Məhkəmə qərarları › İş №2(102)-6754/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6754/2021

25.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6754/2021 25.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 Səməd qızının ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı a oğluna və Cavabdeh2 qarşı, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı a oğlunun ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 Səməd qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia-əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi, qarşılıqlı iddia-pul) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhmə d Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh a oğlunun vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-995/2021 nömrəli iş üzrə 21 may 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı a oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Torpağa mülkiyyət hüququna dair JN-1675 KOD 50112018 saylı Dövlət aktının surətindən müəyyən olunur ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08.09.1997-ci il tarixli 10 nömrəli qərarına əsasən Qazax rayonu Çaylı kənd sakinləri X10 və İddiaçı3 Səməd qızının mülkiyyətinə 0.32 hektar tor paq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-1676 KOD 50112018 saylı Dövlət aktının surətindən müəyyən olunur ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08.09.1997-ci il tarixli 10 nömrəli qərarına əsasən Qazax rayonu Çaylı kənd sakinləri İddiaçı2, X6, X11, X7, X9 və X3 mülkiyyətinə 0.97 hektar torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-1677 KOD 50112018 saylı Dövlət aktının surətindən müəyyən olunur ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08.09.1997-ci il tarixli 10 nömrəli qərarına əsasən Qazax rayonu Çaylı kənd sakinləri İddiaçı1 və X1 mülkiyyətinə 0.32 hektar torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Səməd qızı məhkəmədə iddia qaldıraraq, cavab dehlər a oğlu və Cavabdeh2 müştərək qaydada onların əmlakına vurduqları zərərin əvəzi olaraq 3000 manat pulun alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlk iddia tələbini onunla əsaslandırmışdır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə X8 JN 1675 nömrəli İddiaçı2 JN 1676 nömrəli və İddiaçı1 JN1677 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin torpaq sahələrini özü əkib becərmişdir. 2 ildir ki, həmin torpaq sahəsində, yəni 15924 kv.m olan hissəsində maldarlığın inkişafı üçün nəzərdə tutaraq yonca səpmişdir. Həmin sahədə yüksək səviyyədə yonca əldə etmişdir. Cavabdehlər Bənnayev Aqif və Elxan Məmmədov 10 baş iri buynuzlu və 30 baş xırda buynuzlu heyvanları yonca sahəsində otarmışdı r. Bir neçə dəfə cavabdehlərə xəbərdarlıq etsələr də, cavabdehlər məhəl qoymamış və yenə də həmin yonca sahəsini otarmağa davam etmişlər. Cavabdeh a oğlu qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunaraq İddiaçı1, İddiaçı2 və İddiaçı3 Səməd qızından müştərək qaydada 14000 manatın və mənəvi zərərə görə 10.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçıların tələb etdikləri torpaq sahəsini 2000-ci ildə aralarında razılaşaraq 2.200.000 manata almışdır. Lakin həmin alqı-satqını rəsmiləşdirməmişdir. Torpaq sahəsini aldığı vaxtdan həmin sahəyə yonca əkmiş, torpaq sahəsinə dair vergini də ödəmişdir. İlk iddia üzrə iddiaçıların i ddia etdiyi torpaq sahəsini o otarmamışdır. İlkin iddia üzrə iddiaçılar ona qarşı şər-böhtan atırlar. Odur ki, ilk iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunmasını xahiş edir. Qazax Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim N.Musayev, iş № 2(023)-746/2020) İddiaçı1, İddiaçı2 və İddiaçı3 Səməd qızının cavabdehlər a oğlu və Cavabdeh2 qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin iddiasının təmin edilməməsi, a oğlunun cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 Səməd qızına qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə iddiaçılar onlara məxsus torpaq sahəsinə və onlara dəymiş mənəvi ziyanla bağlı heç bir sübut təqdim etm əmişdir. Həmin torpaq sahəsinə dair tərəflər arasında torpaq sahəsinin satılması barədə qeydiyyat aparılmamış, torpaq sahəsinin yalnız istifadə üçün verilməsi qeyd edilmişdir. Həmçinin, iddiaçı tərəfindən alqı-satqı müqaviləsinin tanınması üçün əsas olan hər hansı bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. İlk iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər onlara a oğlu tərəfindən vurulmuş ziyanın nədən ibarət olması, əmlakdan məhrum olması, zədələnməsi və sair qanunda qeyd olunmuş əsaslara görə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qeyd olunan torpaq sahəsinə dair alqısatqı müqaviləsinin tanınması üçün əsas olan hər hansı bir möt əbər sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məmmədov (sədrlik edən və məruzəçi), Ə.Abdullayev və F.Mehtiyev, iş № 2(104)-995/2021) ilkin iddia üzrə cavabdeh, qarşılıqlı idda üzrə iddiaçı a oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin 2(023)-746/2020 saylı mülki iş üzrə 07 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyatorun dəlillərinə görə, işlə bağlı 2020-ci ilin may ayının axırı Arzu və Əvəz onun barəsində Qazax rayon Daşsalahlı polis bölməsi nə ərizə ilə müraciət etmişlər, orada onları dindirmişlər və Arzu və Əvəz həmin torpağı ona satdıqlarını etiraf etmişlər. Buna baxmayaraq hakim polisə edilən şikayətlə maraqlanmamış qətnamə qəbul etmişdir. İlkin iddia üzrə iddiaçılar ona satdıqları torpaq sahəsinə görə maddi ziyan tələb edirlərsə, o da sonunculara verdiyi pulu yeni məzənnə ilə istəməlidir. Lakin, məhkəmədə işə baxılarkən qarşılıqlı iddia üzrə iddiaçı iddia etdiyi torpaq sahəsi barəsində özünün hüquqlarının olduğunu təsdiq edə bilən hər hansı bir hüquq müəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia etdiyi torpaq sahəsi barəsində hər hansı bir hüququnun olduğunu təsdiq edə bilən, qanunla müəyyən edilmiş sübutları məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticədə haqlı olaraq qarşılıqlı iddianı təmin etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı a oğlu (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli 2(104)-995/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və işə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəmə sinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə iş üçün əhəmiyyətli olan halları lazımi qədər araşdırmamış və lazım olan normaları tətbiq etməmişdir. Bu zaman ödənilmiş pulu həqiqi olduğu miqdarda deyil, cavabdehin mülahizəsinə əsasən müəyyənləşdirmişdir. O, şahidlərin yanında cavabdehlərə 2000-ci ildə, o vaxtkı pulla 2.200.000 manat ödəməklə mübahisəli torpağı satın almışdır. Şahid ifadələri ilə bu məhkəmədə təsdiq olunmuşdur. Məhkəməyə təqdim etdiyi qəbzlə də bu fakt təsdiq olunmuşdur. Halbuki üzərindən 15 il keçdikdən sonra pulu nominal deyil, real dəyərini ödəmək lazımdır. Həmin vaxtdan Azərbaycan manatı dəfələrlə dəyər itirməsinə baxmayaraq, məhkəmə qərar qəbul edərkən bu halı nəzərə almamışdır. Məhkəmə cavabdehlərin ifadələ rindəki təzadları görməmişdir. Məhkəmə işə səthi yanaşmış, ödənilmiş pulun dəyərini hesablamamış və yanlış qətnamə qəbul etmişdir. Məhkəmə çəkmiş olduğu xərclə bağlı tələbinə ümumiyyətlə toxunmamışdır. O faktiki mülkiyyətində olan həmin torpağı daşdan, yararsız tənək köklərində, beton qırıqlarından təmizlətdirmiş, əkinə yararlı vəziyyətə gətirdikdən sonra orada 25-dən çox ağac əkdirmişdir. Cavabdeh isə hazır məhsula sahib olur. Torpaq sahəsinin alqı-satqısında Qazax rayon Çaylı kənd sakinləri Cavabdeh2, X4 və Qazax rayon Daş Salahlı kənd sakini X5 şahid kimi iştirak etmişlər. Apellyasiya instasiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci, 14 və 88-ci maddələrinin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan, nə qarşı tərəfi dindirməmiş, nə də onun izahatını dinləməmiş və işi yekunlaşdırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması nı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı a oğlu kassasiya şikayəti vermiş və qətnamənin tam ləğv olunmasını xahiş etsə də, dəlilləri qarşılıqlı iddia tələbi ilə bağlıdır. Bu səbəbdən apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun olaraq qarşılıqlı iddianın rədd olunmuş hissəsində yoxlanır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) ba şa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi n emətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarının 2-ci bəndi ilə məhk əmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nətijəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnı z tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası m əhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qar şılıqlı iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının və maddi hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillər kassasiya şikayətində olan dəlillərə eynilik təşkil etmiş və şikayətində göstərmişdir ki, «…bu işlə bağlı 2020-ci ilin may ayının axırında Arzu və Əvəz onun barəsində Qazax rayon Daşsalahlı polis bölməsinə ərizə ilə müraciət etmişlər, orada onları dindirmişlər və Arzu və Əvəz həmin torpağı ona satdıqlarını etiraf etmişlər. Buna baxmayaraq hakim polis ə edilən şikayətlə maraqlanmamış qətnamə qəbul etmişdir. İlkin iddia üzrə iddiaçılar ona satdıqları torpaq sahəsinə görə maddi ziyan tələb edirlərsə, o da sonunculara verdiyi pulu yeni məzənnə ilə istəməlidir.» Apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddiaçının tələbi ilə bağlı mövqeyi aşağıdaklardan ibarət olmuşdur; - «… Qarşılıqlı iddia üzrə iddiaçı iddia etdiyi torpaq sahəsi barəsində hər hansı bir hüququnun olduğunu təsdiq edə bilən, qanunla müəyyən edilmiş sübutları məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticədə haqlı olaraq qarşılıqlı iddianı təmin etməmiş dir.» Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ziddiyyətli olmaqla işin hallarına uyğun hesab edilmir. Qarşılıqlı iddiaçı apellyasiya şikayətində digər tərəflə aralarında torpaq sahəsinə dair faktiki alqı-satqı münasibətlərinin olmasını, buna görə də şahidlərin iştirakı ilə ******* manat pul ödədiyini və torpaq sahəsinin ilkin iddiaçılar tərəfindən ondan geri tələb edildiyini, bununla bağlı müvafiq hüquq mühafizə orqanlarına müraciət edildiyini və həmin araşdırma zamanı ilk iddiaçıların torpağın alqı-satqı edildiyini və dəyərinin ödədiyini göstərdiklərini, lakin həmin dəlillərin birinci instansiya məhkəməsində araşdırılmadığını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi müvafiq olaraq tərəflər arasında faktiki münasibətlərinin hansı əsaslar la yaranması, torpaq sahəsinin qarşılıqlı iddiaçının iddia etdiyi müddətə onun sahibliyində və istifadəsində olub-olmamasını, əgər olmuşdursa bu müddətdə torpaq sahəsinin istifadəsi ilə bağlı bəhər və digər əsasla hər hansı gəlir götürülüb-götürülməməsi, torpaq sahəsinin dəyəri olaraq və ya hər hansı əsasla qarşılıqlı iddiaçı tərəfindən ödəniş edilib-edilməməsini araşdırmadan yalnız birinci instansiya məhkəməsinin «…iddiaçı tərəfindən alqı-satqı müqaviləsinin tanınması üçün əsas olan hər hansı bir mötəbər sübutun məhkəməyə təqdim olunmamasına» dair mövqeyi ilə razılaşmışdır. Halbuki bu halda apellyasiya instansiya məhkəməsi nəzərə almalı idi ki, qarşılıqlı iddiaçının tələbi alqı-satqı müqaviləsinin tanınması ilə bağlı deyil, müvafiq pul tələbindən ibarət olmuşdur. Məhz nəticəyə gələrkən qa rşılıqlı iddiaçının dəlilləri həddində araşdırmanın aparılması təmin olunmalı idi. Lakin göstərildiyi kimi apellyasiya instansiya məhkəməsi dəlillərin araşdırması üçün heç bir təşəbbüs göstərməmiş və onları faktiki olaraq qiymətləndirməsiz saxlamışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarı) İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Odur ki, qətnamə qismən (qarşılıqlı iddianın rədd edilməsi) ləğv edilərək iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, Azərbaycan Respublikası MPM-nin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı a oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(10 4)-995/2021 nömrəli iş üzrə 21 may 2021-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv olunsun və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar