Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-674/2022 28.01.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6600/2021 nömrəli, 07.09.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə 4.919,15 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməs i barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.02.201910.06.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə”dair Aktın etibarsız hesab edilməsi və onun əmək haqqından qanunsuz tutulmuş 1126 (bir min yüz iyirmi altı) manat pulun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-404/2020 nömrəli, 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia iddia tələbinin təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun İddiaçı MMC-dən tutulması, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı MMC-dən 1.126 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin olunması qət edilmişdir. İddiaçı MMC apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6600/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(005)-404/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(103)-6600/2021 nömrəli qətnaməsinin ləğv edib, təkrar baxışa göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçı tərəfindən mübahisələndirildiyi hissədə həm ilk, həm də qarşılıqlı iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kom mersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmayan iddianın qiyməti 4919,15 manat, təmin edilən qarşılıqlı iddia isə 1.126manat təşkil etmişdir. İddiaçı da müstəqil iddialar olan həmin tələblər üzrə məbləği hazırki kassasiya şikayətində mübahisələndirmişdir. Belə olan halda, hər iki iddia üzrə qətnamənin mübahisələndirilən hissəsində iddiaların qiyməti beş min manatdan aşağı olduğundan ondan kassasiya şikayəti verilə bilməz. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, ha belə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsində həmin qətnamədən kassasiya şikayəti verilməsinin mümkünlüyü ilə bağlı izahı qətnamə qəbul edildiyi dövr üçün mülki prosessual qanunvericiliyinə uyğun olmuşdur. Lakin cavabdeh tərəfindən kassasiya şikayəti verildiyi dövrdə artıq Mülki Prosessual Məcəllənin 402-ci maddəsinin yeni redaksiyası qüvvəyə minmişdir. Mülki Prosessual Məcəllənin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Qeyd olunanlara əsasən, kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən az olduğu üçü n icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 402.1, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6600/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-674/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-674/2022
28.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver