Məhkəmə qərarları › İş №2(102)-676/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-676/2019

06.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-676/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 06 fevral 2019-cu il İş 2(102)-676/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi ilə, Cavabdeh və vəkili Cəfərov Fərman Dəmir oğlunun Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər məhkəməsinin31 may 2017-ci il tarixli qətnaməsiilə (N.İ.Abıyev, iş2(060)7080/2017) iddiaçı xxxx (Azərbaycan) ASC-nin Cavabdeh qarşı borcu n ödənilməsi və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh 9.813,02 ABŞ dolları məbləğində əsas, 962,77 ABŞ dolları məbləğində faiz borcu və 44,68 ABŞ dolları məbləğində cərimə, cəmi 10.820 (on min səkkiz yüz iyirmi) ABŞ dolları 47 (qırx yeddi) sent məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla xxxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus “Kia Rio” markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və avtomobilin satışından əldə edilən pul vəsaitinin hesabına 10.820 (on min səkkiz yüz iyirmi) ABŞ dolları 47 (qırx yeddi) sent məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası M ərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla xxxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan vəsaitin Cavabdeh qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manatın Cavabdeh alınaraq iddiaçı “xxxx (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə (S.A.Qafari (sədrlik edən və məruzəçi), E.G.Rəhimov və N.M.Nəsibovdan, iş2(105)261/2018) Sumqayıt şəhər məhkəməsinin 31 may 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 21.05.2013cü il tarixli, 113184-1-6741 saylı kredit müqaviləsinə əsasən 07 aprel 2017-ci il tari xə banka borclu olduğu 9756 (doqquz min yeddi yüz əlli altı) ABŞ dolları, 15 (on beş) sent əsas borc, 962 (doqquz yüz altmış iki) ABŞ dolları, 77 (yetmiş yeddi) sent əsas borca hesablanmış faiz, 44 (qırx dörd) ABŞ dolları, 68 (altmış səkkiz) sent cərimə məbləği olmaqla, cəmi 10763 (on min yeddi yüz altmış üç) ABŞ dolları, 60 (altmış) sent (ödəniləcək günə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun alınaraq iddiaçı “xxxx (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə verilməsi, tutmanın Cavabdeh məxsus “Kia Rio” markalı, göy metal rəngli, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, ipoteka predmeti olan “Kia Rio” markalı, göy metal rəngli, ** EL *** dövlət qeyd iyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 15500 (on beş min beş yüz) manat müəyyən edilməsi, avtomobilin açıq hərracdan satılması və avtomobilin satışından əldə edilən pul vəsaiti hesabına 10763 (on min yeddi yüz altmış üç) ABŞ dolları, 6 (altmış) sent (ödəniləcək günə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 30 (otuz) manat məbləğində pulun “xxxx (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan vəsaitin Cavabdeh qaytarılması, Cavabdeh məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun və məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 190 (bir yüz doxsan) manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh və vəkili Cəfərov Fərman Dəmir oğlu kassasiyaşikayətiveribqətnaməninləğvedilməsi vəiddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahişetmişlər. Məhkəməiclasınınvaxtıvəyeribarədətərəflərəlazımiqaydadaxəbərverilmiş, tərəflər üzürsüzsəbəbdənməhkəməiclasınagəlmədiklərindənkassasiyakollegiyasıişəonlarıniştirakıolmadan baxılmasınımümkünhesabetmişdir. İŞİN HALLARİ: İddiaçı xxxx (Azərbaycan) ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xxxx (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 21.05.2013-cü il tarixli, 113184-1-6741 saylı kredit müqaviləsinə əsasən 07 aprel 2017-ci il tarixə b anka borclu olduğu 9.813,02 ABŞ dolları məbləğində əsas borcun, 962,77 ABŞ dolları məbləğində faizin və 44,68 ABŞ dolları məbləğində cərimənin,cəmi 10.820,47 ABŞ dolları pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq xxxx (Azərbaycan) ASC-ə ödənilməsi, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Rio” markalı, göy metal rəngli, mühərrik G4FACS463517, ban KNADN512BD6832922 olan ** EL *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh “xxxx (Azərbaycan)” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və vəkili Cəfərov Fərman Dəmi r oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Sumqayıt ApellyasiyaMəhkəməsitərəfindənişəbaxılanzaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarında olan 21.05.2013-cü il tarixli, 113184-1-6741 saylı avtomobil krediti müqaviləsindən görünür ki, xxxx (Azərbaycan) ASC tərəfindən Cavabdeh “Kia” markalı “Rio” modelli avtomobilin satın alınması məqsədilə illik faiz dərəcəsi 18 faiz olmaqla 60 ay müddətinə 15.841 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.4- cü bəndinə əsasən kredit alanın ötən ay üzrə hər hansı bir ödənilməyən borcu yaranarsa, o zaman kredit alanın cari hesabına mədaxil edilən vəsaitlərdən ilk növbədə ötən ay üzrə yaranmış borc müqaviləsinin 4.3-cü bəndində qeyd edilmiş qaydada tam silindikdən sonra, cari ayın ödənişlərinin silinməsi bank tərəfindən həyata keçirilir. Həmin müqavilənin 5.1.2-ci bəndinə əsasən bank kredit müqaviləsində nəzərdə tutulan hallarda və qaydada müqaviləni ləğv edir və kreditin dərhal qaytarılmasını tələb edir. İşdə olan 21.05.2013-cü il tarixli, 113184-1-6741 saylı kredit müqaviləsinə 1 saylı əlavəödəniş cədvəlindən məlum olur ki, Cavabdeh verilmiş kreditin 24.06.2013-cü il tarixdən 21.05.2018-ci il tarixədək faiz ödənişi cəmi 8.196,15 ABŞ dolları, kreditin əsas məbləğinin ödənişi 15.841 ABŞ dolları, cəmi 24.037,15 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş xxxx (Azərbaycan) ASC ilə Cavabdeh arasında imzalanmış 113184-1-6741 saylı avtomobil krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 04.02.2016-cı il tarixli, 01 saylı razılaşmadan görünür ki, Cavabdeh xxxx (Azərbaycan) ASC-yə 04.02.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 9.868 ABŞ dolları məbləğində müəyyən edilir. Qeyd olunan “avtomobil krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə razılaşmanın 2-ci bəndinə əsasən bu razılaşmanın imzalandığı tarixdən kredit alan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlər və qaydada 28 ay müddəti ərzində istifadə etməyi və 21.05.2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 18 faiz ödəməyi öhdəs inə götürür. Kredit alanın 04.02.2016-cı il tarixinə kapitallaşdırılmış kredit məbləğindən əlavə 12,40 ABŞ dolları məbləğində cərimə borcu mövcuddur. İş materiallarında olan 21.05.2013-cü il tarixli, 113184-1-6741 saylı kredit müqaviləsinə 1 saylı əlavə-ödəniş cədvəlindən görünür ki, Cavabdeh verilmiş kreditin 04.03.2016-cı il tarixdən 21.05.2018-ci il tarixədək faiz ödənişi cəmi 3.737,41 ABŞ dolları, kreditin əsas məbləğinin ödənişi 9.868 ABŞ dolları, cəmi 13.605,41 ABŞ dolları təşkil edir. İşdə olan xxxxSC tərəfindən verilmiş arayışdan görünür ki, borclu Cavabdeh 113184-16741/1 saylı 04.02.2016-cı il tarixli avtomobil krediti müqaviləsi üzrə 07.04.2017-ci il tarixə ödənilməmiş əsas borcu 9.813,02 ABŞ dolları, faizlər üzrə 962,77 ABŞ dolları və cərimə üzrə 44,68 ABŞ dolları, cəmi 10.820,4 7 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş xxxx (Azərbaycan) ASC-nin 01.09.2016-cı il və 08.09.2016-cı il tarixli pretenziya və bildirişdən görünür ki, Cavabdeh bank qarşısındakı öhdəliklərinin müvafiq olaraq 5 və 3 iş günü müddətində yerinə yetirilməsi təklif olunmuş və borcun ödənilməsi təmin edilməyəcəyi təqdirdə borcun məcburi ödənilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borcl u) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -739.1. maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda v ə yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşd irilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də cavabdehin mülkiyyətində olan avtomobil ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı öhdəliyi yerinə yet irərək, pulu cavabdehə vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. İddiaçı tərəfindən cavabdehə müqavilə üzrə öhdəliklərin icra edilməsindən ötrü pretenziya qaydasında müraciətlər edilməsinə baxmayaraq, öhdəlik icra edilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbi üzrə borc məbləğini mübahisələndirmiş, məhkəmə baxış iclasında da məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İş materiallarından məlum olur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mhəkəmə Ekspertizası Mərkəzinin 27536 saylı, 25 yanvar 2018-ci il tarixli məhkəmə ekspert izası rəyindən görünür ki, maliyyə arayışından, hesabdan çıxarış məlumatlarından və “xxxx” ASC ilə 21 may 2013-cü il tarixli 113184-1-6741 saylı avtomobil krediti müqaviləsi üzrə dəyişiklik və əlavələr edilərək 04.02.2016-cı il tarixli razılaşma müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla 07.04.2017-ci ilə Cavabdeh banka olan borcu 11727,67 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən, əsas borcu üzrə 9756,15 ABŞ dolları, faiz borcu üzrə 1926,84 ABŞ dolları, cərimə borcu üzrə 44,68 ABŞ dolları. Apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş ekspertiza rəyi ilə iddiaçı tərəfindən əsas borc məbləğinin artıq hesablandığı, əsas borca hesablanmış faiz məbləğinin az hesablandığı müəyyən edilmişdir. İşə mahiyyəti üzrə baxılması müvafiq olaraq iddia tələblərinin və ya məhkəm əyə ünvanlanmış xahişin əsasında və hədlərində həyata keçirilir. İddiaçının tələb etdiyi əsas borc məbləği iddiaçının əməkdaşları tərəfindən hazırlanmış maliyyə arayışına əsaslanır ki, bu zaman iddiaçının subyektiv mövqeyi əsas götürülməklə onun maraqlarının təmin edilməsinə yönəldirilir. Bu maliyyə arayışının deyil, ekspert rəyinin əsas götürülməsini qaçılmaz edir. Əsas borca hesablanmış faiz məbləği iddiaçı tərəfindən az hesablandığı, ekspert rəyi ilə daha artıq hesablanmalı olduğu müəyyən edilmişdir. İddia tələbinə tələbdə göstərilənlər daxilində baxılmalı olduğundan əsas borc məbləği üzrə hesablanmış faiz məbləğinə ekspertiza rəyində göstərilən həddə deyil, iddia tələbində göstərilən həddə qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 443.1. maddəsinə əsasən öhdəli yini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilə üzrə öhdəliyin icra edilməməsi iddia tələbinin əsaslı olması qənaətini qaçılmaz etdiyindən, iddia tələbi əsas borcun və əsas borca hesablanmış faiz məbləğinin tutulması hissəsində ekspert rəyi nəzərə alınmaqla əsaslı hesab edilməli, cavabdehdən 07 aprel 2017-ci il tarixə yaranmış borc məbləği kimi 9756,15 ABŞ dolları və 962,77 ABŞ dolları alınaraq iddiaç ı “xxxx (Azərbaycan)” ASC-ə verilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə 44,68 ABŞ dolları cərimə məbləğinin ödənilməsi hissəsi ilə əlaqədar hesab etmişdir ki, tələb edilən məbləğ yüksək olmamaqla, cavabdehin vəziyyətinin həddən artıq yüklənməsi kimi dəyərləndirilmədiyindən, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1. maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləş dirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İş materiallarında olan xxxx (Azərbaycan) ASC ilə Cavabdeh arasında 21.05.2013-cü il tarixli, 113184-16-9048 nömrəli bağlanmış ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ipotekanın predm eti Kia markalı (mühərrik: G4FACS463517, ban: KNADN512BD6832922, buraxılış ili: 2013, rəng: göy (metal)) avtomobil hesab edilmiş və müqavilənin 3.5-ci bəndinə əsasən ipotekanın predmeti olan bu avtomobil 17.602 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik bankla ipoteka qoyan arasında bağlanmış 21.05.2013-cü il tarixli, 113184-1-6741 saylı kredit müqaviləsindən əmələ gələn mövcud, həm də bankla ipoteka qoyan arasında mövcud olan kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bankın ipoteka qoyana qarşı qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İşdə olan xxxx (Azərbaycan) ASC ilə Cavabdeh arasında imzalanmış 21.05.2013-cü il tarixli 113184-16-9048 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 04.02.2016-cı il tarixli 01 saylı razılaşmadan görünür ki, müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh məxsus AB seriyalı, 955523 №li, 22.05.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadənaməsinə əsasən ipoteka qoyana xüsusi mülkiyyət hüququ ilə məxsus olan, Kia markalı Rio modelli (mühərrik: G4FACS463517, ban: KNADN512BD6832922, buraxılış ili: 2013, rəng: göy (metal)) avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilməsinə dair 21.05.2013-cü il tarixli 113184-16-9048 saylı ipoteka müqaviləsinin 4.1. və 4.2.-ci bəndləri dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: 4.1Bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik bankla ipoteka qoyan arasında bağlanmış 21.05.2013-cü il tarixli, 113184-1-6741 saylı kredit müqaviləsindən əmələ gələn mövcu d, həm də bankla ipoteka qoyan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bankın ipoteka qoyana qarşı olan qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. 4.2-Yuxarıda göstərilən kredit müqaviləsinə və ondan gələn və onun tərkib hissəsi hesab olunan razılaşmalara əsasən, ipoteka qoyan bank tərəfindən 9.868 ABŞ dolları məbləğdə krediti 28 ay müddətinə 21.05.2018-ci il tarixinədək qaytarmağı və həmin kredit üzrə illik 18 faiz ödəməyi öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdəliy(klər)in icra müddəti ilə bağlı məsələlər kredit müqaviləsi və onların ayrılmaz və tərkib hissələri olan əlavələri, habelə gələcəkdə bağlanacaq kredit müqaviləsi və onların ayrılmaz və tərkib hissələr i olan əlavələri ilə tənzimlənir. Müqavilənin 2-ci bəndinə görə isə müqavilənin digər şərtləri dəyişdirilmədən qüvvədə qalır. İş materiallarında olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 22 may 2013-cü il tarixli, 086593 nömrəli çıxarışın surətindən müəyyən edilir ki, Cavabdeh məxsus dövlət nömrə nişanı ** EL *** olan “xxxx” markalı avtomobili xxxxSC-də 21.05.2013-cü ildən 21.05.2018-ci il tarixədək ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mhəkəmə Ekspertizası Mərkəzinin 5494 saylı, 09 aprel 2018-ci il tarixli məhkəmə ekspertizası rəyindən görünür ki, 2013-cü il buraxılışlı, mühərrik tutumu 1400 kub/sm, Kia Rio hacbek markalı, 99EL 523 dövlət qeydiyyat nişanlı avtomob ilin hazırkı vəziyyətdə orta bazar qiyməti təxminən 15500 (on beş min beş yüz) manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12810 saylı, 01 avqust 2018-ci il tarixli məhkəmə ekspertizası rəyindən görünür ki, 2013-cü il buraxılışlı, “Kia Rio” markalı avtomobilin 2018-ci ilə orta bazar qiyməti təzminən 15500 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. -269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüq uqlarının məhdudlaşdırılmasıdır. -317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İş materiallarından məlum olur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmini kimi cavabdehin mülkiyyətində olan avtomobil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsi üzrə öhdəlik icra edilmədiyinə görə iddiaçı öhdəliyin icrasının təmin edilməsi və ipoteka predm etinə yönəldilmə edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmədiyinə görə etibarsız hesab edilməsini şikayətinin dəlili kimi göstərsə də, müqavilənin etibarsızlığı müqavilə bağlanan ana qədər qanunun tələblərinin pozulması ilə bağlanmasını ehtiva edir. Bundan əlavə ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilməsi imperativ norma kimi müəyyənləşdirilməmiş, yalnız dövlət qeydiyyatına alınması qeyd edilmişdir ki, qeyd edilən müqavilə də qeydiyyata alınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsi üzrə öhdəlik icra edilmədiyindən, müqavilənin təminatı olan ipoteka predmetinə yönəldilmə hissəsində iddia tələbi əsaslı hesab edilməlidir. “İpoteka haqqında” Azərba ycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka predmetinin qiyməti 17602 ABŞ dolları məbləğində olması tərəflər arasında bağlanmış ipoteka müqaviləsi ilə müəyyən edilmişdir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında mübahisə olduqda müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ilkin satış qiyməti 2 qaydada müəyyənləşdirilə bilər: 1) razı laşma əsasında; 2) qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. İpoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini müəyyənləşdirməyiblər, onlar ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. “Qiymət” anlayışı ilə “ilkin satış qiyməti” anlayışı eyniləşdirilməli deyil, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndə rməsindən sonra) müəyyənləşdirilən qiymətdir. O cümlədən, nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Buna görə də, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsindən ötrü keçirilmiş ekspertiza tədqiqatının rəyi əsas götürülməlidir. Mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatı ilə ipoteka predmetinin ilkin satış qiyməti 15500 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəf həmin ekspert rəyini mübahisələndirmiş, təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmiş və yenidən avtomobilin satış dəyə rinin 15500 manat məbləğində olması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti 15500 (on beş min beş yüz) manat müəyyən edilməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Sumqayıt ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 4 16, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 20 avqust 2018-ci il tarixli, 2(105)-261/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar