Məhkəmə qərarları › İş №2(102)-6773/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6773/2019

30.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6773/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili X1 iştirakı ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1243/2019 nömrəli iş üzrə 04 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Göyçay rayon məhkəməsinin (hаkim Zəfər Quliyev) 29 noyabr 20 18-ci il tarixli qətnaməsi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsibarədə iddiаsı qismən təmin edilmişdir. Həmin qətnаməyə əsаsən, 26.02.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən əsas borc üzrə 12170,05 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, 26.02.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən 5511,81 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə olmaqla, cəmi 5611,81 ABŞ dolları bor cun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh1 və Cavabdeh9 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatı İddiaçı QSC-yə aid edilməsi, 25 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, 150 manat ekspertiza xərcinin 30 manatı İddiaçı QSC-dən, 120 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, qalan hissədə iddia tələbi rədd edilmişdir. Şəki Apelly asiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, İnşallah Quliyev, Mahir Əsədli) 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 apellyasiya şikayəti təmin edilməmiş, Göyçay rayon məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qətnaməsi onıara münаsibətdə dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 12170 ABŞ dolları 05 sent əsas, 5590 ABŞ dolları 04 sent faiz və 7461 ABŞ dolları 84 sent cərimə olmaqla, cəmi 25221 ABŞ dolları 9 3 sent və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 12170 ABŞ dolları 05 sent əsas, 5590 ABŞ dolları 04 sent faiz və 7461 ABŞ dolları 84 sent cərimə olmaqla, cəmi 25221 ABŞ dolları 93 sent və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 sentyabr 2013-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 26L000001660 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 100000 ABŞ dolları kredit xətti açılm ışdır. 26 fevral 2015-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 026R********** saylı kredit razılaşması əsasında Cavabdeh1 24 ay müddətinə, aylıq 2,1667 faiz olmaqla 14000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh9, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4 arasında 12 sentyabr 2013-cü il tarixdə, Cavabdeh3 arasında 18 sentyabr 2014-cü il tarixdə, Cavabdeh6 və Cavabdeh7 arasında 26 fevral 2015-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablaşmalara görə iddiaçıya 12170 ABŞ dolları 05 sent əsas, 5590 ABŞ dolları 04 sent faiz və 7461 ABŞ dolları 84 sent cərimə olmaqla, cəmi 25221 ABŞ dolları 93 sent borcu qalmışdır. Cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişlər. Göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş dur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bank ödənişləri əsassız olaraq faiz borcuna silmiş, məhkəmə bu hala qiymət verməyərək səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlar a istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh4 kassasiya şikayətinə əsasən onlara münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız cavabdehlər Cavabdeh1 və Cavabdeh4 kassasiya şikayəti vermişlər. Ona görə də, qətnamə onların kassasiya şikayətinə əsasən kassasiya qaydasında yoxlanıldı. Qətnamənin mübahisələndirilməyən hissələri kassasiya baxışının predmetini təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2013-cü il tarixli 26L000001660 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən 120aymüddətə Cavabdeh1 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır (1.1 və 1.2-ci bəndlər). İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 26.02.2015-cü il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən aylıq 2,1667 % hesablanmaqla 24 aylıq müddətə Cavabdeh1 14000 ABŞ dolları məbləğində kredit verilmişdir (1.1-ci bənd). Cavabdeh9, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4 və Cav abdeh3 borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliyini icra etmədikdə bank qarşısında həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşlər (12.09.2013-cü il tarixli,18.09.2014-cü il tarixli və 26 fevral 2015-ci il tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndi). Zamin Cavabdeh9 borclunun bankdan aldığı 26 fevral 2015-ci il tarixli kredit razılaşmasının ödəniş planı ilə tanış olmuş və razılığını bildirmişdir (26.02.2015-ci il tarixli ödəniş planı). Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında kredit razılaşması üzrə 28 mart 2017-ci il tarixə 12170 ABŞ dolları 05 sent əsas, 5590 ABŞ dolları 04 sent faiz və 7461 ABŞ dolları 84 sent cərimə olmaqla, cəmi 25221 ABŞ dolları 93 sent borcu yaranmışdır (28.03.2017-cı il tarixli m aliyyə arayışı). Məhkəmə ekspertiza mərkəzinin 12.01.2018-ci il tarixli 30065 nömrəli rəyinə əsasən Cavabdeh1 28 mart 2017-cı il tarixinə banka olan borcu 12171 ABŞ dolları 65 sent əsas, 5511 ABŞ dolları 81 sent faiz olmaqla, cəmi 17683 ABŞ dolları 46 sent təşkil edir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında bağlanmış 12 sentyabr 2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən borc verən borc alana 100000 ABŞ dolları məbləğində 120 ay müddətinə, bu Müqavilə çərçivəs ində kredit razılaşmaları bağlanılmaqla kredit verməyi, borc alan isə həmin krediti müəyyən edilmiş müddətdə faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Zaminlik müqavilələrinə əsasən zaminlər də borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, bu Müqavilə üzrə müəyyən edilmiş əsas borc, faiz borcları, dəbbə pulu, vurulmuş zərərin əvəzi, məhkəmə və digər xərclərin ödənilməsini öhdələrinə götürmüşlər. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2015-ci il tarixli kredit razılaşmasına əsasən borcverənə 24 ay müddətinə aylıq 2,1667 faiz ödəmək 14000 ABŞ dolları məbləğdə krediti Borcalanın mülkiyyətinə verir, borcalan isə müəyyən edilmiş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqa viləyə əsasən borc alan öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə dəbbə pulu ödəməlidir. Cavabdeh-borc alan krediti alsa da, yəni iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun 28.03.2017-cı il tarixli maliyyə arayışına əsasən kredit razılaşması üzrə 12170 ABŞ dolları 05 sent əsas, 5590 ABŞ dolları 04 sent faiz və 7461 ABŞ dolları 84 sent cərimə olmaqla, cəmi 25221 ABŞ dolları 93 sentborcuyaranmışdır. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtl ərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc v erənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən banka ödənilməli pulun məbləğinin sübutu kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini iddianın faiz borcu tələbinə dair hissədə mötəbər hesab etmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit razılaşması müqaviləsindən irəli gələn öhdəliyi tərəflər arasında bağlanmış 12 sentyabr 2013cü il tarixli kredit xətti müqaviləsi ilə təmin olunmuşdur. Zaminlik müqavilələrinə əsasən digər cavabdeh – zaminlər də borclunun k redit xətti müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, bu Müqavilə üzrə müəyyən edilmiş əsas borc, faiz borcları, dəbbə pulu, vurulmuş zərərin əvəzi, məhkəmə və digər xərclərin ödənilməsini öhdələrinə götürmüşlər. MM-nin 470-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik mü qaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh-borc alan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdeh-zaminə qarşı da tələb hüququ yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək 26.02.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən əsas borc üzrə 12170,05 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla m iqdarı cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, 26.02.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən 5511,81 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə olmaqla, cəmi 5611,81 ABŞ dolları borcunödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh1 və Cavabdeh9 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Birinci instаnsiyа məhkəməsi dəbbə pulunun аzаldılmаsı ilə bаğlı dа düzgün оlаrаq qeyd etmişdir ki, müqаvilənin yuxаrıdа göstərilən şərtinə və Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 462.1-ci mаddəsinin tələbinə görə, iddiаçı tərəfindən bоrcаlаnа k rediti ödəmədiyi üçün 7461,84 ABŞ dolları məbləğində cərimə hesаblаnmışdır. Lakin məhkəmə borcluya 7461,84 ABŞ dolları məbləğində dəbbə pulunun artıq hesablandığı qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Оnа görə də məhkəmə hаqlı оlаrаq hesab etmişdir ki, borcludan 100 ABŞ dolları məbləğində dəbbə pulu alınması kifаyətdir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin lə ğvi üçün əsas deyil. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qətnamə ilə müəyyən olunmuş faiz borcunun tutulmasını mübahisələndirmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasındazərərin ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin geci kdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə də müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən də görünür ki, əsas məbləğə faiz hesablanması məhz müqavilədə nəzərdə tutulmuşdur. Apellyasiya şikayətində faizin çox hesablandığı bildirilsə də apellyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmiş, şikayətini əsaslandırmamışdır.Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası kecirilmiş və müvafiq rəy alınmışdır. Həmin rəyin şüphə altına alınması ücün hec bir əsas yoxdur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddə lərinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, edilmiş ödənişlərin ilk növbədə faiz borcuna silinməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibars ızdır. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh4 kassasiya şikayətinə əsasən onlara münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1243/2019 nömrəli iş üzrə 04 iyun 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh4 kassasiya şikayətinə əsasən onlara münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar