Məhkəmə qərarları › İş №2(102)-6765/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6765/2019

30.10.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6765/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)1808/2019 nömrəli iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Mingəçevir şəhər məhkəməsinin (hakim Mehburə Kərimova) 11 fevral 2019-cu il tarixli, 2(051)-563/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən t əmin edilmiş, 13 aprel 2005-ci il təvvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat, 13 aprel 2002-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat, cəmi 260 manat sabit pul miqdarında alimentin hər ay Cavabdeh tutularaq İddiaçı verilməsi, alimentin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Ayaz Mahmudov) 30 may 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir şəhər məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ilə məhkəməyə m üraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikaha girməklə ailə qurmuşdur. Birgə nikahlarından 13 aprel 2002-ci il təvəllüdlü X1, 13 aprel 2005-ci il təvvəllüdlü X2 adlı iki uşaqları olmuşdur. Aralarında olan nikah pozulmuşdur. Məhkəmənin qətnaməsinə əsasən cavabdehdən iki uşağın saxlanması üçün hər ay hər uşağa 80 manat alimentin tutulması qət edilmişdir. İddiaçı müəyyən edilmiş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. İddiaçının qızı X1 17 yaşın içindədir və ali təhsil amaq üçün çalışır, müxtəlif kurslara gedir. Qızı X2 isə 14 yaşındadır və onun da xərcləri artmışdır. Əvvəllər cavabdeh uşaqların saxlanmasında maddi kömək göstərdiyi üçün iddiaçı təyin olunmuş alimenti mübahisələndirməmişdir. Lakin sonradan cavabdeh yalnız məhkəmənin qərarı ilə təyin olu nmuş alimenti ödəyir və razılaşdıqları əlavəni könüllü ödəmir. İddiaçı xəstə olduğu üçün işləyə bilmir. 160 manat alimentlə 2 uşağa baxmaq mümkün deyildir. Ona görə də müəyyən edilmiş alimentin miqdarının artırılmasını, 13 aprel 2002-ci il təvəllüdlü X3, 13 aprel 2005-ci il təvvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 200 manat məbləğdə alimentin Cavabdeh alınıb iddiaçıya verilməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdehkassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansi yası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıda kı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan X1 və X2 adlı uşaqları ananın iddiaçının yanında qalır. Şəki Apellyasiya Məhkəmənin mülki kollegiyasının 12 aprel 2016-cı il tarixli qərarı ilə Cavabdeh uşaqların saxlanması üçün hər ay hər uşağa 80 manat miqdarında alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı həmin qətnamə ilə müəyyən edilmiş alimentin məbləğinin artırırılmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, alimetin müəyyən edilməsi barədə məhkəmə qərarı çıxarıldığı vaxtdan müəyyən müddət keçmiş, uşaqlar böyümüş, tələbatları da artmışdır. Müəyyən edilmiş aliment hazırda uşaqların təminatının səviyyəsinin maksimal saxlanması üçün kifayət deyildir. Ancaq tələb olunan miqdarda alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması məhkəmə iclasında sübut olunmadı. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, 13 aprel 2005-ci il təvvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat, 13 aprel 2002-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat, cəmi 260 manat sabit pul miqdarında aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilməlidir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və hər uşağa görə hər ay 100 manat aliment məbləğinin müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab etmişdir ki, 100 manat miqdarında alimentin müəyyənləşdirilməsi uşağın mənafeyinə uyğun deyildir. Həmin məbləğlə uşağın bir ay ərzində normal saxlanılması mü mkün deyildir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qətnamənin ləğv edilməsi üçün əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.Həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş və məhkəmə həmin dəlilləri tam, hərtərəfli və obyektiv araşdıraraq hüquqi qi ymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1808/2019 nömrəli iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar