Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6772/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdeh LPO Cavabdeh1-nin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı maddi ziyanın ə vəzinin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4296/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank, hal-hazırda ləğv prosesindədir) və İddiaçı (bundan sonra – iddiaçı) arasında sonuncuya məxsus qeyriyaşayış sahəsinə dair 5 il müddətinə 01 yanvar 2015-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmin müqavilədə aylıq icarə haqqı 3.000 manat müəyyən edilməklə, birinci altı ay üçün müqavilə imzalandıqdan, növbəti altı ay üçün isə təmir işləri Bankın tələblərinə uyğun başa çatdırıldıqdan və fil ial rəsmi fəaliyyətə başladıqdan sonra icarəyə verənə əvvəlcədən ödənilməsi nəzərdə tutulmuşdur. "xxxx" MMC ilə sifarişçi Bankın Şəmkir filialı arasında bağlanmış 08 dekabr 2015-ci il tarixli təhlükəsizlik sisteminin quraşdırılmasına dair müqavilə əsasında 30 mart 2016-cı il tarixdə Bank tərəfindən MMC-yə cəmi 12.413 manat ödəniş edilmişdir. Bank 07 mart 2016-cı il tarixdə iddiaçıya icarə müqaviləsinin imzalandıqdan sonra 1 ildən çox zaman keçməsi, binanın təmirinin vaxtında tamamlanmaması və bu müddət ərzində iqtisadiyyatda və Bankda baş verən dəyişikliklər nəticəsində bankın “Şəmkir” filialının binaya köçməsi qeyri-mümkün olmasını əsas gətirərək, əməkdaşlığın davam etdirilməsinin mümkün olmadığı, 01 aprel 2016-cı il tarixdən etibarən icarə müqaviləsinə xitam veriləcəyi barədə yazılı xəbə rdarlıq göndərmişdir. Həmin xəbərdarlıqda qeyd edilmişdir ki, bank filialları üzrə xərclərin azaldılması həyata keçirildiyi nəzərə alınmaqla, icarə haqqının mövcud şəraitə uyğunlaşdırılmaqla, 1.000 manat olaraq dəyişdiriləcəyi təqdirdə, yeni icarə müqaviləsi bağlana bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bank tərəfindən ona vurulmuş 157000 manat məbləğində maddi ziyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə icarə müqavilə bağladıqdan sonra o, 150.000 ABŞ dolları məbləğində xərc çəkərək, bankın tələblərinə uyğun əsaslı təmir işləri aparmış, rekonstruksiya işləri gördürmüş, əlavə elektrik xətləri, siqnalizasiya sistemi və sair işlər həyata keçirmişdir. Cavabdeh isə, müqaviləni icra etməkdən imtina etmişdir. Cavabdeh müqavilədən imtinasının əsaslarından biri kimi, təmirin vaxtında tamamlanmamasını göstərmişdir. Halbuki, müqavilədə təmir üçün müddət nəzərdə tutulmamışdır. Bankın tələbinə uyğun formada aparılmış təmir işləri olduqca çətin və vaxt aparan olmuş, bu səbəbdən ağlabatan müddətdə başa çatdırılmışdır. Cavabdeh hazırkı vəziyyəti bir də onunla əlaqələndirmişdir ki, müqavilənin imzalanmasından 1 ildən çox zaman keçmişdir və bu müddət ərzində iqtisadiyyatda və bankda baş verən əhəmiyyətli dəyişikliklər nəticəsində binaya köçməsi qeyri-mümkün olmuşdur. Halbuki, iqtisadiyyatda baş verən mövcud dəyişiklik barədə cavabdehin məlumatı olmuşdur. Cavabdeh binaya köçməyəcəyi bar ədə ona vaxtında məlumat versə idi, o, təmiri başa çatdırmazdı. Göründüyü kimi, cavabdehin öhdəliyi icra etməkdən yayınması qazanc əldə etmək məqsədi daşıyır, yəni, hər ay müqavilənin şərtinə uyğun 3.500 manat deyil, ayda 1.000 manat ödəməklə qazanc əldə etmək istəyir və bu da qeyri-qanunidir. İddiaçının ərizəsi əsasında Əmanətlərin Sığortalanması Fondu cavabdeh qismində mülki işə cəlb edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının 30 noyabr 2016-cı il tarixli rəyi ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 346,5 kv.m olan qeyri-yaşayış binasının təmirsiz vəziyyətdən mövcud vəziyyətə gətirilməsi üçün sərf olunan əmək haqqının dəyəri təqribən 59580 manat məbləğində, müvafiq qeyri-yaşayış binasının təmiri üçün çəkilən xərclərin ümumi dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 151556 manat məbləğində müəyyən edilmişdir. İş üzrə keçirilmiş təkrar məhkəmə-tikinti texniki ekspertizasının 14 iyul 2017-ci il tarixli rəyi ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasında bank fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş təmirin ümumi dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 151556 manat məbləğində müəyyən edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-2275/2019 nömrəli iş üzrə 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, icarə müqaviləsinin müddətinin beş il olaraq müəyyənləşdirildiyi nəzərə alındıqda, bir ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən icarə obyektinin müqavilədə nəzərdə tutulmuş vəziyyətə gətirilməməsi onun müqavilə üzrə öhdəliyini ağlabatan müddətdə icra etmədiyi qənaətinə gəlməyə əsas verir. Başqa bir ifadə ilə, beş illik müqavilə müddətinin bir ildən çoxunun müqavilə predmetinin təmirinə sərf edilməsi icarəçinin mənafeyi və müqavilə üzrə haqlı gözləntiləri ilə uzlaşmır. Qanunvericiliyin tələblərinə əsasən, icarəçi icarə obyektini müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa, icarəyə verən isə gecikdirməyə yol verirsə, o, xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Göründüyü kimi, iddiaçı tərəfindən icranın gecikdirilməsi cavabdehin icraya marağının itməsinə səbəb olmuş və o, icranı qəbul etməkdən imtina edərək, müqaviləyə xitam vermək qərarına gəlmişdir. Məhkəmə hesab etmişd ir ki, cavabdeh Bank tərəfindən icarə müqaviləsinə xitam verilərkən qüvvədə olan hüquq normalarına əməl edildiyindən iddiaçıya zərər vurulmamış, əksinə ilk altı aylıq icarə haqqı ödənildiyindən iddiaçı bu müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş olsa da, gəlir əldə etmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2695/2020 nömrəli iş üzrə 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia qismən təmin edilmiş, cavabdehdən 139142 manat m əbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası hesab etmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlansa da, cavabdeh Bank tərəfindən həmin müqavilənin şərtləri pozulmuş və o icarə obyektini qəbul etməkdən imtina etmişdir. Halbuki, iddiaçı tərəfindən ekspert rəylərində göstərildiyi kimi icarə obyektini müqavilədə göstərilən vəziyyətə gətirilməsi üçün (bank fəaliyyətinin həyata keçirilməsi üçün) 151556 manat məbləğində pul vəsaiti xərclənmişdir. Göründüyü kimi, cavabdehin qanuna və icarə müqaviləsinin şərtlərinə zidd hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Əlavə olaraq kollegiya qeyd etmişdir ki, cavabdeh 07.03.2016-cı il tarixdə icarə müqaviləsinin birtərəfli qaydada xitam edilməsi barədə iddiaçıya məktub göndərsə də, icarə obyektinin təhlükəsizlik sisteminin quraşdırılması üçün 30.03.2016-cı il tarixdə ödənişlərini həyata keçirmişdir. Bununla da, müqavilə münasibətlərinin davam etdirilməsinə öz iradəsini bildirmişdir. Belə olan halda, cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən iddiaçıya vurulmuş ziyanı tam şəkildə ödəməlidir. Həmçinin göstərilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya icarə müqaviləsinin ilk 6 ayı üçün icarə haqqı ödənilmişdir. Müqavilə birtərəfli qaydada ləğv edildiyindən icarə haqqı kimi ödənilmiş vəsait cavabdeh tərəfindən geri tələb oluna bilməz. Apellyasiya məhkəməsi cavabdehin etirazlarına, icarə müqaviləsinin müddətinin beş il olaraq müəyyənləşdirildiyi nəzərə alındıqda, bir ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən icarə obyektinin müqavilədə nəzərdə tutulmuş vəziyyətə gətirilməməsi onun müqavilə üzrə öhdəliyini ağlabatan müddətdə icra etməməsinə münasibətdə də qeyd etmişdir ki, iş materiallarında olan həmin müqavilənin hər-hansı bəndində icarə obyektində təmir işlərinin aparılması üçün hər-hansı müddət nəzərdə tutulmamışdır. Buna görə də, təmir işlərinin gecikdirilməsi halı cavabdeh tərəfindən icarə müqaviləsinin birtərəfli ləğv edilməsi və ya cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi üçün əsas deyil. Qətnamədən iddiaçı və cavabdeh Bank ayrılıqda kassasiya şikayətləri vermişlər. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-889/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tari xli qərarı ilə (hakimlər – G.Quliyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və Z.Əliyev) iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdeh Bankın kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilədə tərəflərin hər birinin 6 ay əvvəlcədən rəsmi xəbərdarlıq etməklə, bankın isə icarə obyektini müəyyənləşdirilmiş müddətdə təhvil almaması, icarəyə verənin gecikdirməyə yol verməsi halında xəbərdarlıq müddəti gözləmədən ləğv etmək hüququ təsbit edilmişdir. Müqavilənin 01 yanvar 2015-ci il tarixdə bağlanması və 07 mart 2016-cı il tarixə qədər, yəni 15 ay ərzində banka təhvil verilməməsi işin mübahisəsiz halıdır. Bu halda, bankın icarəyə verənin gecikdirməyə yol verməsinə istinad edərək xəbərdarlıq müddəti gözləmədən müqaviləni ləğv etmək hüququ istisna edilmir, məhz həmin hüququn realizə edilməsi də iddiaçıya zərər vurulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. İddiaçının hər hansı pozuntuya yol vermədiyi və bankın da 6 aylıq rəsmi xəbərdarlıq müddətini gözləmədən müqaviləni birtərəfli qaydada ləğv etməyi tələb etdiyi halda belə, iddiaçı dəymiş zərərin əvəzi kimi icarə müqaviləsi üzrə keçən müddət üçün ödənilməyən və əlavə olaraq 6 aylıq icarə haqqına bərabər bir məbləğin ödənilməsini tələb edə bilərdi. Digər tərəfdən, müqavilədə iddiaçı ilə cavabdeh bank arasında icarə obyektinin təmirinə xərclənmiş vəsaitin bank tərəfindən ödən iləcəyinə dair hər hansı müddəa yoxdur, əksinə müqavilənin 2.1.2-ci maddəsində iddiaçının icarə obyektini bankın istədiyi şəkildə təmir edərək icarəçiyə təhvil vermək vəzifəsi təsbit edilmişdir. Bundan başqa, icarə obyektində təhlükəsizlik sisteminin quraşdırılması üçün xərclənmiş 12.413 manat vəsait də bankın öz hesabına təmin edilmişdir. Hazırkı tələblər üzrə iddiaçıya müqavilə tərəfdaşı olan bank tərəfindən müqavilə öhdəlikləri çərçivəsində hər hansı zərərin vurulması və nəticədə iddiaçının hüququnun pozulması müəyyən edilmir. Lakin apellyasiya məhkəməsi mübahisəyə müqavilə münasibətlərini tənzimləyən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iş üzrə qanuni və əsaslı hesab edilməyən qətnamə qəbul etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci ic raat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-4296/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilədə tərəflərin hər birinin 6 ay əvvəlcədən rəsmi xəbərdarlıq etməklə, Bankın isə icarə obyektini müəyyənləşdirilmiş müddətdə təhvil almaması, icarəyə verənin gecikdirməyə yol verməsi halında xəbərdarlıq müddəti gözləmədən ləğv etmək hüququ təsbit edilmişdir. Müqavilənin 01 yanvar 2015-ci il tarixdə bağlanması və qeyri-yaşayış sahəsinin 07 mart 2016-cı il tarixə qədər, yəni 15 ay ərzində banka təhvil verilməməsi işin mübahisəsiz halıdır. Bu halda, bankın icarəyə verənin gecikdirməyə yol verməsinə istinad edərək xəbərdarlıq müddəti gözləmədən müqaviləni ləğv etmək hüququ istisna edilmir, məhz həmin hüququn realizə edilməsi də iddiaçıya zərər vurulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. İddiaçının hər hansı pozuntuya yol vermədiyi və bankın da 6 aylıq rəsmi xəbərdarlıq müddətini gözləmədən müqaviləni birtərəfli qaydada ləğv etməyi tələb etdiyi halda belə, iddiaçı dəymiş zərərin əvəzi kimi icarə müqaviləsi üzrə keçən müddət üçün ödənilməyən və əlavə olaraq 6 aylıq icarə haqqına bərabər bir məbləğin ödənilməsini tələb edə bilərdi. Digər tərəfdən, müqavilədə iddiaçı ilə cavabdeh bank arasında icarə obyektinin təmirinə xərclənmiş vəsaitin bank tərəfindən ödəniləcəyinə dair hər han sı müddəa yoxdur, əksinə müqavilənin 2.1.2-ci maddəsində iddiaçının icarə obyektini bankın istədiyi şəkildə təmir edərək icarəçiyə təhvil vermək vəzifəsi təsbit edilmişdir. Bundan başqa, icarə obyektində təhlükəsizlik sisteminin quraşdırılması üçün xərclənmiş 12413 manat vəsait də Bankın öz hesabına təmin edilmişdir. Hazırkı tələblər üzrə iddiaçıya müqavilə tərəfdaşı olan Bank tərəfindən müqavilə öhdəlikləri çərçivəsində hər hansı zərərin vurulması və nəticədə iddiaçının hüququnun pozulması müəyyən edilmir. Beləliklə, Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qə tnamənin ləğvi üçün əsas deyil. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 21, 386, 1096.1, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, tətbiq edilməli olan qanunu və normativ hüququ a ktı tətbiq etməmiş, hüquqi məsələləri düzgün qiymətləndirməmişdir. Kassasiya şikayətinə görə iddiaçıya dəymiş zərər formal tələblərin nəticəsi deyil, Bank tərəfindən bağlanmış müqavilənin şərtlərinə açıq-aydın əməl edilməməsindən, mülki qanunvericiliyin tələbinə-öhdəliyə riayət edilməməsinin nəticəsində olmuşdur. Belə ki, iddiaçı müqavilənin şərtlərinə tam əməl etmiş, öz üzərinə götürdüyü öhdəliyi vicdanla tam icra edərək cavabdehin tələblərinə uyğun səviyyədə - külli vəsait tələb edən bir təmir işləri gördürmüşdür. Hansıki, bank standartlarına cavab verəcək qaydada sırf cavabdehin sifarişi əsasında belə bir təmir heç də iddiaçıya lazım olmamışdır. Cavabdeh isə öz öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərini icra et məyərək binanı - müqavilə obyektini təhvil almamış, nəticədə iddiaçıya külli miqdarda zərər dəymişdir. İddiaçı bağladığı müqaviləyə ümid bəsləyib külli miqdarda xərcə başa gələn təmir bank fəaliyyətindən başqa heç bir fəaliyyətə yaramır. Hazırkı vaxta qədər artıq uzun illərdən bəri obyektin istifadəsiz qalmasının səbəbi də məhz budur. Göründüyü kimi, cavabdehin öhdəliyi icra etməkdən yayınması, hərəkətsizliyi nəticəsində iddiaçıya birbaşa zərər vurulmuşdur. Bundan başqa, cavabdeh Bankın müqavilənin ləğv edilməsi barədə iddiaçıya göndərdiyi məktubun məzmunundan və 30 mart 2016-cı il tarixə icarə obyektinə təhlükəsizlik sisteminin quraşdırılması üçün ödənişləri həyata keçirməsindən bəlli olur ki, müqavilədən sonra obyektin 15 ay müddətində təhvil verilməməsi kimi məhkəmənin gəldiyi nəticə dü zgün deyil. Əgər təhvil verilməmiş olsa idi, Bank nə 1000 manata icarə müqaviləsi bağlanarsa fəaliyyətini təmin edə bilməsini təklif etməzdi, nə də təhlükəsizlik sisteminə ödəniş etməzdi. Obyekt hazır vəziyyətdə olubdur ki, təhlükəsizlik sistemi çəkilmişdir. Artıq obyekt hazır vəziyyətə gələndən sonra və 151556 manat xərcləndikdən sonra, Bank öz maraqlarına görə obyekti müqavilədə nəzərdə tutulmuş məbləğdə icarə haqqı ödəməkdən yayınaraq, iddiaçını pis vəziyyətdə qoymuşdur. Bundan başqa, müqavilənin hər hansı bəndində icarə obyektində təmir işlərinin aparılması üçün hər hansı müddət nəzərdə tutulmamışdır. Buna görə də, təmir işlərinin gecikdirilməsi halı cavabdeh tərəfindən icarə müqaviləsinin birtərəfli ləğv edilməsi və ya cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi üçün əsas deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassatorun vəkili kassasiya şikayətinin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Bankın vəkili şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habe lə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). MPM Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassas iya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4296/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6772/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6772/2021
13.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver