Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6762/2022 19.12.2022 ALİ MƏHKƏMƏ (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2020/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar Cavabdeh1 və Məmmədov İddiaçı tərəfindən birgə verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar Cavabdeh1 və Məmmədov İddiaçı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2020/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kollegiya aşağıdakı lara əsasən hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, kassasiya şikayəti vəkil tərəfindən imzalanmamışdır. MPM-in 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa geri qaytarılır. MPM-nin 404-1.2-ci maddəsinə əsasən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırkı şikayətə kassasiya qaydasında baxılmaq üçün əsaslar olmadığından, kassasiya şikayəti qeyrimümkün sayılmalı və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 405, 408.1.4, 404-1.2, 409-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar Cavabdeh1 və Məmmədov İddiaçı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2020/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-6762/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-6762/2022
19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver