən Mülki Məcəllədə əksini tapmış həmin əqdin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmamışdır. Daha öncə qeyd olunduğu kimi Cavabdeh1 ona mülkiyyət əsasında məxsus mənzili bacısı Cavabdeh2 bağışlamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin şərh olunan hissədə iddia tələbinin rədd olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası bu hissədə iddiaçının kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və kassasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. İddiaçının mənzilə istifadə hüquqlarının tanınması və mənzilə köçürülmə ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə iş üzrə düzgün nəticəyə gəlməmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı xx.xx.2015-ci ildə Cavabdeh3 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, həmin tarixdə Cavabdeh1 icazəsi ilə mübahisəli mənzilə cehiz əmlaklarını yerləşdirməklə köçmüş və həmin mənzildə onunla birgə təsərrüfat aparmaqla yaşamışdır. Ona görə də tərəflər arasında hüquq münasibətləri xx.xx.2015-ci ildə yarandığından hazırkı, mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin sosial kirayə müqaviləsi ilə tənzimlənən münasibətlərə dair normalarının müddəaları tətbiq e dilməlidir. Çünki iddiaçının mənzilə gəlin köçdüyü vaxt həmin mənzil dövlət mənzil fonduna, yəni sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinə aid idi. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar.Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi İddiaçı himayəsində yaşayan xx xxxx 2007-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə köçürülməsinin rədd edilməsihissədə maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsiİddiaçı himayəsində yaşayan xx xxxx 2007-c i il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə köçürülməsinin rədd edilməsi hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar