Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6767/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı QSC-nin vəkili Sadıqov Şahin Bəxtiyar oğlunun və Cavabdeh2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli, 2(107)1827/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş birgə kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ucar Rayon Məhkəməsinin (hakim H.Xəlil ov) 05.09.2018-ci il tаrixli, 2(063)-15/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 26R000005172 nömrəli kredit razılaşması üzrə əsas borca görə 219214,54 USD, faiz borcuna görə 58874,75 USD, dəbbə puluna görə 10.000 USD, cəmi 278099.29 USD məbləğində pul, 026KK**********01 nömrəli kredit razılaşması üzrə əsas borca görə 4997.50 USD, faiz borcuna görə 1059.58 USD, dəbbə puluna görə 250 USD, cəmi 6307.08 USD məbləğində pulun ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, habelə ödənilmiş dövlət rüsumuna görə 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat və xidmət haqqına görə 42 manat, həmçinin ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı k eçirilmiş ekspertiza tədqiqatına görə ödənilmiş cəmi 700 manat, ümumilikdə 792 manat pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0.0627 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mülkiyyətində olan mərtəbəliyi 2, 3 otaqlı, 397.7 kv. metr ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evinə və ünvan 2 ünvanında yerləşən Cavabdeh2 mülkiyyətində olan 0.1988 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 2489 kv. metr ümumi sahədən ibarət qeyri-yaşayış binasına (ticarət təyinatlı) yönəldilməsi, həmin əmlakların ilkin satış qiymətinin müvafiq olaraq 62000 manat və 585000 manat müəyyən edilməklə açıq hərracda satılmas ı, satıldıqdan 1 ay ərzində fərdi yaşayş evinin, torpaq sahəsinin və qeyri-yaşayış binasının boşaldılması, satışdan əldə edilən məbləğ İddiaçı QSC-nin tələbindən artıq olarsa, artıq məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə Cavabdeh2 50 manat məbləğində pul tutularaq dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmiş. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Hüseynov, A.Mahmudov, V.Məlikov) 04.06.2019-cu il tarixli, 2(107)-1827/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Ucar Rayon Məhkəməsinin 05.09.2018-ci il tаrixli, 2(063)-15/2018 saylı qətnaməsinin cavabdehlər Cavabdeh2 və Cava bdeh3 münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli qətnaməsindən birgə kassasiya şikayəti vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və onların vəkili Vəliyev Rasim Cəfər oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, faiz borcu bank tərəfindən düzgün hesablanmamış, ödənişlər əsas borcdan deyil, faiz və cərimədən silinmişdir. Birinci instansiya məhkəməsində məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, ekspertin rəyi kifayət qədər aydın olmamış və qoyulmuş sualları tam həll etməmişdir. Bundan əlavə, ipoteka predmetinin ilkin satış qiym əti düzgün müəyyən edilməmişdir. Digər tərəfdən məhkəmənin ipoteka predmeti olan mənzil hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə qənaəti də əsassızdır. Bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli, 2(107)-1827/2019 saylı qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün işin Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh3, vəkili Vəliyev Rasim Cəfər oğlu və digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri bar ədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin vəkili Sadıqov Şahin Bəxtiyar oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli, 2(107)-1827/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi gəlmiş olduğu qənaəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317, 319, 442, 445, 448, 449 və 739-cu, “İpotekа hаqqındа” Qаnununun 1, 4, 33, 34, 36, 39 və 47-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamə üzrə maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı yoxlama apararkən maddi və prosessual hüquq normalarının pozuntusu halını müəyyən etməmişdir. Kassasiya şikayətində istinad edilən hallar barədə isə iş materiallarına hər hansı təsdiqedici sübut əlavə edilməmişdir. Odur ki, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş birgə kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli, 2(107)-1827/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6767/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6767/2019
30.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver