Məhkəmə qərarları › İş №2(102)-676/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-676/2021

15.03.2021 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-676/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-676/21 (Açar sözlər: pensiya məbləğinin cavabdehdən tutulması, tələbin məhkəməyə aid olmaması ) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin Cavabdeh qarşı “ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-2076/20 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsi iddia ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək qanunsuz alınmış 2515.66 manat pensiya məbləğinin Cavabdeh tutularaq Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xah iş etmişdir.

2. Tələb onunla əsaslandırılıb ki, Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 26 saylı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli, 21WHDKS1220 nömrəli rəyinə əsasən 2-ci qrup əlil hesab edilmişdir. Bu səbəbdən ƏƏSMN yanında SMF-nin Göygöl rayon şöbəsi tərəfindən cavabdehə 146.39 manat pensiya təyin olunmuşdur.

3. Cavabdeh xx.xx.2016-cı il tarixdən hazırki vaxta kimi DSMF-nin Göygöl rayon şöbəsindən cəmi 2515.66 manat məbləğində pensiya almışdır.

4. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 26 saylı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli, 21WHDKS1220 nömrəli müayinə məlumatı qarşılıqlı üzləşdirməsi zamanı (inventarizasiya) Nazirliyin TSERAS (TSEK-də aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi) alt sistemində aşkarlanmamışdır. Ona görə də cavabdehə təyin olunmuş pensiya təyinatı dayandırılmışdır.

5. Bu barədə cavabdehə xx.xx.2018-ci il tarixli, 72/914 saylı məktubla artıq alınmış pensiyanın iddiaçının hesabına ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh 2515.66 manat məbləğində artıq alınmış pensiyanı geri qaytarmaqdan imtina etmişdir.

6. Göygöl Rayon Məhkəməsinin 2(066)-231/2010 saylı, 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Rafiq Məmmədov)

7. Birinci instansiya məhkəməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 24, 25 və 104-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir.

9. Gəncə Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)-2076/20 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, Cavabdeh 2515.66 (iki min beş yüz on beş manat altmış altı) manat pul məbləğinin tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin hesabına ödənilməsi qət edilmişdir. (hakimlər Şamil Rzaquliyev (sədrlik edən, məruzəçi) Loğman Süleymanov, Afiq Hüseynzadə )

10. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməli olmasına dair qənaəti ilə razılaşsa da, hesab edib ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verib.

11. Apellyasiya instansiyasının qənaətinə görə cavabdehə pensiya xx.xx.2016-cı il tarixdə, yəni xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olduğu müddətdə təyin edilsə də, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna istinad etmişdir.

12. Apellyasiya instansiyası hazırki mübahisəyə Mülki Məcəlləsinin 58-ci fəslinin normalarını (əsassız varlanma) tətbiq edərək, iddianı təmin etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, ona pensiya almaq üçün sənədləri xxx adlı şəxs hazırlayıb, sənədlərin düz olmadığın biləndən sonra xxx həmin həmin məbləği qaytarmağı tapşırıb. Apellyasiya məhkəməsi isə bu halları araşdırmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiyi və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “Əmək pensiyaları haqqında” Qanun Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Qanun Maddə 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Maddə 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilm əsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2011-ci il tarixli Qərarı “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sü but olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsi n və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaya mahiyyəti üzrə baxıb onu rədd etməklə səhv nəticəyə gəlmişdir.

20. Belə ki, hazırki iş üzrə iddiaçı orqan Cavabdeh qanunsuz ödənilmiş 2515.66 (iki min beş yüz on beş manat altmış altı) manat pensiya məbləğinin geri alınmasını iddia edir.

21. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 26 saylı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli, 21WHDKS1220 nömrəli müayinə rəyinə əsasən Cavabdeh İİ dərəcə əlillik təyin olunmuş, DSMF-nin Göygöl rayon şöbəsinin 434 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə Cavabdeh xx.xx.2016-cı il tarixdən 110 (bir yüz on) manat pensiya təyin edilmiş, cavabdeh xx.xx.2021-ci il ta rixə kimi pensiya almışdır.

22. Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 26 saylı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli, 216 nömrəli məktubuna əsasən isə müəyyən edilib ki, Cavabdeh 26 saylı TSEK-də müayinə olunmayıb. Onun barəsində “Tibbi-sosial ekspertiza və reabilitasiya alt sistemi”ndə qiymətləndirmə aşkarlanmamışdır. Sorğu nəticəsində cavabdehin Göygöl Rayon Mərkəzi Xəstəxanasında hər hansı bir xəstəliklə dispanser qeydiyyatında olmaması və ona bu günə qədər TSEK-ə göndəriş yazılmaması məlum olmuşdur.

23. Həmçinin o da müəyyən edilib ki, DSMF-nin Göygöl rayon şöbəsinin xx.xx.2018ci il tarixli sərəncamı ilə pensiya işi 810923 nömrə olan Cavabdeh xx.xx.2018-ci il tarixdən pensiyası ləğv edilmiş, artıq hesablanmı ş 2515,66 manatın Fondun hesabına ödənilməsi qərara alınmışdır.

24. Göründüyü kimi, inzibati orqan cavabdehə pensiyanın əsassız olaraq verilməsini müəyyən edərək, xx.xx.2018-ci il tarixdən cavabdehin pensiyasını ləğv etmiş, artıq hesablanmış 2515,66 manatın Fondun hesabına qaytarılmasına dair “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə uyğun olaraq inzibati akt qəbul etmişdir. 25. “İnzibati İcraat Haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi icrası «İcra Haqqında» Azərbaycan Respublikası Qanununa əsasən icra məmurları tərəfindən icra olunur.

26. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üç ün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.

27. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür.

28. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Bu isə inzibati o rqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı fəaliyyəti üzərində məhkəmə nəzarətinin müəyyən edilməsini tələb edir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” qərarının 5.1 və 7.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 15.4-cü bəndinə göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ü mumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, pul tələblərinin icra edilməsi digər növ inzibati aktların icra edilməsindən fərqlənir. Hazırkı icraat daxilində tələb yönəldilmiş borclu inzibati akt ilə üzərinə konkret hərəkəti həyata keçirmək vəzifəsi qoyulmuş şəxsdir. Pul tələblərinin icra edilməsi zamanı tələbin icraya yönəldilməsi haqqında qərar icra sənədi kimi çıxış edir. Bundan sonra məhkəmə qaydasında icra sənədinin əldə edilməsinə heç bir ehtiyac yoxdur. Tələbin icraya yönəldilməsi haqqında qərar birm ənalı şəkildə hansı tələbin (məbləğ, forma, müddət) irəli sürüldüyünü əks etdirməlidir. Bu qərar özü müstəqil olaraq inzibati akt hesab edilir və ona qarşı müstəqil qaydada inzibati şikayət və inzibati iddia (mübahisələndirmə) irəli sürülə bilər.

31. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının cavabdehə ödənilən pensiyanın ləğv edilməsi və ödənilmiş pensiya məbləğinin qaytarılması barədə qəbul etdiyi sərəncam faktiki olaraq müvafiq olaraq icraya yönəldilməli olan sənəddir. Həmin qərarda inzibati orqanın gəlmiş olduğu nəticəsi ilə bağlı yenidən məhkəmə qərarının əldə edilməsinə ehtiyac yoxdur. İzah olunmalıdır ki, inzibati orqan müvafiq olaraq artıq tutulması qərara alınmış pul məbləğinin yenidən məhkəmə qaydasında tutulmasına dair tələbi irəli sürməli deyil, müvafiq ol araq qəbul edilmiş və özlüyündə icra sənədi sayılan inzibati aktı icra edilməsi üçün müvafiq icra qurumuna göndərməlidir.

32. Göstərilənləri və MPM-in 416-419-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxx 2020-ci il tarixli 2(104)-2076/20 saylı qətnaməsi ləğv olunsun. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin Cavabdeh qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar