Məhkəmə qərarları › İş №2(102)-6743/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6743/2021

18.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6743/2021 18.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh X5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6428/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Paylayıcı “Azəriqaz” İstehsalat Biriliyi ilə istehlakçı X7 arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 09.12.2013-cü il tarixli 93 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. Abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00400 sayla qeydiyyata alınmış abonent koduna 8105.76 manat borc hesablanmışdır. Təbii q azdan istifadə qaydalarının pozulması haqqında aktların təsdiq edilmiş surətlərindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. Həmin aktlar 12.02.2016-cı il tarixdə 2160 manat, 08.03.2017-ci il tarixdə 960 manat, 14.03.2019cu il tarixdə 1440 manat, 30.04.2019-cu il tarixdə 288 manat, 29.11.2019-cu il tarixdə 480 manat, 30.01.2020-ci il tarixdə 1152 manat, 28.02.2020-ci il tarixdə 576 manat, cəmi 7056 manat məbləğində “Azəriqaz” İstehsalat Birliyinə ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi cavabdeh X5 qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 8105.76 manat məbləğində zərərin, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 8135.76 manatın “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X7 “Azəriqaz" İB ilə 09.12.2013-cü il tarixli 93 nömrəli müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00400 hesab nömrəsi verilmişdir. Cavabdeh X1 kənar qaz xətti vasitəsilə, təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Təbii qazdan qeyri-qanuni istifadə halı ilə bağlı olaraq, "Azəriqaz" İB-nin nümayəndələri tərəfindən bir neçə dəfə akt tərtib edilmişdir. Həmin aktlara əsasən cavabdehin ümu mi borcu 8105.76 manat təşkil edir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Bəhrəmzadə, iş № 2(003)-389/2021) iddia qismən təmin edilərək, cavabdeh X3 vurulmuş maddi ziyanın əvəzi olan 1440 manat, istifadə edilmiş təbii qaza görə ödənilməyən 1049.76 manat və 15 manat məbləğində dövlət rüsumu, cəmi 2504.76 (iki min beş yüz dörd manat yetmiş altı qəpik) manat tutularaq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında cavabdeh X4 itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Həmin aktlar tamamilə formal tərtib edilmiş, həmin ünvanda yaşayan hər hansı bir şəxsin iştirakı təmin edilmədən tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Q azdan istifadə Qaydaları»nın tələblərinə əsasən akt iki nüsxədən ibarət olmaqla tərtib edilməli və bir nüsxəsi barəsində akt tərtib edilən tərəfə təqdim edilməlidir. Bundan əlavə, həmin aktlar tərtib edilərək abonentin iştirakı təmin edilmədiyindən, evə də baxış keçirilməmiş və qaz sayğacına kənar müdaxilə olduğu halda belə evdə olan qazla işləyən avadanlıqların siyahısı da düzgün tərtib edilməmiş müxtəlif aktlarda müxtəlif avadanlıqlar yazmaqla hansı səbəbdən aktda tərtib edilmiş günə və sərfiyyata uyğun hesablama aparmalarını iddialarında da əsaslandırmamışlar. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onu nla əsaslandırılmışdır ki, itirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 8105,76 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov, iş № 2(103)-6428/2021) iddiaçı “Azəriqaz” İB-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin sa yğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin qənaətinə görə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin özünün davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Şübhəsizdir ki, göstərilən şəxslərin davranışlarının dəymiş zərərin yaranmasına və artmasına göstərdikləri təsirə mütənasib olaraq dəymiş zərərin həcmi azaldılmalıdır. Məlumdur ki, zərərin yaranmasının əsasında digər şəxsin təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. Lakin bir sıra hallarda zərərin yaranmasının və ya onun artmasının əsasında zərərçəkənin özünün təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. Buna görə də zərərin əvəzinin ödənilməli həcmi müəyyən edilərkən zərərçəkənin davranışının həmin zərərin yaranmasına və ya artmasına hansı həcmdə təsir göstərdiyi mütləq nəzərə alınmalıdır. Bi rinci instansiya məhkəməsi hazırkı iş üzrə vurulmuş ziyanın həcmini müəyyən edərkən məhz bu halları da nəzərə almışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı “Azəriqaz” İstehsalat Birliyi (vəkil X6) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6428/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin olunmayan (mübahisələndirilən) hissəsində ləğv edilməsi və mülki işin iddia tələbinin təmin olunmayan hissəsində yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə tərəflər arasında yaranmış mübahisəni tənzimləyən maddi və prosessual hüquq normaları pozulmuş, ümumiyyətlə tətbiq edilməmiş və ya hüququn tətbiqində səhvə yol verilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, cavabdeh tərəf izahatında yalnız 2018-ci il tarixdə qaz xəttinə qoşulma olduğunu və həmin tarixdə barəsində tərtib edilmiş 1 akt üzrə hesablanmış borcu (1440 manatı) etiraf etmişdir. Cavabdeh şəxs qaz xəttinə yalnız 2018-ci il tarixdə qanunsuz qoşulduğunu etiraf etməklə əslində iş üzrə həqiqi halları məhkəmədən gizlətmək məqsədi güdmüş, məhkəməni aldatmış, məhkəmə isə həmin etirafı qəbul edərək iddia tələbini təbii qazdan qanunsuz istifadə ilə bağlı hi ssədə yalnız 2018-ci il dövrü üzrə əsaslı hesab etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş digər sübutlarla (aktlar, abonent saldosu) cavabdeh tərəfin qaz xəttinə həqiqətən də etiraf etdiyi kimi yalnız 2018-ci ildə qanunsuz qoşulub-qoşulmadığını müəyyən etməli olduğu halda bunu etməmişdir. MPM-nin 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Məhkəmənin qətnaməsinin 3-cü vərəqinin 1-ci abzasında qeyd edilir ki, zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliy in tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. İddia ərizəsinə qoşma sənədlər qismində əlavə olunmuş, habelə kassasiya şikayətinə də əlavə edilmiş 02/2016-cı il tarixli 080314 nömrəli və 03/2017–ci il tarixli ******* nömrəli aktların surətindən görünür ki, həmin aktlar cavabdeh Tahir Paşayev tərəfindən imzalanmış və cavabdehin ona məxsus istixanada təbii qazdan sayğacdan kənar əlavə qaz xətti (kənar şlanq birləşməsi) istifadə etməsi halı onun tərəfindən qəbul edilib imzalanmaqla öz təsdiqini tapmışdır. Aktlarla müəyyən olunur ki, həmin aktların mötəbərliyi, həqiqiliyi və əsaslılığını cavabdeh Tahir Paşayev özün ə məxsus imzalarla təsdiq etməklə qəbul etmiş, iddiaçı tərəflə razılaşdırmışdır. Məhkəmə isə həmin aktları sübut qismində ətraflı tədqiq etməmiş, aktlara hüquqi qiymət verməmişdir. Cavabdehin adına qeydiyyata alınmış və iş üçün əhəmiyyətli hallar barədə məlumat verən mexaniki tipli qaz sayğacı üzrə abonent saldosundan da göründüyü kimi cavabdeh Tahir Paşayev istixanada istehlak etdiyi təbii qazın müqabilində 04/2016-cı il tarixində 150 manat məbləğində ödəniş etdikdən sonra son 4 ildə (04/2020-ci ilə kimi) ümumiyyətlə ödəniş etməmişdir. Cavabdeh tərəf istixanada yetişdirdiyi tərəvəz bitkilərini təbii qazın haqqını ödəmədən qazdan qanunsuz şəkildə uzun müddət istifadə etməklə yetişdirmişdir. Məhkəmə şikayəti hansı maddi və prosessual hüquq normaları baxımından təmin etmədiyini qətnamədə gös tərməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instans iya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, qətnamənin tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsinə əsasən alıcı ə şyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 443.1-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddə sinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3.-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı 12.02.2016-cı il tarixli 080314 saylı, 08.03.2017-ci il tarixli ******* saylı, 14.03.2018-ci il tarixli, ******* saylı, 30.04.2018-ci il tarixli, ******* saylı, 29.11.2018-ci il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı “Təbii Qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarından görünür ki, istehlakçı X5 məxsus evdə yerləşən sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar, qeyri-qanuni istifadə olunması aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsinə istinadən qeyd etmişdir ki, iddiaçı cavabdehin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya məhkəməsi birinci instan siya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin olunmaqla düzgün nəticəyə gəlinmişdir. Apelyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh təbii qazdan kənar qoşulma ilə qanunsuz istifadə etməsinə dair 14.03.2018-ci il tarixli aktdan başqa digər aktları etiraf etməmiş, habelə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırma tədbirlərini görməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual normaları düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbək əyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Tərəflər arasında bağlanmış 09.12.2013-cü il tarixli qazın alqı-satqısı müqaviləsinin 2.3.4-cü bəndinə görə, istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən, istehlakçı bu müqavilənin və «Qazdan istifadə Qaydaları»-nın tələblərinə əməl etməlidir. Tərəflər arasındakı münasibətləri tənzimləyən bu normalardan görünür ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı qadağan edilməklə hüquqi məsuliyyət yaradır. İstehlakçı da «Qazdan istifadə Qaydaları»nın və müqavilə şərtlərinin pozulmasına görə Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. İstehlakçının təbii qaz xəttinə kənar (qanunsuz) qoşulması təsbit edildiyi halda qazın verilməsini dayandırmaq tədbiri ona tətbiq edilən təsir vasitələrindən biri olub, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Paylayıcının əməkdaşları tərəfindən bu tədbirin görülməsinə baxmayaraq istehlakçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulması imkanı istisna deyil. Odur ki, Paylayıcının qazın verilməsini dayandırmaq tədbirini görməməsi, yaxud gördüyü halda istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması abonentin əvvəlki kənar qoşulmalara görə məsuliyyətini ara dan qaldırmır. Başqa sözlə, yalnız dayandırma tədbirinin tətbiq edilməməsinə və cavabdehin izahatına əsaslanmaqla iş üzrə nəticəyə gəlinməsi qanuni və əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, istehlakçının qaz xəttinə qanunsuz qoşulmasına görə hesablanmış zərərin əvəzinin ödənilməsi tələbinə baxılarkən belə qoşulmanın təsdiq edilməsinə dair iddiaçının təqdim etdiyi sübutlar qanunvericiliyə uyğun qaydada araşdırılmalıdır. Belə ki, Paylayıcının kənar qoşulmaya dair tərtib etdiyi aktların həqiqəti əks etdirməsi baxımından mötəbərliliyi aydınlaşdırılmalı, onların qanunvericiliyə uyğun qaydada tərtib edilməsi baxımından mümkünlüyünə qiymət verilməli, sənədləşdirilən hadisənin olması yoxlanılmalıdır. Bununla yanaşı işdəki digər dəlillər (izahat, qanunsuz qoşulma iddia olunan dövrdə abonentin ümumiyyətlə qaz sərfiyyatına görə pul ödəyib-ödəməməsi, həmin məbləğin əvvəlki ilin eyni dövrünün göstəricililərindən əhəmiyyətli dərəcədə fərqlənib-fərqlənməməsinə dair məlumatlar, zəruri olduqda ekspertiza rəyi və s.) birlikdə qiymətləndirilərək (MPM, maddə 88), kənar qoşulma halının təsdiq edilməsi üçün sübutların kifayət edib-etməməsi qənaətinə gəlinməklə mübahisə həll edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, işin halları ilə müəyyən olunur ki, cavabdeh tərəf yalnız bir aktın onun iştirakı ilə tərtib edildiyini və həmin aktda göstərilən həddə məsuliyyətinin olmasını qeyd edir. Lakin iddiaçının həm apellyasiya, həm də kassasiya şikayətində göstərdiklərindən aydın olur ki, 02/2016-cı il tarixli 080314 nömrəli və 03/2017–ci il tarixli ******* nömrəli aktla rın tərtib olunmasında cavabdeh iştirak etmiş, hadisənin olmasını (yəni kənar xəttə qoşulmanı) qəbul etmiş və öz imzası ilə aktın doğruluğunu təsdiq etmişdir. Apellyasiya instansiya məhkəməsi isə iddiaçının bu dəlillərinin araşdırılması üçün heç bir tədbir görməmiş və dəlillər faktiki olaraq qiymətləndirilmədən saxlanmışdır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi cavabdehin qismən etirafını mötəbər hesab edərkən etirafı MPM-in 106.4-cü maddəsinin (məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır) tələbləri baxımından qiymətləndirməmişdir. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı iş üzrə apelyasiya məhkəməsi tərəfindən qətnamə bu qaydalara əməl edilmədən çıxarılmışdır. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla dəlillərin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6428/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar