Məhkəmə qərarları › İş №2(102)-675/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-675/2022

11.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-675/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh XXX-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-675/22 Bakı şəhəri, 11 yanvar 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11003/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qərardadından Cavabdeh Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri Binəqədi Rayon Məhkəməs inin 2-3592/2003 nömrəli, 30 oktyabr 2003cü il tarixli qətnaməsi ilə (hakim H.Ə.Əliyev) onun iddiası təmin olunaraq Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 120, 14A saylı mənzilə yaşayış hüququ tanınmış və Binəqədi RPİ-nin Qeydiyyat və X1 İddiaçı həmin ünvanda qeydiyyata götürülməsi tapşırılmışdır. Qətnamə icra edilmiş, İddiaçı Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 120, 14A saylı mənzilə pasport qeydiyyatına alınaraq ailəsi ilə birlikdə həmin evdə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 1. 01.06.2021-ci il tarixdə Cavabdeh Şirkəti qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin buaxılmamış hesab edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, p rosessual müddətin ötürülməmiş hesab edilməsi və qətnamədən verilmiş apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3592/2003 nömrəli, 27 sentyabr 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim N.Nəbizadə) ərizə təmin edilməmişdir.

3. Cavabdeh Şirkəti qərardaddan şikayət vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11003/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər F.Talışinski – sədrlik edən və məruzəçi, R.Eyvazov, Ş.Məmmədova) şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir.

5. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, şikayət Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.5-ci maddələrinə riayət edilmədən verilmişdir. Belə ki, Məcəllənin 10-1.3-cü maddəsinə əsasən: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmişdir. Həmin formaya riayət edilmədiyi üçün şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilir.

6. Apellyasiya məhkəməsi həmçinin bildirmişdir ki, prosessual müddətin bərpası barədə ərizə müvafiq mülki işin icraatı qaydasında qeydə alınmayaraq ayrıca mülki iş kimi qeydə alınmışdır. Bununla da işlərin kargüzarlıq qaydalarına dair tələblərə riayət edilməmişdir.

7. Cavabdeh Şirkəti həmin qərardaddan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

8. Cavabdeh Şirkəti apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması üçün aşağı instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə 2003-cü ilə aid olduğundan həmin qətnamədən apellyasiya şikayətinin elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilməsi mümk ün olmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

13. Maddə 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələ rində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

14. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (v ə ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

17. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti kassatorun qeyd etdiyi kimi qətnamədən deyil, qərardaddan verilmişdir və mülki işin elektron kabinetdə qeydiyyatı mövcud olduğundan birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilməli idi.

18. Həmçinin, kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin 2-ci əsasına (qərarın qəbul edilməsi əsasına) ümumiyyətlə münasibət bildirilməmiş, etiraz edilməmişdir.

19. Odu r ki, Apellyasiya Məhkəməsinin şikayətin qeyri-mümkün hesab edilməsi barədə qənaəti əsaslı hesab olunmalıdır.

20. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Şirkətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11003/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar