Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-677/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MTK-nın Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı MTK-nın Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3815/2023 nömrəli iş üzrə 10 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Nərimanov rayonu Nazim Hacıyev küçəsi 14 saylı evin 19 saylı mənzili Cavabdeh mülkiyyətindədir, onun bu hüququ xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 2. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən cavabdeh, həyat yoldaşı X4 ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsindən (48 ay müddətinə illik 19 faiz dərəcəsi ilə faiz ödəmək şərti ilə 40.000 manat) irəli gələn öhdəliklərin təminatı olaraq mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzili "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1151/2014 nömrəli iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh X1 36.795,11 manat məbləğdə əsas borcun, 1.865,77 manat məbləğdə faiz borcunun, 84,17 manat məbləğdə cərimə borcunun, bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat məbləğdə pulun, sənədlərin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 31 manat məbləğində pulun, cəmi 38.745,05 manat məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olmaqla Cavabdeh məxsus olan Bakı şəhəri Nrimanov rayonu N.Hacıyev küçəsi 14 saylı evin 19 nömrəli mənzilinə yönəldilməsi qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5493/2014 nömrəli iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş və ilkin satış qiyməti 70.000 manat məbləğdə müəyyən edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)1595/2015 nömrəli iş üzrə xx.xx.2015-ci il tarixli qərarla bu nəticə ilə razılaşmış, bundan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış və onun əsasında verilmiş icra sənədi icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmiş, xx.xx.2017-ci il tarixli qəbzə əsasən X4 tərəfindən "xxxx" ASC-yə kredit ödənişi qismində 38.806,05 manat məbləğində pul ödənilmiş, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5493/2014 nömrəli icra sənədi üzrə icra icraatına xitam verilmişdir.
4. Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, İddiaçı MTK ünvan 2 ünvanda yerləşən, y aşayış üçün təhlükəli vəziyyətdə olan Cavabdeh məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada sonuncunun söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaqlı, 52 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20% əlavə edilməklə təmirsiz 2 otaqlı 102 kv.m. mənzili Cavabdeh mülkiyyətinə verməyi, Cavabdeh isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün İddiaçı MTK-ya təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən Cavabdeh, həmçinin, öz üzərinə söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olan v ə 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini İddiaçı MTK-ya təhvil verilməsini təmin etmək, habelə mənzili tam boşaldaraq, yüklü olmaması haqqında arayış təqdim etmək şərti ilə İddiaçı MTK-ya təhvil vermək öhdəliklərini də götürmüşdür.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5493/2014 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır.
6. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarına görə, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 615/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə İddiaçı MTK-dan 38.745,05 manat məbləğlində pul vəsaiti və 45 manat məbləğdə dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-615/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-381/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, cavabdeh İddiaçı MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyanın əvəzi olaraq 38.745,05 manat pulun və 45 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102 )-504/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7086/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-188/2022 nömrəli iş üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh və X3 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraci ət edərək, cavabdehdən maddi zərərə görə 38.790,05 (38.745,05 + 45) manat pulun, işgüzar nüfuza vurulmuş zərərə görə 20.000 manat pulun, ödənilmiş 270 manat məbləğdə dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-713/2023 nömrəli iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia qismən təmin edilmiş, cavabdehdən maddi zərərə görə 38.745,05 manat məbləğdə pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3815/2023 nömrəli iş üzrə 10 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Abdıyev (sədrlik edən və məruzəçi), X.Sarıyev və F.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... Bakı şəhəri, Nərimanov rayonu, Nazim hacıyev küçəsində yerləşən 14 saylı evin, 19 saylı mənzili cavabdehin mülkiyyətində olmuşdur. Cavabdeh həmin mənzili onun həyat yoldaşı olmuş X2 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısına yaranmış kredit öhdəliklərinin təminatı olaraq "xxxx" qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin həmin müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və nəticəd ə X1 "xxxx" ASC-nin xeyrinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(005)-1151/2014 saylı qətnaməsi ilə 38.745,05 manat pulun və 61 manat məbləğində dövlət rüsumunun (cəmi 38.806,05 manat) tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi (ipoteka predmetinin ilkin satış qiyməti Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirildiyindən icra vərəqəsini məhz bu məhkəmə vermişdir) və Ali Məhkəmə məbləğlə bağlı hissədə bu nəticə ilə razılaşmışdılar. Bundan sonra iddiaçı aidiyyəti qurumlarla razılaşdırmaqla cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi binanın da əhatə etdiyi sahədə hündürmərtəbəli, çox mənzilli yaşayış binasının inşasına icazə almış və bununla bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində bu mənzilin sökülməsinə dair onun mülkiyyətçisi olan cavabdehlə razılıq əldə edərək, xx.xx.2017-ci il tarixdə müqavilə bağlamışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə onun yerində inşa edilmiş binadan cavabdehə ümumi sahəsi 102 kv.m. olan yeni mənzil təhvil verməyi, bundan əlavə 60.000 manat pul və inşa dövründə hər ay 500 manat məbləğində kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra mənzil iddiaçı tərəfindən sökülmüşdür. Tərəflər arasında müqavilə bağlanan tarixə cavabdeh və X2 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-5493/2014 saylı icra sənədində göstərilən 38.806,05 manat məbləğində borc "xxxx" ASC-yə hələ də ödənilməmişdir. Bu məbləğ yalnız müqavilə bağlanan günü, yəni xx.xx.2017-ci il tarixdə ödənilmiş və buna uyğun olaraq, Bakı şəhəri Nərimanov ra yon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icra icraatına xitam verilmişdir. Bu tarixdən 1 ay keçməmiş "xxxx" ASC icra şöbəsinin xitam qərarını məhkəmə qaydasında mübahisələndirmiş və nəticədə həmin qərar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadına əsasən ləğv edilmiş və icra sənədi icraata qaytarılmışdır. Lakin mənzil iddiaçı tərəfindən söküldüyündən icra sənədinin icrası qaydasında tutmanın mənzilə yönəldilməsi və mənzilin açıq hərracdan satılması mümkün olmamışdır. Bu səbəbdən mənzilin ipoteka saxlayanı olan "xxxx" ASC icra sənədi üzrə mövcud olan borcun mənzili sökmüş və bunun nəticəsi olaraq ona maddi zərər vurmuş iddiaçıdan tutulmasını tələb etmişdir. Onların arasında yaranmış məhkəmə mübahisəsinin nəticəs i olaraq, 38.745,05 manat məbləğində maddi zərərin iddiaçıdan "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmiş (həmin mübahisədə iddiaçı tərəfindən cavabdeh tərəf də iştirak etmişdir) və yalnız bu məbləğ iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənildikdən sonra sonuncu mənzili ipoteka yüklülüyündən azad etmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası belə qənaətə gəlir ki, xx.xx.2017-ci il tarixdə tərəflər arasında qarışıq müqavilə bağlanmış və bu müqavilənin bağlanması məhz cavabehin həyat yoldaşı olmuş X2 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-5493/2014 saylı icra sənədinə əsasən "xxxx" ASC qarşısında yaranmış 38.806,05 manat məbləğdə borcunun həmin tarixdə ödənilməsi nəticəsində mümkün olmuşdur. Lakin bu ödənişin həyata keçirilməsinə baxmayaraq, cavabdeh mənzilin ipot eka yüklülüyündən azad edilməsini təmin etməmiş və iddiaçıya özündə yüklülüyü əks etdirməyən çıxarışı verməklə kifayətlənmişdir. Halbuki, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh üzərinə, həmçinin, mənzili yüklü olmaması haqda arayışı təqdim etmək şərti ilə boşaldıb iddiaçıya təhvil verilməsi öhdəliyini götürmüşdür. Borcun ödənildiyi və hər hansı məbləğdə borcun olmadığı, bu baxımdan da cavabdehin mülkiyyətində olan mənzilə tutmanın yönəldilməsinə hər hansı zərurətin qalmadığı bir halda mənzilin sökülməsi reyestrdə yüklülük barədə qeyd qaldığı təqdirdə belə iddiaçının "xxxx" ASC qarşısında hər hansı məsuliyyətini yaratmış olmurdu (məhkəmə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qanuni qüvvəsini almış və artıq icra edilmiş 2-2(103)-615/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə istinadən bu mövqedən çıxış edir). Belə ki, "xxxx" ASC-nin tələbləri artıq ödənilmiş olur və bununla da onun mənzilə olan hər hansı marağı aradan qalxmış olurdu. Belə olan halda, bankın xeyrinə olan yüklülük hüquqi nəticə etibarı ilə formal xarakter daşımış olurdu. Lakin "xxxx" ASC aparılmış ödənişin icra sənədi üzrə icra icraatına xitam verilməsi üçün əsas olması ilə razılaşmamış və onun bu mövqeyi nəticə etibarı ilə məhkəm qərardadı ilə öz təsdiqini tapmışdır. Bundan irəli gələn digər məhkəmə mübahisəsi nəticəsində isə icra sənədi üzrə müəyyən edilmiş məbləği "xxxx" ASC-yə məhz iddiaçı ödəməli olmuş və ödəmişdir. Beləliklə, hüquqi nəticə etibarı ilə cavabdeh iddiaçının buna razılıq vermədiyi və bu barədə məlumatı olmadığı bir halda ona üçüncü şəxslərin ("xxxx" ASC) hüquqlarından azad olmayan (ipoteka yüklülüyü) mənzil vermiş və bunun nəticəsi olaraq ona maddi zərər vurmuşdur. "xxxx" ASC ilə iddiaçı arasında yaranmış məhkəmə mübahisəsinə, iddiaçı tərəfindən üçüncü şəxs qismində həmçinin, cavabdeh tərəf də cəlb edilmiş və həmin mübahisədə iştirak etmişdir. Qeyd edilənlər öz növbəsində iddiaçının ondan "xxxx" ASCnin xeyrinə tutulmuş məbləğ həcmində cavabdehə qarşı iddia qaldıraraq həmin məbləğin tələb edilməsi hüququnu yaratmış olur ki, iddiaçı da bu hüququndan istifadə etmişdir. Onun belə bir hüququ xx.xx.2017-ci il tarixli müqavilənin mübahisələndirməsi ilə bağlı məhkəmə icraatının nəticəsi olaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(103)-7086/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmışdır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
15. Kassasiya şikayətinin dəlillərinə görə, işdə olan sübutlarla təsdiq olunur ki, iddiaçı söküləcək mənzil üzərində yüklülüyün olması barədə məlumatlı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardı r: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun i ştirakçıları arasında müqavilə olmalıdır; Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş ü zrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlay a bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərd iyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən e dilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
27. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırm a aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır (MPM-in 407.2 və 416.1-ci maddələri, §20).
28. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3815/2023 nömrəli iş üzrə 10 avqust 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.